66
1. Düzgün cavabları müəyyənləşdirin:
İki qız xromosomun (xromatidlərin) bir-biri ilə birləşən hissəsi
sentriol / sen-
tromer adlanır.
İnterfaza / profaza – hüceyrənin iki bölünməsi arasında olan mərhələdir.
Cinsiyyət hüceyrələrinin xromosom yığımı
haploid /
diploid olur
Ölçüsünə, formasına və irsi məlumatların xarakterinə görə bir-birindən fərqlən-
məyən cüt xromosomları
analoji /
homoloji xromosomlar adlandırırlar.
İnsanın kariotipində
23 cüt
/ 46 cüt xromosom olur.
Kişilərdə cinsiyyət xromosom cütü latın
hərfləri XX / XY ilə işarə olunur.
2. Şəkildə nə təsvir edilib? rəqəmlərlə onun hansı hissələri işarə olunub?
3. İnterfaza üçün səciyyəvi olan prosesləri seçin:
A. Hüceyrə sürətlə böyüyür.
B. Hüceyrə orqanoidlərinin miqdarı
azalır.
C. Hüceyrənin həyat fəaliyyəti ilə
əlaqədar assimilyasiya və
dissimilyasiya prosesləri baş verir.
D. ATF sintezi artır.
E. Hüceyrənin böyüməsi zəifləyir.
F. Hüceyrə orqanoidlərinin miqdarı
artır.
G. Hüceyrədə biosintez
prosesləri
dayanır.
H. DNT ikiləşir.
Dostları ilə paylaş: