68
formasını, ölçüsünü müəyyənləşdirmək olur. Xromosomlarda xromatidlər bir-biri ilə
yalnız sentromer olan hissədən birləşirlər.
Anafaza. Xromosomları təşkil edən xromatidlər bir-birindən ayrılaraq bölünmə
vətərləri tərəfindən hüceyrənin qütblərinə çəkilir. Bu dövrdən başlayaraq xromatid-
lər sərbəst xromosomlar hesab olunur. Xromatidlərin ayrılması nəticəsində yaranan
qız xromosomlar hesabına anafazada xromosomların miqdarı iki dəfə artır.
Telofaza. Mitozun son fazasıdır. Qütblərə çəkilən xromosomların spiralları açılır
və onlar nazik sap şəklini alaraq görünməz olur. Telofazada nüvə pərdəsi və nüvəcik
yaranır, bölünmə vətərləri itir.
Nüvə bölünməsindən sonra sitoplazma da bölünür və nəticədə bir ana hüceyrədən
iki qız hüceyrə yaranır. Mitoz bölünmə orqanizmdən və hüceyrənin tipindən asılı
olaraq bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilir. Mitoz bölünmənin
davametmə müddəti, adətən, interfazadan bir neçə dəfə az olur.
Dostları ilə paylaş: