70
H
ÜCEYRƏNİN BÖLÜNMƏSİ. MEYOZ
Əksər orqanizmlərin bədən hüceyrələri, adətən, mitoz bölünmə yolu ilə meydana
gəlir. Belə hüceyrələrin nüvələrində
ikiqat (diploid 2n) xromosom yığımı olur. Lakin
cinsiyyət hüceyrələrinin yaranması çox vaxt meyoz bölünmə yolu ilə gedir. Bu yolla
yaranan hüceyrələrin nüvələrində xromosom yığımı, adətən,
birqat (
haploid n) olur.
Meyoz bölünmə bir-birini əvəz edən iki mərhələdən ibarətdir. Hər bir mərhələ
mitozdakı kimi 4 fazadan –
profaza, metafaza, anafaza və
telofazadan ibarətdir.
Meyoz bölünmədə də hüceyrə əvvəl interfaza mərhələsini keçirir. İnterfazada
hüceyrənin
ölçüləri böyüyür, xromosomların DNT-si ikiləşir.
I profaza. İlkin bölünmə (I meyoz) I profaza ilə başlayır. Bu fazada ikixromatidli
xromosomlar spirallaşaraq yoğunlaşır və işıq mikroskopunda aydın görünür. Homo-
loji xromosomlar bir-birinə yaxınlaşaraq uzunluqları boyu sıx söykənir. Buna
kon-
yuqasiya deyilir. Onlar müəyyən hissələrində bir-birinə birləşən cütlər əmələ gətirir.
Belə cütlər əmələ gətirən homoloji xromosomların bir-birinə yapışmış müəyyən his-
sələrinin DNT sapları arasında sahə mübadiləsi gedir. Nəticədə homoloji xromosom
cütlərinin hər birində yeni gen kombinasiyaları yaranır.
Dostları ilə paylaş: