Bioloji ritmlər
Sutkalıq
ritmlər
Fəsil
ritmləri
2. Düzgün cavabı seçin:
Zaman ərzində bioloji proseslərin növbələşməsi fotoperiodizm/bioloji ritm adlanır.
Əksər heyvanların qış yuxusuna hazırlıq dövrünü müəyyən etməsi gecə və gündüz
temperaturunun fəsillər üzrə dəyişməsindən/sutkada işıq və qaranlıq növbələşməsindən
asılıdır.
Canavar/Ayı bütün il ərzində fəallıq göstərən heyvandır.
Fotoperiodizm – gecə və gündüzün ritmik dəyişməsidir/orqanizmin fəsillərə görə günün
uzunluğunun dəyişməsinə reaksiyasıdır.
Zəlzələ və sellər/Bitkilərdə xəzan hadisəsi tsiklik proseslərə aid deyil.
Bitkilərin və heyvanların həyatında fəsil dəyişkənliyinin əsas tənzimləyicisi günün
uzunluğunun dəyişməsidir/qidanın miqdarıdır.
Heyvanlarda tüləmə hadisəsi tsiklik/qeyri-tsiklik prosesdir.
3. Suallara cavab verin:
1. Nə üçün insanda Yerin digər yarımkürəsinə təyyarə ilə uçması zamanı yuxunun və
iştahın pozulması, depressiya, başağrıları halları müşahidə edilir?
2. Niyə istehsalatda və yolda qəza hadisələri, əsasən, 22–04 və 13–15 saat radələrində
daha çox müşahidə olunur?
3. Orqanizmin fizioloji vəziyyətinin periodik dəyişkənlikləri insanın sosial fəaliyyətinə
necə təsir edir?
4. Qış fəslində virus xəstəliklərinə yoluxma hallarının artmasının səbəbi nədir?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
157
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
Ə
TRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ
Yer üzərində əhali durmadan artır. Artan əhalinin tələbatının ödənilməsi üçün
texnologiya da sürətlə inkişaf edir, daim yeni istehsalat sahələri, yeni müəssisələr
yaradılır. Bu proses ətraf mühitin çirklənməsinə şərait yaradır. Mühitin çirklənməsi
ekoloji tarazlığın pozulmasına səbəb olur. Bu isə, öz növbəsində, insan sağlamlığına
mənfi təsir göstərir.
Cədvəli (göstəricilər 2014-cü ilə aiddir) təhlil edin, verilənlərə əsasən diaqram
qurun və suallara cavab verin:
– Fikrinizcə, cədvəldə göstərilən çirkləndirici maddələrin mənbəyi hansı müəssisələr ola
bilər?
– Volqa çayı ilə və Azərbaycan çaylarının Xəzəri çirkləndirmə nisbəti necədir?
– Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün hansı tədbirlər görmək olar?
Rusiyanın Volqa çayı və Azərbaycanın çayları vasitəsilə Xəzərin çirklənməsi səviyyəsi
Çirkləndiricilər
Volqa çayından
Azərbaycan çaylarından
min ton
%
min ton
%
Neft məhsulları
242,56
96,7
8,332
2,9
Fenollar
2,447
88,0
1,092
3,7
Sintetik səthi aktiv maddələr
6,72
77,0
1,225
21,3
Ağır metallar
12,644
45,97
1,213
2,2
Atmosferin çirklənməsi. Böyük istehsal sahələri olan fabrik və zavodların, neft-
kimya sənayesi sahələrinin və istilik-elektrik stansiyalarının havaya buraxdığı zə-
hərli maddələr atmosferi çirkləndirir. Zərərli qazların miqdarının artması Yeri
öldürücü ultrabənövşəyi şüaların təsirindən mühafizə edən atmosferin qoruyucu
ozon qatının dağılmasına səbəb olur. Son zamanlar atmosferə daha çox ziyan vuran
amillərdən biri sayı durmadan artan avtomobillərdən çıxan zərərli qazlardır. Bütün
bunlar insanlarda ağciyər xərçəngi, qanazlığı və bu kimi xəstəliklərin yaranması ilə
nəticələnir.
Suyun çirklənməsi. İstənilən zərərli komponent və maddələrin okeanlar,
dənizlər, çaylar, göllər kimi su hövzələrinə tökülməsi nəticəsində suyun çirklənməsi
baş verir. İnsanın bir çox fəaliyyəti, o cümlədən yuma, kimyəvi təmizləmə, tullan-
tıların atılması suyun çirklənməsinə şərait yaradır. Bizim hər gün istifadə etdiyimiz
sabun, yuyucu vasitələr də kimyəvi maddələrdən və sintetik materialdan hazırlan-
dığından su hövzələrini güclü surətdə çirkləndirir.
Fəaliyyət
43
– Ətraf mühitin çirklənməsinin səbəbləri hansılardır?
– Ətraf mühitin çirklənməsi insan üçün hansı təhlükə yaradır?
158
Torpağın çirklənməsi. Hazırda kənd təsərrüfatında müxtəlif süni gübrələrdən,
kimyəvi maddələrdən, pestisidlərdən istifadə olunur. Onların miqdarının normadan
artıq olması torpağın çirklənməsi ilə nəticələnir. Bu isə torpaqda yaşayan
orqanizmlərin böyümə və inkişafına mənfi təsir göstərir. Torpağın çirklənməsinin
digər səbəbi insanın fəaliyyəti nəticəsində yaranan zərərli (məsələn, radioaktiv mad-
dələrin) və məişət tullantılarının torpağa basdırılmasıdır. Torpaq məişət və sənaye
tullantılarını qismən zərərsizləşdirə bilir. Lakin onun bu qabiliyyətinin də müəyyən
hüdudları var. Tullantıların miqdarı bu hüdudları keçdikdə onların parçalanma
məhsulları müxtəlif zəhərlənmələr törədə bilir.
İnsan orqanizminə antropogen amillərin mənfi təsiri
Növ müxtəlifliyinin saxlanılması. İnsanların dağıdıcı fəaliyyəti səbəbindən ha-
zırkı dövrdə bitki və heyvanların növ müxtəlifliyi azalmışdır. Bəzi növlərin isə küt-
ləvi surətdə ovlanması (vəhşi turların, dəniz inəklərinin) onların nəslinin kəsilməsinə
səbəb olmuşdur. Daha təhlükəli hal insanlar tərəfindən təbii mühitdə dəyişikliyin
edilməsi və növlərin yaşayış məskənlərinin dağıdılmasıdır. İnsan digər canlılardan
fərqli olaraq şüurlu surətdə fəaliyyətini yenidən qura bilir. Növ müxtəlifliyinin sax-
lanılması və təbiətin qorunması üçün müxtəlif vasitələrdən istifadə edir.
159
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
Tullantısız texnologiya. Yaşayış evlərində, demək olar ki, hər gün məişət tul-
lantıları yaranır. Tullantılar yığılaraq ekoloji tarazlığın pozulmasına təsir göstərir.
Bunun qarşısını almaq məqsədilə məişət tullantılarının təkrar emal edilməsi üçün
yeni texnologiyalar – tullantısız texnologiyalar yaradılır. Tullantısız texnologiyalar
– enerji və təbii mənbələrdən daha səmərəli istifadə olunmaqla ətraf mühitin müha-
fizəsini təmin edən texnologiyalardır.
1. Şəklə əsasən suallara cavab verin:
• Ətraf mühitin çirklənməsinin hansı növləri göstərilmişdir? __
• Suyu çirkləndirən mənbələri qeyd edin. __
• Torpağı çirkləndirən mənbələri qeyd edin.__
• Hansı mənbələr suyu mineral gübrələr və pestisidlərlə çirkləndirir? __
• Hansı saylı mənbələr atmosferi çirkləndirir? __
• Hansı müəssisə su hövzəsinə qaynar su axıdır? __
• Hansı mənbələr suyu məişət tullantıları ilə çirkləndirir? __
Ekoloqların məlumatına görə, orta hesabla hər adam gün ərzində 0,5 kq zi-
bil yaradır. Bu, il ərzində 182,5 kq tullantı deməkdir.
Kağızın təbii mühitdə parçalanmasına 10 il, konserv bankasının – 90 il,
polietilen torbanın – 200 il, plastmasın – 500 il, şüşənin parçalanmasına
isə 1000 il lazımdır. Adi siqaret filtrinin parçalanmasına 5 ildən 15 ilə
qədər vaxt lazımdır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
160
2. Cədvəli dəftərinizə köçürün və verilmiş anlayışları uyğun xanalara yazın.
Alkoqol, konflikt, vibrasiyalar, sənayenin zəhərli tullantıları, müxtəlif təbiətli şüa-
lanmalar, zəhərli kimyəvi maddələr, müharibə, səs-küylər, gübrələr, siqaret,
narkotiklər, stress.
ANTROPOGEN AMİLLƏR
Fiziki amillər
Kimyəvi amillər
Sosial amillər
3. Cədvəldə insanın istifadə etdikdən sonra tulladığı əşyaların siyahısı verilib.
Onlardan təkrar istifadə üsullarını fikirləşin və qarşısındakı xanada qeyd edin.
Tullantı
Təkrar istifadə
Boş dəmir konserv bankaları
Qida qalıqları
Polietilen torbalar
Köhnə jurnal və qəzetlər
Geyilmış paltar
Qırılmış qab-qacaq
Plastmas butulkalar
161
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
B
İOLOJİ MÜXTƏLİFLİYİN SAXLANILMASI.
AZƏRBAYCANDA EKOLOJİ PROBLEMLƏR
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı ilə əlaqədar insan
fəaliyyətinin ətraf mühitə mənfi təsiri artmış və təbii sərvətlər həddindən artıq
istismar olunmuşdur.
Ekoloji standartlar. İnsan fəaliyyəti nəticəsində təbiətə güclü mənfi təsir gös-
tərilir. Belə ki, hər bir istehasal növü müəyyən tullantılarla bağlıdır. Bunlara sənaye
və avtonəqliyyatın xaric etdiyi tullantılar aiddir.
Təbiətin mühafizəsi istiqamətində əsas tənzimləyici normativ sənədlər ekoloji
standartlar (ekoloji normalar) qəbul olunmuşdur. Ətraf mühitin vəziyyətini qiymət-
ləndirmək və müxtəlif tullantıların insan orqanizminə göstərə biləcək təsirini müəy-
yən etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı hər bir çirkləndirici maddənin
yolverilən qatılıq həddini müəyyən etmişdir. Bu hədd maddələrin insan orqanizminə
mənfi təsir göstərməyən maksimal konsentrasiyalarıdır. Əgər hər hansı bir maddənin
miqdarı yolverilən konsentrasiya həddini aşarsa, bu zaman o, insan orqanizmi üçün
təhlükə mənbəyinə çevirilir.
Otaqda 0,5 m
3
havanın tərkibində 0,05 q ammonyak müəyyən olunmuşdursa, obyektin ekoloji
vəziyyətini qiymətləndirin. Ammonyakın yolverilən qatılıq həddi (YQH) 0,2 mq/m
3
-ə
bərabərdir. Qazın otaqdakı tərkibini YQH ilə müqayisə edərək hesablama aparmaqla
cavabınızı təsdiqləyin (düzgün cavabı seçin):
а) ekoloji cəhətdən təhlükəsizdir (ammonyakın havada tərkibi YQH-yə uyğundur);
b) ekoloji cəhətdən təhlükəsizdir (ammonyakın havada tərkibi YQH-dən 2 dəfə çoxdur);
с) ekoloji cəhətdən təhlükəlidir (ammonyakın havada tərkibi YQH-dən 100 dəfə çoxdur);
d) ekoloji cəhətdən təhlükəlidir (ammonyakın havada tərkibi YQH-dən 500 dəfə çoxdur).
Bütün dünya ölkələri kimi Azərbaycan da müxtəlif xarakterli ətraf mühit prob-
lemləri ilə üzləşir.
Bu baxımdan ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin
sağlamlaşdırılması sahəsində müsbət nəticə əldə etmək məqsədilə respublikamızda
dünya qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qə-
bul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq
edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf
prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində
tədbirlər görülür.
Fəaliyyət
44
– İnsan biomüxtəlifliyin qorunması üçün hansı vasitələrdən
istifadə edir?
162
Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri təkcə iqtisadi keçid
dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək
mümkün deyildir.
Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:
– su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd
çirklənməyə məruz qalması;
– yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması,
şirin suların tələbat yerlərinə çatdırılana qədər itkiyə yol verilməsi, kanali-
zasiya xətlərinin azlığı;
– sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının
çirklənməsi;
– münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);
– bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb
olunan səviyyədə idarə olunmaması;
– meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması;
– biomüxtəlifliyin azalması.
Bioloji müxtəlifliyin qorunması. Bioloji müxtəliflik dedikdə, adətən, növ müx-
təlifliyi başa düşülür. Lakin bioloji müxtəliflik bir-birindən fərqlənən 3 anlayışdan –
genetik, növ və ekosistem müxtəlifliyindən ibarətdir. Bioloji müxtəliflik ekosistem-
lərin yaranmasını və onlarda ekoloji tarazlığın formalaşmasını təmin edir. Bu olma-
dıqda maddələr və enerji mübadiləsi kəsilir, nəticədə ekoloji tarazlıq pozulur. Bioloji
müxtəlifliyin qorunması üçün, ilk növbədə, nəsli kəsilməkdə olan və sayı azalan
növlər müəyyən edilərək “Qırmızı kitab”a salınır.
Azərbaycan Respublikasının “Qırmızı kitab”ı. Azərbaycanın “Qırmızı kitab”ı
nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin və-
ziyyəti haqqında rəsmi dövlət sənədidir. O, respublikanın bütün ərazisində, o cüm-
lədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan
və bitki növlərinin vəziyyəti, yayılması, mühafizə tədbirləri haqqında məlumatları
özündə əks etdirir.
Mövcud “Qırmızı kitab” 6 hissədən ibarətdir, özündə nadir və nəsli kəsilmək
təhlükəsi olan 42 – məməli, 71 – quş, 5 – balıq, 16 – amfibi, 14 – reptili, 40 – həşərat
və 140 bitki növləri haqda məlumatı özündə birləşdirir.
Respublikanın “Qırmızı kitab”ına bitki və heyvan növləri 2 kateqoriya üzrə daxil
edilib: yoxa çıxmaq təhlükəsi olan növlər və nadir növlər.
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri (fərdlərin tələf olması və ya-
şadığı yerlərin dağıdılması) nəticəsində sayı azalan və arealı kəskin dərəcədə ki-
çilərək böhran səviyyəsinə çatan növlər daxildir. İkinci kateqoriyaya isə sayı azal-
mağa doğru meyil edən və kiçik ərazilərdə rast gəlinən növlər, həmçinin təbiətdə
sayı və ehtiyatları haqqında lazımi məlumat olmayan, az öyrənilmiş, mühafizəsinin
təşkili işində müəyyən çətinliklər olan heyvan və bitki növləri də daxildir.
Nəsli kəsilməkdə olan növlərin qorunub saxlanılması. Azərbaycan Respubli-
kasında nadir, nəsli kəsilməkdə olan növlərin qorunub saxlanılması məqsədilə milli
parklar, qoruq və yasaqlıqlar yaradılır. Burada qorunan bitki və heyvan növlərinin
163
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
yaşayış şəraiti yaxşılaşdırılır. Respublikamızda Kiçik və Böyük Qafqazın subalp zo-
nasında Qafqaz tetrası, Xəzərin sahilində, sututarlarda yaşılbaş ördəklər olur.
Hazırda Naxçıvan MR-də qaya keçisi və Cənubi Qafqaz muflonu, Şirvan qoruğun-
da, Bəndovan və Korçayda ceyrana rast gəlinir. Dağıstan turu Böyük Qafqazın ətə-
yində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qeydə alınmışdır.
Respublikanın çaylarında və Xəzərdə bir çox vətəgə əhəmiyyətli balıqlar ovlanır.
1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğuların tikilməsi, Xəzər
dənizi suyunun çirklənməsi və s. səbəblərdən qiymətli balıq növlərinin sayı xeyli
azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədilə respublikada geniş
miqyasda meliorasiya işləri aparılır. Balıq yetişdirmək üçün – “Kürağzı”, “Şirvan”
və “Kür” təcrübə-nərəyetişdirmə və s. müəssisələri istifadəyə verilmişdir.
1. Yolverilən qatılıq həddi nədir?
2. Məsələni həll edin:
Hövzədən götürülmüş 10 l suda 1 mq fenolun olduğu müəyyən edilmişdir. Fenolun
yolverilən qatılıq həddi (YQH)
10
-3
mq/
l-
dir.
Bu sudan məişət məqsədləri üçün istifadə
etmək olarmı?
3. Azərbaycan Respublikasında nadir, nəsli kəsilməkdə olan növlərin qorunub saxla-
nılması məqsədilə görülən tədbirləri sadalayın.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
164
“Nəqliyyatın havaya buraxdığı zərərli maddələrin miqdarına görə ekoloji
vəziyyətin qiymətləndirilməsi”.
Məqsəd:
1. Zərərli maddə tullantılarının miqdarının hesablanması.
2. Alınmış nəticələrin işlənilməsi.
3. Nəqliyyatın havanın çirklənməsinə təsirinin öyrənilməsi.
Təchizat: qələm, kalkulyator.
İşin gedişi:
1. Yaşadığınız evin və ya məktəbin yaxınlığında müəyyən uzunluqda avtomobil yolunu
seçin. Həmin yer evin və ya məktəbin pəncərəsindən yaxşı görünməlidir.
2. Avtomobillərin daha az hərəkət etdiyi vaxtda bu yolun uzunluğunu metrlə ölçün (L).
3 . Gün ərzində 2 dəfə – günorta (12:00–13:00 radələrində) və axşam (18:00–19:00
radələrində) həmin küçədən keçən minik, yük, avtobus və mikroavtobusları sayın.
Nəqliyyat növü
1 saat ərzində keçən
avtomobillərin sayı
(12:00–13:00)
1 saat ərzində keçən
avtomobillərin sayı
(18:00–19:00)
Minik maşınları
Yük maşınları
Avtobuslar
Mikroavtobuslar
Qeyd. 1 saat ərzində keçən avtomobillərin sayını hesablamaq üçün göstərilən zaman
intervalında 15 dəqiqə ərzində keçən avtomobillərin sayını 4-ə vurub təqribi sayı he-
sablamaq olar.
4. Təklif olunan göstəricilərdən istifadə edərək həmin küçədə 1 saat ərzində günün fərqli
vaxtlarında müxtəlif avtomaşınların xaric etdiyi dəm qazının miqdarını aşağıdakı
düsturla hesablayın:
·
·
Burada L – yolun uzunluğu (metrlə), G
m
– avtomaşının hərəkət zamanı 1 km məsafədə
xaric etdiyi qazın miqdarı (q/km) cədvəldə verilmişdir, k
m
– orta hesabla 1 saat ərzində
yolun seçilmiş hissəsindən keçən avtomobillərin sayı, 1000 – bir kilometrdə metrlərin
sayıdır.
Minik və yük avtomaşınlarının, həmçinin avtobus və mikroavtobuslar üçün G
m
qiyməti
cədvəldə verilmişdir.
L a y i h ə
1
165
• VI fəsil •
Canlılar və ətraf mühit
•
6
Nəqliyyat növü
k – 1 saat ərzində keçən
avtomaşınların sayı
G
m
M – 1 saat ərzində
atmosferə tullanan dəm
qazının miqdarı
12:00–13.00
18:00–19.00
12:00–13:00
18:00–19:00
Minik maşınları
19
Yük maşınları
75
Avtobuslar
97
Mikroavtobuslar
57
Cəmi:
5. Cədvəldəki rəqəmlərdən istifadə edərək günorta və axşam şaatları üçün müqayisəli
diaqramlar qurun.
12:00–13:00
18:00–19:00
12:00–13:00
18:00–19:00
12:00–13:00
18:00–19:00
12:00–13:00
18:00–19:00
M/m
Y/m
A
M/a
(M/m – minik maşınları, Y/m – yük maşınları, А – avtobuslar, М/а – mikroavtobuslar)
6. Tədqiqat apardığınız sahənin yaşayış binalarına yaxın olduğunu nəzərə alaraq həmin
ərazinin ekoloji vəziyyəti haqqında nəticə çıxarın.
M
166
Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilən nadir və mühafizəyə
ehtiyacı olan bitki və heyvanların öyrənilməsi
Məqsəd:
1. Tədqiq olunan rayonda nadir və mühafizəyə ehtiyacı olan bitkilərin və heyvanların
yaşadıqları yerlərin tapılması və öyrənilməsi.
2. Nadir növlərin morfoloji və bioloji xüsusiyyətlərinin, onların mühit şəraitinə
uyğunlaşmasının öyrənilməsi.
3. Öyrənilən nadir növlərin yaşayış yerlərinin kiçilməsinin, saylarının azalmasının
səbəblərinin araşdırılması.
4. Öyrənilən nadir növlərin mühafizə tədbirlərinin hazırlanması
.
Mənbələr:
1. Azərbaycan Respublikasının “Qırmızı kitab”ı
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı:
http://www.eco.gov.az/anket4.php
3. Digər elektron və çap mənbələri
İşin gedişi:
1. Biliklərinizdən, müşahidələrinizdən, əlavə mənbələrdən, o cümlədən “Qırmızı
kitab”dakı məlumatlardan istifadə edərək sizin rayonda yaşayan nadir və mühafi-
zəyə ehtiyacı olan heyvan və bitki növlərinin siyahısını tərtib edin. Onların şəklini
(fotosunu) çəkin.
2. Bitki və ya heyvan növünü təsvir edib cədvəldə qeydlər aparın.
Növün
adı
Morfoloji
xüsusiyyətləri
Bioloji
xüsusiyyətləri
Yaşayış yeri Mühit şəraitinə
uyğunlaşmalar
3. Öyrənilən nadir növlərin yaşayış sahələrinin, saylarının azalması səbəblərini
araşdırın.
4. Öyrənilən nadir növlərin qorunma tədbirlərini təklif edin.
5. Apardığınız iş barədə elektron təqdimat, buklet və ya fotoalbom formasında hesabat
hazırlayın.
Dostları ilə paylaş: |