ı
67
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
H
ÜCEYRƏNİN BÖLÜNMƏSİ. MİTOZ
Hüceyrənin bölünməsi onun əsas xassələrindən biridir. Hüceyrənin daha geniş
rast
gəlinən bölünmə üsulu mitozdur (yun. “
mitos” – sap, tel).
Mitoz bölünmə. Mitoz bölünmə zamanı ana hüceyrə oxşar irsi xüsusiyyətlərə
malik iki qız hüceyrəyə bölünür. Hüceyrələrin mi-
toz yolla bölünməsi nəticəsində orqanizmdə böyü-
mə prosesləri, regenerasiya, köhnə hüceyrələrin
yeniləri ilə əvəz olunması baş verir.
Mitozun mərhələləri. İnterfaza mərhələsindən
sonra mitoz bölünmə başlayır. Bu bölünmə 4 ardıcıl
fazadan ibarətdir:
profaza, metafaza, anafaza,
telofaza.
Profaza. Bu fazada DNT sapları spirallaşır, yoğunlaşır və işıq mikroskopu ilə
yaxşı görünən xromosomlara çevrilir. İkiləşmiş sentriollar profazada qütblərə çəkilir
və bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi və
nüvəcik itir. Xromosomlar sərbəst halda sitoplazmada olur.
Metafaza. Bu fazada bölünmə vətərləri tam formalaşır və xromosomların sentro-
merinə birləşir.
Xromosomlar hüceyrənin mərkəzinə (ekvatoruna) düzülərək
metafaza lövhəsini
əmələ gətirir. Metafaza dövründə xromosomlar aydın göründüyü üçün onların
18
–
Hüceyrənin bölünməsinin orqanizmin həyatında nə kimi əhəmiyyəti var?
–
Hüceyrənin hansı bölünmə üsulları mövcuddur?
Dostları ilə paylaş: