Fəaliyyət
Praktik iş
34
– Fikrinizcə, bunun
səbəbi nədir?
Siz hər gün səhər eyni vaxtda saatın zəngi ilə yuxu-
dan oyanaraq dərsə gedirsiniz. Lakin yay tətili zamanı
məktəbə getməsəniz də, müəyyən bir dövr ərzində
yenə həmin vaxtda, amma saatın zəngi çalınmadan
yuxudan oyanırsınız.
•
şərtsiz tormozlanma
•
şərti tormozlanma
A ç a r s ö z lə r
124
Reflekslərin tormozlanması. Həm şərtsiz, həm də şərti reflekslər tanış olmayan
qıcıqların təsirindən tormozlana bilir. Yeni güclü qıcığın təsirindən səmt refleksi ya-
• Şərtsiz ağız suyu ifrazı
refleksi
1. Dilin reseptorları.
2. Ağız suyu ifraz edən mərkəz.
3. Ağız suyu vəzisi.
4. Böyük beyin yarımkürələri
qabığının qida mərkəzi.
• Şərtsiz səmt refleksi
5. Böyük beyin yarımkürələri
qabığında işığı qəbul edən
görmə mərkəzi.
Lampa yanır
• Lampanın yanmasına
qarşı şərti ağız suyu ifrazı
refleksinin yaranması
1. Dilin reseptorları
2. Ağız suyu ifraz edən mərkəz.
3. Ağız suyu vəzisi.
4. Böyük beyin yarımkürələri
qabığının qida mərkəzi.
5. Böyük beyin yarımkürələri
qabığında işığı qəbul edən
görmə mərkəzi.
Lampa
yanır
1
• Şərti refleksin meydana
gəlməsi
2. Ağız suyu ifraz edən
mərkəz.
3. Ağız suyu vəzisi.
4. Böyük beyin yarımkürələri
qabığının qida mərkəzi.
5. Böyük beyin yarımkürələri
qabığında işığı qəbul edən
görmə mərkəzi.
6. Qida və görmə mərkəzləri
arasında müvəqqəti
əlaqənin yaranması.
Lampa
yanır
125
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
ranır. Bu zaman qıcığın zərərli və ya faydalı olması ayırd edilir. Qıcığın təsiri müd-
dətində fəaliyyət dayanır. Məsələn, lampanı yandırdıqda itdə ağız suyu ifrazı baş
verir. Lakin bu zaman güclü zəng səsi eşidildikdə itdə səmt refleksi yarandığından
ağız suyu ifrazı kəsilir. Belə tormozlanma xarici və ya şərtsiz tormozlanma adlanır.
Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilmədikdə yaranan şərti
refleks tədricən zəifləyir və sönür. Bu, daxili və ya şərti tormozlanma adlanır. Mə-
sələn, lampanı yandırıb bir neçə dəfə yemək vermədikdə itdə lampanın yanmasına
qarşı ağız suyu ifrazı dayanır. Lampa yenidən təsirsiz qıcıqlandırıcıya çevrilir. Buna
səbəb beyin qabığında qida və görmə mərkəzi arasında yaranan müvəqqəti əlaqənin
qırılmasıdır. Lakin belə halda şərti refleks tam itmir. Əgər təcrübə təkrarlanarsa, ref-
leks yenidən bərpa olunur.
Beləliklə, şərti reflekslərin əmələ gəlməsi və tormozlanması sayəsində orqanizm
mühitin daim dəyişən həyat şəraitinə uyğunlaşır.
1. Uyğunluğu müəyyən edin.
А. Lampanın qida verməzdən
əvvəl yandırılması.
B. Ağız boşluğunda qidanın
olması.
C. Lampanın qidalanmadan bir
qədər əvvəl yandırılması.
D. Ağızdakı qidaya qarşı ağız
suyunun ifrazı.
E. Lampanın işığına qarşı ağız
suyunun ifrazı.
1. Şərtsiz
qıcıqlandırıcı
2. Təsirsiz
qıcıqlandırıcı
3. Şərtsiz refleks
4. Şərti refleks
a) Bu, təsirsiz qıcıqlandırıcı ilə şərtsiz
qıcıqlandırıcının uzlaşmasıdır.
b) Belə qıcıqlandırıcılar olmadan şərti
ağız suyu refleksi əmələ gəlmir.
c) Beyin yarımkürələri qabığının görmə
nahiyəsini oyandıran qıcıqlandırıcı.
d) Beyin yarımkürələri qabığının dad
nahiyəsini oyandıran qıcıqlandırıcı.
e) Bu şərtlə beyin yarımkürələri qabığında
görmə və qida mərkəzləri arasında
müvəqqəti əlaqə yaranır.
2. Suallara cavab verin. Cavablarınızı əsaslandırın.
A. İki uşaq yolda gedərkən baxdıqları filmi müzakirə edirdi. Gözləmədikləri anda
arxadan maşın siqnalı eşidildi. Uşaqlar arxaya baxmağı düşünmədən cəld yoldan
kənara çəkildilər. Uşaqlar bu hərəkəti şərti, yoxsa şərtsiz refleks nəticəsində etdilər?
B. Gecədir və otaqda qaranlıqdır. Siz oyanmısınız və vaxtı bilmək istəyirsiniz. Siz səhvə
yol vermədən elektrik açarının yerini müəyyən edirsiniz və işığı yandırırsınız. Sizin
elektrik açarına tərəf hərəkətiniz şərti, yoxsa şərtsiz refleksdir?
C. Çox vaxt kiçikyaşlı uşaqlar ağxalatlı insan gördükdə ağlamağa başlayırlar. Bu niyə
baş verir?
D. Vaxtilə dişlərini müalicə etdirərkən ağrı hissi keçirmiş insanlar stomatoloqun kabi-
netinə daxil olduqda rəngləri avazıyır, əlləri titrəyir və onları soyuq tər basır. Bunu
necə izah etmək olar?
E. Bəzən startda dayanan idmançı işarəni gözləyə bilməyərək qaçmağa başlayır. Belə
idmançıda tormozlanmanın hansı növü zəifləmişdir?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
Nümunə: D – 1 – b
126
D
ÜŞÜNCƏLİ FƏALİYYƏT. NİTQ. TƏFƏKKÜR
İşin gedişi:
1. Gözünüz qarşısında olan cisimləri (əşyaları) sadalamadan 1 dəqiqə ərzində ağlınıza
gələn istənilən sözləri yazın.
2. Yazdığınız sözlərin sayını müəyyən edin.
– Fəal, sağlam, öz dilini yaxşı bilən insan 19–21 söz yazır.
– Göstəricilərin daha aşağı olması (dəqiqədə təqribən 10 söz) yorğunluq, dili pis
bilmək və təfəkkürün bir az yavaş tempdə olması deməkdir.
– Yüksək göstəricilər (dəqiqədə 35–40 söz) çox hərəkətliliyin, sürətli nitqin, təfəkkürün
yüksək templi olması deməkdir.
– Bəs sizin öz nəticələriniz nə ilə bağlıdır?
Düşüncəli fəaliyyət. Ali sinir fəaliyyətinin öyrənilməsi göstərmişdir ki, insan və
heyvanlarda şərti reflekslərin yaranması və tormozlanması ümumi qanunauyğun-
luqlarına görə oxşardır. Lakin bəzi hadisələri şərti reflekslərlə izah etmək çətinlik
törədir. Məsələn, otaqda tavandan asılan bananı ac meymunun bambuk çubuqlarını
bir-birinə keçirərək götürməsini yalnız şərti refleks adlandırmaq olmaz.
Fəaliyyət
35
– Nitq nədir?
– Nitq hansı funksiyaları
yerinə yetirir?
Bizim hamımız insan cəmiyyətində yaşa-
yırıq. Belə yaşayış bir-birimizlə ünsiyyətdə
olmaq zərurəti yaradır və biz bunu nitqi-
miz vasitəsilə edirik.
Düşüncəli fəaliyyət
Tavandan asılan bananı
götürmək üçün şimpanze
bambuk çubuqlarını bir-birinə
calayır.
127
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
Heyvanların əşya və hadisələr arasında
qanunauyğunluqları duyaraq yeni şəraitdə tətbiq
etmək xüsusiyyəti düşüncəli fəaliyyət adlanır.
Orqanizmdə düşüncəli fəaliyyətin səviyyəsi sinir
sisteminin inkişaf dərəcəsindən asılıdır. Düşüncəli
fəaliyyət – ətraf mühitə uyğunlaşmanın ali formasıdır. Bunun vasitəsilə orqanizm
nəinki dəyişən həyat şəraitinə uyğunlaşır, o həm də bu dəyişikliyi əvvəlcədən
görərək öz davranışında nəzərə alır.
Nitq. Heyvanlar görmə, eşitmə, qoxu və dad, göz analizatorlarının, yəni birinci
siqnal sisteminin köməyi ilə ətraf mühitdə rast gəldikləri əşya və hadisələri duyurlar.
Lakin heyvanlardan fərqli olaraq insanlar bu məqsəd üçün həm də ikinci siqnal
sistemindən – nitqdən istifadə edirlər. Nitq əşya və ya hadisələri ifadə edən sözlərdən
təşkil olunmuşdur. Hər bir söz ətraf mühitdəki əşya və hadisələrin səslə ifadə edilmiş
siqnallarıdır. İnsan duyğu orqanları vasitəsilə qavradığı hər şeyi sözlə ifadə edir.
Nitq insanda anadangəlmə qabiliyyətdir. Lakin insan uşaq yaşlarından cəmiy-
yətdən təcrid edilərsə, danışa bilmir. Uşaq danışmağı 5–6 yaşına qədər öyrənir. Bu
vaxta qədər danışa bilmirsə, o, əqli inkişafdan qalır. Uşaqların gələcəkdə hansı dildə
danışmaları onun ətrafındakı adamların hansı dildə danışmasından asılıdır. İnsanda
nitq funksiyaları beyinin bir çox hissəsi ilə əlaqədardır. Şifahi nitqin formalaş-
masında sol yarımkürələrin alın payı, yazılı nitqin formalaşmasında isə gicgah və
təpə payları iştirak edir.
Şifahi və yazılı nitq insana digər insanlarla məlumatları bölüşməyə, öz biliklərini
sonrakı nəslə ötürməyə imkan verir.
Təfəkkür. Düşüncəli fəaliyyət insanda ən yüksək səviyyədə inkişaf edərək
təfəkkür şəklində özünü büruzə verir.
Təfəkkür – insanın əşya və hadisələrə qarşı münasibətlərini sözlər və obrazların
köməyi ilə digər insanlara təqdim etmək və ötürmək xüsusiyyətidir. Söz, təfəkkürü
Təfəkkür əməliyyatları
Analiz
Sintez
Müqayisə
Mücərrəd-
ləşdirmə
Ümumiləş-
dirmə
Əşya və hadi-
sələri xəyalən
hissələrə və
xüsusiyyətlərə
(forma, rəng,
dad...) bölmək
Hissələri və xü-
susiyyətləri xə-
yalən birləş-
dirmək
Əşya və hadisə-
ləri müqayisə et-
mək, onlar ara-
sında oxşarlıqları
və fərqləri
tapmaq
Bir əlaməti di-
gərlərindən ayır-
maq (analiz əsa-
sında həyata ke-
çirilir)
Əşya və hadisə-
ləri xəyalən
mühüm əla-
mətlərinə (“bun-
lar meyvədir”)
görə birləşdirmək
•
düşüncəli fəaliyyət
•
nitq
A ç a r s ö z lə r
128
konkret gerçəklikdən uzaqlaşdırır, nəticədə insanın nitqi mücərrəd təfəkkür vasi-
təsinə çevrilir. Mücərrəd təfəkkür ikinci siqnal sisteminin iştirakı ilə baş verir. Sözlər
vasitəsilə insanlar hər hansı bir prosesi təsvir etməyi, öz təəssüratlarını ifadə etməyi
və mücərrəd hadisələrdən obrazlar yaratmağı bacarırlar. Məsələn, siz “limon”
sözünü eşitdikdə onun sarı rəngli, şirəli və turş olduğunu təsəvvür edirsiniz. Bu
zaman ağzınız sulanır və çoxlu selik ifraz edirsiniz. Nəticədə, insan sözlər vasitəsilə
əşya və hadisələri tam təsəvvür edir. Təfəkkür özündə analiz, sintez, mücər-
rədləşdirmə, ümumiləşdirmə, yaddaşda olan etalonla müqayisə və bu kimi bir sıra
əməliyyatları birləşdirir.
1. Düzgün cavab variantını seçin.
• Gicgah/Ənsə payı yazılı nitqin formalaşmasında iştirak edir.
• İkinci siqnal sistemi yalnız heyvanlara/insanlara xasdır.
• Şifahi nitqin formalaşmasında sol/sağ yarımkürələrin alın payı iştirak edir.
• Əşyaların oxşar və fərqli xüsusiyyətlərinin üzə çıxarılması ümumiləşdirmə/müqayisə prosesi sa-
yəsində baş verir.
• Mücərrəd təfəkkür birinci/ikinci siqnal sisteminin iştirakı ilə baş verir.
• Təsəvvürümüzdə əşyaların hissələrinin və ya xassələrinin birləşdirilməsi sin-
tez/analiz adlanır.
2. Cədvəli tamamlayın.
Təfəkkür əməliyyatları
Təsvir
Misal
Analiz
Sintez
Ümumiləşdirmə
Müqayisə
3. Nitq və təfəkkür bir-biri ilə necə əlaqədardır?
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
129
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
E
MOSİYALAR. YADDAŞ
Emosiyalar. İnsan ətraf aləmə və ya əşyalara qarşı daim öz hislərini təzahür et-
dirir. Bu, emosiyalar (lat. “emoveo” – sarsılmaq, həyəcanlanmaq) adlanır. Emo-
siyalar olmasaydı, insanda sevinc, kədər duyğusu olmazdı. Emosiyalar, adətən, iki
qrupa bölünür: müsbət (şənlənmək, sevinmək, şad olmaq, məmnun qalmaq) və
mənfi emosiyalar (qəm, qüssə, kədər, acıqlanmaq, qorxu, nifrət və s.). İstənilən
emosional vəziyyətlərdə bədəndə qan təzyiqinin artması, ürək döyüntülərinin
sürətlənməsi kimi dəyişikliklər yaranır. Nəticədə qanda bioloji fəal maddələrin
miqdarı artır. Emosiyalar yaradan belə reaksiyaların fizioloji rolu böyükdür. Belə ki,
bu zaman orqanizm öz qüvvəsini səfərbərliyə alır.
Hər bir emosiyalardan sonra ifadəli hərəkətlər olur. Bunlar emosiyaların yaratdığı
gərginliyi azaldır. İfadəli hərəkətlər nəticəsində səsin tonu, intonasiyası, insanın
yerişi, bədən vəziyyəti dəyişir. Belə halda insanın hansı emosional vəziyyətdə
olduğunu müəyyənləşdirmək mümkündür. İfadəli hərəkətlər etməklə də müvafiq
emosiyalar yaratmaq olur. Bunu artistin obraza girməsində görmək mümkündür. O,
qəhrəmanın obrazını yaratmaqla özü də həmin qəhrəmanın hislərini yaşayır və onda
müvafiq emosiyalar yaranır.
Bəzən valideynlər istənilən ifadəli hərəkətləri etməməsi üçün uşağın istəyini ye-
rinə yetirməyə çalışırlar. Növbəti dəfə uşağın arzusu yerinə yetməyəndə isə o, ifadəli
hərəkətlərini bilə-bilə artırır. Nəticədə uşaqda getdikcə ərköyünlük yaranır.
Emosiyaların yaranmasında böyük yarımkürələr qabığının alın və gicgah payı,
həmçinin ara beyin iştirak edir. Emosiyalar, əsasən, alın payı ilə idarə olunur.
Yaddaşın tədqiqi (iş cütlərdə aparılır).
İşin gedişi (növbə ilə hər iki şagird yerinə yetirir):
А) 1. Kağız vərəqin üzərində istənilən 10 sözü qeyd edin.
2. Sözləri 30 saniyə ərzində yoldaşınıza göstərin və onları yadda saxlayıb ucadan
təkrarlamağı xahiş edin.
3. Nəticələri araşdırın.
В) Müəllimin sıra ilə söylədiyi 10 sözü 5 saniyədən sonra vərəqə yazın. Nəticələri araşdırın.
(Əgər 6 sözdən az yadda saxlamısınızsa, deməli, yaddaşınız zəifdir və siz onu məşq
etdirməlisiniz, 6–9 söz – yaxşı, 10 söz – əla yaddaşınızın olduğunu göstərir.)
• Birinci təcrübə ikincidən nə ilə fərqlənir? Təkrar etdiyiniz məlumatın keyfiyyəti
nədən asılıdır?
Fəaliyyət
36
– Nə üçün məlumatların hamısı
yadda qalmır?
– Nə qədər məlumatları və hansı
müddətə yadda saxlaya
bilirsiniz?
Dərsdə müəllimi dinləyən zaman siz
onun izah etdiklərini yadda saxlamağa
çalışırsınız. Növbəti dərsdə siz
yaddaşınızda nəyi saxlamısınızsa,
onu təkrar edə bilirsiniz.
130
Yaddaş. İnsanın mərkəzi sinir sisteminin köməyi ilə fərdi məlumat toplamaq, onu
yadda saxlamaq və lazım gəldikdə istifadə etməklə səciyyələnən proseslər məcmusu
yaddaş adlanır. Yaddaşın formalaşmasında beyin qabığı iştirak edir. Onun xüsusi
mərkəzi yoxdur. Lakin qabığın alın və gicgah payı zədələndikdə yaddaş itir.
Müasir təsəvvürlərə görə, yaddaşla əlaqəli olan beyin şöbələri bir-biri ilə qapalı
zəncirlər sistemi ilə əlaqədardır. Belə zəncirlər sistemindən keçən sinir impulsları
buradakı sinir hüceyrələrində baş verən biosintez proseslərində dəyişikliklər yaradır.
Nəticədə yaddaşın izini daşıyan xüsusi maddələr əmələ gəlir. İmpulslar bu neyron-
lardan nə qədər çox keçərsə, bu maddələr bir o qədər çox yaranır. Bu səbəbdən
materialın yadda yaxşı qalması üçün o, daim təkrar olunmalıdır.
Yaddaşın növləri. Yaddaş – xatırlama, yaddasaxlama və təkraretmə kimi pro-
seslərdən ibarətdir. Bu proseslərin müddətindən asılı olaraq 3 tip yaddaş ayırırlar.
Sensor və ya ani yaddaş reseptorlardan gələn məlumatın təsir izlərini bir neçə
saniyə saxlaya bilir. Əgər daxil olan siqnallar beyinin ali şöbələrini cəlb etmirsə,
yaddaş izləri silinir və reseptorlar yeni siqnalları qəbul edir.
Əgər reseptorlardan gələn məlumat vacib olarsa, o, qısamüddətli yaddaşa keçir.
Onlarda hazırkı anda insanın fikirləşdiyi məlumat saxlanılır. Əgər məlumat təkrar
daxil olmazsa, o, yaddaşdan silinir. Yalnız təkrarla və ya digər yadasalmalarla möh-
kəmləndirilən məlumatlar uzunmüddətli yaddaşa daxil olur və uzun müddət ərzində
– aylarla, illərlə yadda qalır.
Məlumatın yaddaqalma xüsusiyyətinə görə iki cür yaddaş ayırırlar: iradi və qey-
ri-iradi yaddaş. Qeyri-iradi yaddaşda məlumatın yadda saxlanılması üçün heç bir
cəhd olunmur. Bu yaddaş şüurun nəzarəti olmadan formalaşır. İnsanın əksər həyat
təcrübəsi belə yaddaş nəticəsində qazanılır.
İradi yaddaşda məlumatın yadda saxlanılması zamanı şüur işə qoşulur. İnsan
məlumatı yadda saxlamaq üçün öz qarşısına məqsəd qoyur. Qeyri-iradi yaddaş, əsa-
sən, uşaqlarda daha güclü olur.
Məlumatın yaddaqalma xüsusiyyətlərinə görə yaddaş aşağıdakı növlərə bölünür:
hərəkət yaddaşı, obrazlı yaddaş, emosional yaddaş və söz yaddaşı.
Hərəkət yaddaşı hərəki vərdişlər əsasında hər hansı hərəkətlərin yadda saxlanıl-
ması və təkrar edilməsidir; məsələn: idman hərəkətləri, rəqs etmək, yazı yazmaq.
Obrazlı yaddaş insanların üzlərini, səsini, təbiət lövhələrini, qoxuları, musiqini
yadda saxlamaq və təsvir etməkdir. Obrazlı yaddaş artistlərdə, şairlərdə, rəssam-
larda, yazıçılarda daha yaxşı inkişaf edir. Görmə, eşitmə, qoxubilmə, dadbilmə
orqanları obrazların yadda saxlanılmasına və təsvir olunmasına imkan verir.
Emosional yaddaş insanın keçirmiş olduğu hislərinin daha yaxşı yadda saxlanıl-
masıdır. Emosional vəziyyətdə insanda yaranan bioloji fəal maddələr məlumatın
daha yaxşı yadda saxlanılmasına səbəb olur. Emosional yaddaş hislər yaddaşıdır. Bu
səbəbdən müsbət və ya mənfi emosiyalarla əlaqədar olan şeylər daha yaxşı yadda
qalır.
Söz yaddaşı insanın oxuduğu, eşitdiyi, danışdığı sözləri yadda saxlamaq və təkrar
etmək qabiliyyətidir.
Yaddaşın tipləri bir-biri ilə əlaqəlidir. Bəzən məluma-
tın yadda saxlanılmasında bir neçə yaddaş növləri iştirak
edir. Analizatorlarla əlaqəli yaddaş növləri də var.
•
emosiyalar
•
yaddaş
A ç a r s ö z lə r
131
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
Yaddaş 25 yaşlarında daha yaxşı inkişaf edir. 50 yaşından sonra zəifləyir. Peşə
yaddaşı ahıl yaşda da qalır. Məşq etdirməklə yaddaşı daha da gücləndirmək müm-
kündür.
1. Sxemləri tamamlayın.
2. İstənilən iki emosiyanı plan üzrə təsvir edin.
А) Emosiyanın adı
В) Emosiyanın tipi (müsbət və ya mənfi)
С) Yaranma səbəbi
D) Xarici görünüşdə dəyişiklik (göz, üz ifadəsi, jestlər və s.)
E) Seçdiyiniz emosiyaya uyğun sxematik təsviri seçin və dəftərinizdə şəklini çəkin.
3. Məşhur insanların portretlərinin reproduksiyalarını seçin. Onlarda təsvir olunan
insanların emosional vəziyyətini şifahi təsvir edin.
4. Məktəblinin yaddaşını məşq etdirmək üçün effektiv üsullar təklif edin.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
YADDAŞ TİPLƏRİ
132
Y
UXU
“Müxtəlif yaşlı insanların yuxusunun davametmə müddəti” cədvəlindəki
göstəriciləri analiz edin.
İnsanın yaşı
Sutka ərzində yuxunun müddəti (saatla)
Yeni doğulmuş
21
6 ay – 1 yaş
15
4 yaş
12
10 yaş
10
14 yaş
8–9
Yaşlı
7–8
– İnsan yaşa dolduqca yuxunun davametmə müddəti necə dəyişir? Bunu nə ilə izah
etmək olar?
Yuxu insanın dövri olaraq baş verən funksional vəziyyətidir. Bu zaman onun
məqsədyönlü fəaliyyəti və ətraf mühitlə aktiv əlaqəsi olmur. Yuxu zamanı beyinin
aktivliyi azalmır, lakin beyin öz işini yenidən qurur.
İnsanda yuxu normal fizioloji prosesdir. Onun müddəti insanın fizioloji və-
ziyyətindən və yaşından asılı olaraq dəyişir.
Yuxu fazaları. Ortayaşlı adamlarda 7–8 saatlıq yuxu 4–5 tsikldən ibarət olur.
Hər tsikli 2 fazaya – ləng və tez yuxu fazalarına ayırırlar.
Ləng yuxu fazası insan yatarkən başlayır və
1–1,5 saat davam edir. Bu zaman maddələr
mübadiləsinin intensivliyi azalır, əzələlər boşa-
lır, ürək, tənəffüs və həzm orqanlarının fəaliy-
yəti zəifləyir, temperatur aşağı düşür.
Fəaliyyət
37
– İnsan niyə
yuxusuz yaşaya
bilməz?
İnsan öz həyatının 1/3 hissəsini yuxuda keçirir. Yuxu
insana qida və su kimi zəruridir. Əgər insan 3 sutka ər-
zində yatmırsa, onun diqqəti, yaddaşı pozulur, emosi-
yaları kütləşir, əmək qabiliyyəti aşağı düşür. Bəzi hal-
larda onda müxtəlif qarabasmalar da baş verir.
•
ləng yuxu
•
tez yuxu
A ç a r s ö z lə r
133
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
Tez yuxu fazası ləng yuxudan sonra başlayır və 10–15 dəqiqə davam edir. Bu
zaman daxili orqanların aktivliyi güclənir, nəbz vurğusu, tənəffüs hərəkətləri artır,
bədən temperaturu yüksəlir, gözü hərəkət etdirən əzələlər, mimiki və ayrı-ayrı əzə-
lələr yığılır. Səhərə yaxın tez yuxunun müddəti artaraq 20–30 dəqiqəyə çatır. Tez
yuxu müddətinin uzanması yuxudan oyanma anında orqanizmin funksiyalarının
fəallaşmasına səbəb olur.
Yuxunun fizioloji təbiəti. Beyin kötüyündə elə mərkəzlər var ki, yuxu, ayıqlıq
və yuxuda ikən hərəkətlərin tormozlanmasına cavabdehdir. Məsələn, ayıq halda olan
pişiyin yuxuya cavabdeh olan mərkəzini qıcıqlandırdıqda o büzüşərək yatır. Ayıq-
lığa cavabdeh hüceyrələri qıcıqlandırdıqda isə pişik oyanır və qulaqlarını şəkləyir.
Yuxuda ikən hərəkətlərin tormozlanması mərkəzinin hüceyrələri dağıdıldıqda onlar
gördükləri yuxunun hərəkətlərini təkrar edir.
Dostları ilə paylaş: |