ı
71
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
I metafazada xromosom cütləri hüceyrənin mərkəzində – ekvatorunda yerləşir.
Sonra
I anafazada bölünmə vətərlərinin köməyi ilə hüceyrənin homoloji xro-
mosomları bir-birindən ayrılaraq tam şəkildə hüceyrənin əks qütblərinə çəkilir.
I telofazada meyozun ilkin bölünmə mərhələsi sona çatır və nəticədə haploid
xromosom yığımlı iki hüceyrə yaranır. Burada hər bir xromosom ikixromatidli olur.
Xromosom yığımı ikiqat azaldığı
üçün bu bölünmə reduksion bölünmə də adlanır.
I bölünmə mərhələsindən sonra yenə interfaza baş verir. Bu mərhələ çox qısa olur
və burada xromosomların DNT-si ikiləşmir.
Meyoz bölünmənin ikinci mərhələsi II profaza ilə başlayır. I telofazada yaranan
qız hüceyrələr mitozun profazasındakı kimi dəyişilmələrə məruz qalır. Onlarda da
profazanın sonunda nüvə pərdəsi ilə nüvəcik itir və bölünmə vətərləri yaranmağa
başlayır. II metafazada da xromosomlar hüceyrənin ekvatoru boyunca düzülür. II
anafazada mitozdakı kimi hər iki qız hüceyrənin qütblərinə xromatidlər çəkilir. Bu
səbəbdən II anafazada xromosom yığımı artır. II telofazada qütblərə çəkilən xro-
mosomların spiralları açılır və onlar nüvə pərdəsi ilə əhatə olunur. Nüvəcik əmələ
gəlir. Sonra hüceyrələrin sitoplazmaları bölünür
və nəticədə xromosom yığımı haploid olan 4
ədəd qız hüceyrə yaranır ki, bunlardan da cin-
siyyət hüceyrələri formalaşır. Beləliklə, meyoz
bölünmə zamanı bir diploid hüceyrədən 4 hap-
loid hüceyrə yaranır.
Dostları ilə paylaş: