ı
57
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
A
VTOTROF ORQANİZMLƏRDƏ MADDƏLƏR
VƏ ENERJİ MÜBADİLƏSİ
Avtotrof orqanizmlər özləri üçün zəruri olan üzvi birləşmələri müstəqil sintez edə
bilirlər. Onların bir qrupu üzvi maddə sintez etmək üçün
günəş enerjisindən istifadə
edir. Belə orqanizmləri
fototrof adlandırırlar. Fototroflara fotosintezedici orqanizm-
ləri misal göstərmək olar.
Fotosintez. Bitkilər
fotosintez (yun. “
photos” – işıq, “
synthesis” – birləşmə) za-
manı
günəş enerjisinin iştirakı ilə qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir.
Bu proses yaşıl bitkilərin və xlorofilə malik bəzi bakteriyaların hüceyrələrində gedir,
nəticədə hüceyrədə ilkin məhsul kimi monosaxarid (qlükoza) yaranır. Sonra bu
məhsuldan müxtəlif polisaxaridlərin, mürəkkəb quruluşlu zülalların, yağların, nuk-
lein turşularının və digər üzvi birləşmələrin biosintezində istifadə olunur.
Xloroplastlar. Bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat
membranla ayrılır. Daxili hissəsi stroma (yun. “
stroma” – döşənək, xalça) adlanan
rəngsiz maye ilə doludur. Xloroplastın daxili membranı stromanın içərisinə doğru
Dostları ilə paylaş: