YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
#11676
1   2   3   4   5   6   7   8   9   10   ...   18
partenogenez 
• 
hermafrodit 
A ç a r   s ö z lə r  

 
 
84 
 
g)  ilkin dişi cinsiyyət hüceyrəsinin bölünməsi sayəsində, sonda böyük hüceyrə və üç 
kiçik yönəldici cisimcik yaranır. 
 
2.  Səhv cümlələri tapıb düzəliş edin. 
A.  Böyümə mərhələsində DNT-nin ikiləşməsi baş verir. 
B.  Həlqəvi qurdlar hermafrodit orqanizmlərə aiddirlər. 
C.  Mayalanma getmədən qametdən yeni orqanizmin yaranması partenogenez adlanır. 
D.  Yetişmə fazasında meyoz prosesi nəticəsində 3 yumurta-hüceyrə və bir yönəldici 
cisim əmələ gəlir. 
E.  Мeyozun  ikinci bölünməsi zamanı ilkin erkək cinsi hüceyrədə eyni cür 4 hüceyrə 
yaranır və onlardan spermatozoidlər formalaşır. 
F.  Partenogenezə  yastı qurdlarda rast gəlinir. 
G.  Qametogenez nəticəsində diploid xromosom yığımlı spermatozoidlər və yumurta-
hüceyrələr yaranır.  
H.  Ziqotun yaranması ilə nəticələnən  erkək və dişi qametin birləşməsi prosesi 
qametogenez adlanır. 
 
3.  Sxemə diqqət yetirin. Sxemdə A, B hərfləri və 1–9 rəqəmləri ilə nə işarə 
olunmuşdur? 
 
 
 
 
homoloji  
xromosomlar 
 
ikiləşmiş homoloji 
xromosomlar 



 
 

85 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
  B
İTKİLƏRDƏ CİNSİ ÇOXALMA 
 
 
Yosunlar əlverişsiz şəraitdə, adətən, cinsi yolla çoxalır. Bu zaman onların bəzi 
nümayəndələrində  (xlamidomonada,  ulotriks  və  s.)  eyni  tipli,  haploid  xromosom 
yığımına  malik  qametlər  yaranır.  Qametlərin  birləşməsi  nəticəsində  ziqot  əmələ 
gəlir. Ziqot qalın qabıqla örtülərək qışlayır və əlverişli şəraitdə meyoz yolla bölü-
nərək sonda 4 ədəd yeni fərdə başlanğıc  verir.  
Çoxhüceyrəli yaşıl yosun olan spirogirada cinsi proses konyuqasiya tipində baş 
verir. Konyuqasiya  edən yosun hüceyrələrinin birinin möhtəviyyatı digərinə keçir. 
Onların nüvələrinin birləşməsi nəticəsində yaranan ziqotdan yeni yosun inkişaf edir.  
Bəzi  çoxhüceyrəli  yosunların  (laminariya,  porfira)  çoxalması  prosesində  nəsil  
növbələşməsi,  yəni  cinsi  və  qeyri-cinsi  nəslin  bir-birini  əvəz  etməsi  müşahidə 
olunur.  
 
 
– A və B şəkillərində hansı bitkilərin çoxalması göstərilmişdir?  
 
 
 
 
Şəkillərə diqqətlə baxın, biologiyadan aldığınız əvvəlki biliklərinizə əsaslanaraq cədvəli 
doldurun.  
 
Bitkinin adı 
Sporofit  
Sporofitin xromosom 
yığımı 
Qametofit 
Qametofitin xromosom 
yığımı 
А   
 
 
 
 
В   
 
 
 
 
– Bu bitkilərin həyat tsiklində oxşar və fərqli cəhətlər hansılardır?
 
 
Qametofit* – cinsi nəsil.   Sporofit*– qeyri-cinsi nəsil.
Sporofit*
Qametofit*
Qametofit
Ziqotun 
yaranması


İlk cücərti, 
qametofit
 
Sporlar
 
Sporofit
 
Fəaliyyət
 
23 

 
Mamırların və qıjıkimilərin çoxalması necə baş verir? 
– Bu bitkilərin çoxalmasının örtülütoxumlulardan fərqi nədədir?
 
 
 

 
 
86 
 
Ali  bitkilərdə  nəsil  növbələşməsi.  Ali  sporlu  bitkilərdə  spordan  haploid  cinsi 
nəsil inkişaf edir, cinsi nəsildə cinsiyyət hüceyrələri yaranır. Mamırlarda (quş ma-
mırında) cinsi nəsil yetkin bitkidir və uzun ömürlüdür. Bu səbəbdən mamırlarda cinsi 
nəsil üstünlük təşkil edir.  Qıjılarda və toxumlu bitkilərdə isə cinsi nəsil zəif inkişaf 
edir  və  ömrü  az  olur.  Belə  ki,  qıjıkimilərdə  spordan  cücərti  inkişaf  edir.  Cücərti 
rizoid  vasitəsilə  torpağa  bərkiyir.  Cücərtinin  üzərində  cinsiyyət  hüceyrələri  for-
malaşır. Mamırlarda və qıjıkimilərdə cinsi çoxalma su mühiti ilə sıx bağlıdır. Suyun 
iştirakı ilə spermatozoid yumurta-hüceyrəyə doğru hərəkət edə bilir. 
 
Ali bitkilərdə nəsil növbələşməsi 
 
 
Əgər mamırlarda cinsi nəsil üstünlük təşkil edirdisə, qıjıkimilərdə o, cücərti şək-
lində olur. Toxumlu bitkilər müxtəlif sporlardan inkişaf edən ayrıcinsli qametofitlərə 
malikdir.  Mikrosporlar  erkək  cinsi  hüceyrələrə,  makrosporlar  isə  dişi  cinsi  nəslə 
başlanğıc verir. Toxumlu bitkilərdə cinsi nəsil (qametofit) güclü reduksiyaya uğra-
mışdır.  
Çiçəkli bitkilərdə erkək qametofit tozcuq dənəciyi olub erkəkcik tozluğunda ye-
tişir və mikrospordan əmələ gəlir. Yetişmə dövründə tozcuq dənəciyində iki nüvə – 
vegetativ və generativ nüvə yaranır. 
Dişi qametofit makrospordan yaranır və yumurtacığın içərisində yerləşən rüşeym 
kisəsindən ibarətdir. Rüşeym kisəsində bir sıra bölünmələr baş verir. Nəticədə rü-
şeym kisəsində arasında yumurta-hüceyrə olan altı haploid hüceyrə və bir ədəd dip-
loid mərkəzi hüceyrə  əmələ gəlir. 
İkiqat  mayalanma.  1898-ci  ildə  rus  alimi 
S.Q.Navaşin  örtülütoxumlularda  (çiçəkli  bitki-
lərdə) xüsusi tip mayalanma kəşf etdi ki, bu da 
ikiqat mayalanma adlandırıldı. 
 Tozlanma  zamanı  erkəkcik  tozcuğu  dişici-
yin  ağızcığına  düşərək  cücərməyə  başlayır. 
• 
qametofit
• 
sporofit 
• 
ikiqat mayalanma 
A ç a r   s ö z lə r  

 
 

87 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
Tozcuq  borusunda  generativ  nüvə  bölünərək  iki  erkək  qameti  –  spermiləri  əmələ 
gətirir. Spermilərin qamçısı olmadığı üçün aktiv hərəkət edə bilmir. Tozcuq borusu 
uzanaraq yumurtacığın tozcuq girəcəyi olan hissədə rüşeym kisəsinə birləşir. Bun-
dan sonra borunun ucu dağılır və hər iki spermi rüşeym kisəsinə daxil olur. Onlardan 
biri yumurta-hüceyrə ilə birləşərək ziqot əmələ gətirir. Digər spermi isə mərkəzi hü-
ceyrə ilə birləşir və triploid (3n) endospermi əmələ gətirir. Belə mayalanma prosesi 
ikiqat mayalanma adlanır. İkiqat mayalanma çiçəkli bitkilər üçün səciyyəvidir. 
 
 
 
İkiqat mayalanma nəticəsində çiçəkli bitkilərin rüşeymləri ehtiyat qida maddələri 
ilə  təmin  olunur  ki,  cücərən  zaman bu  maddələri  sərf  edir. Meyvəyanlığı  toxumu 
qoruyur və onların daha yaxşı yayılmasını təmin edir.  
 
 
 
 
1. Cümlələrdəki səhvləri müəyyən edərək düzəldin.  
1) Yosunlar əlverişli şəraitdə, adətən, cinsi yolla coxalır. 
2) Ali bitkilərdə cinsiyyət hüceyrələri spordan inkişaf edən diploid cinsi nəsildə yaranır. 
3) Mamırlarda qeyri-cinsi nəsil üstünlük təşkil edir. 
4) Quş mamırında qeyri-cinsi nəsil yetkin bitkidir. 
5) Çiçəkli bitkilərdə tozluq erkək qametofitdir. 
 
2. Düzgün cavabı seçin: 
  Çiçəkli bitkilərdə tozlanma zamanı erkəkcik tozcuğu/saplağı dişiciyin ağızcığına 
düşərək cücərməyə başlayır.  
 
İkiqat mayalanma 
  
1. Toxum qabığı 
2. Rüşeym 
3. Endosperm 
4. Spermi ilə mərkəzi hüceyrənin 
birləşməsi 
5. Spermi ilə  yumurta hüceyrənin 
birləşməsi 
6. Dişi cinsiyyət hüceyrəsinin 
yaranması  
7. Erkək cinsiyyət hüceyrəsinin 
yaranması  
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
88 
 
  Tozcuq borusunda generativ nüvə bölünərək iki erkək qameti – spermi-
ləri/spermatozoidləri əmələ gətirir.  
  Tozcuq borusu uzanaraq dişiciyin ağızcığına/yumurtacığın rüşeym kisəsinə birləşir. 
  Rüşeym kisəsinə daxil olan spermilərdən biri mərkəzi hüceyrə ilə birləşir və onun 
xromosom yığımı diploid/triploid olur.  
  İkiqat mayalanma çiçəkli/çılpaqtoxumlu bitkilər üçün səciyyəvidir. 
  Mayalanmadan sonra yumurtacıqdan/yumurtalıqdan meyvə yaranır. 
  Mayalanmış mərkəzi hüceyrədən endosperm/toxumun rüşeymi yaranır. 
 
3. “Tozcuq borusunun böyüməsi və 
ikiqat mayalanma” şəklinə baxın. 
1-dən 9-a qədər hansı strukturlar, 10 
və 11 rəqəmləri ilə hansı proseslər 
işarələnmişdir? 
 
4. Suallara cavab verin: 
  Adi şamın tozcuq hüceyrəsi və sper-
miləri üçün hansı xromosom yığımı 
səciyyəvidir?  
  Çiçəkli  bitkilərin  spermiləri  və  endosperm  hüceyrələri  hansı  xromosom  yığımına 
malikdir? 
 
 
 O
RQANİZMLƏRİN FƏRDİ İNKİŞAFI 
 
Orqanizmin mayalanmadan ölənə qədər olan  fərdi inkişaf  dövrü ontogenez (yun
ontos – mövcud, “genesis” – mənşə, doğulma)  adlanır. Cinsi yolla çoxalan orqa-
nizmlərdə fərdi inkişaf mayalanmadan sonra ziqotun bölünməsi ilə başlayır.  
Ontogenezin  dövrləri  və  mərhələləri.  Çoxhüceyrəli  heyvanların  ontogenezi 
embrional və postembrional dövrlərə bölünür. 
Embrional dövr. Ziqotun bölünməsindən yeni orqanizmin yumurtadan və ya rü-
şeym qişasından çıxmasına qədər olan dövrü əhatə edir.  
 
 
24 
– Mayalanmış yumurta-hüceyrə necə adlanır? 
– Həşəratların, balıqların, suda-quruda yaşayanların rüşeyminin inkişafı necə gedir? 
 
 
1
 
2
3
4
5
6
7
 
Ontogenezin embrional dövrü
1 – ziqot, 2–5 – blastomerlər, 6 – birqatlı rüşeym, 7 – rüşeym qatlarının yaranması
 

 
 

89 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
Mayalanmadan müəyyən müddət keçdikdən sonra ziqot bölünməyə başlayır. Bir-
birinin ardınca baş verən mitoz bölünmə nəticəsində bir iri mayalanmış hüceyrədən 
– ziqotdan – çoxlu miqdarda kiçik hüceyrələr – blastomerlər yaranır. Bu hüceyrə-
lərdən daha sonra çoxhüceyrəli rüşeym formalaşır. Rüşeymin hüceyrələrinin bölün-
məsi nəticəsində rüşeym qatları, orqan və orqanlar sistemi meydana gəlir. 
Postembrional dövr. Doğumdan sonrakı və ya rüşeymin qabığından çıxan döv-
ründən  başlayır.  Ontogenezin  postembrional  dövrünün  həmçinin  öz  mərhələləri  – 
formalaşma və böyümə, yetkinlik, ölümlə başa çatan qocalıq mərhələləri olur.   
Heyvanlarda  inkişaf  tipləri.  Heyvanlarda  postembrional  inkişafı  iki  tipə  ayı-
rırlar: düzünə  dolayı.  
 
 
 
 
 
Müvafiq xanalara  “ + ” və ya  “ – ”  işarəsi qoymaqla cədvəli dəftərinizdə tamamlayın. 
Hər bir orqanizmə xas olan inkişaf tipini qeyd edin.
 
 
Ziqot 
Sürfə 
Pup 
Yetkin fərd 
Düzqanadlılar 
 
 
 
 
Pulcuqqanadlılar 
 
 
 
 
Suda-quruda 
yaşayanlar 
 
 
 
 
Quşlar 
 
 
 
 
İnsan 
 
 
 
 
 
– Canlı orqanizmlərin inkişaf tipləri hansı səciyyəvi xüsusiyyətlərinə görə fərqlənir? 
 
 
Fəaliyyət
Təxminən 1980-ci illərdə nəsli kəsilmiş, Avstraliyada yaşayan 
Rheobatrachus silus
 qurbağası nəsil qayğısına xüsusi bir üsulla qalırdı.  
 
Mayalanmış yumurtaları 
mədəyə ötürürdü. Yumur-
taları əhatə edən 
prostoq-
landin 
maddəsi mədə şirə-
sinin ifrazına mane olurdu. 
Buna görə həmin dövrdə 
mədə əsas vəzifəsini 
yerinə yetirmirdi. Vaxtı ça-
tanda isə qurbağa çömçə-
quyruqları xaric edirdi. 

 
 
90 
 
Düzünə inkişaf tipində sürfə mərhələsi olmur və yetkin fərdə oxşayan orqanizm 
meydana gəlir. Bu inkişaf tipi bir çox canlılar, məsələn, sürünənlər, quşlar, məməli-
lər üçün səciyyəvidir. Sürünən və quşlarda yumurta-hüceyrə sarılıqla zəngin olur. 
Rüşeymin  inkışafı  yumurtanın  içərisində  gedir.  Onun  qida  maddələri  ilə  təmin 
olunması  yumurtada  olan  sarılığın  hesabına  baş  verir.  Plasentalı  ali  məməlilərdə 
yumurta-hüceyrədə, demək olar ki, qida maddələri olmur. Rüşeymin qida maddələri 
ilə təmin olunması ana orqanizmin hesabına həyata keçirilir.  Bu səbəbdən də belə 
inkişaf bətndaxili inkişaf adlanır. 
 
 
Heyvanlarda dolayı inkişafın formaları 
 
 
Dolayı inkişaf  tipində  sürfə  mərhələsi  olur.  Yumurtadan  çıxan  sürfə  bir  sıra 
çevrilmədən  sonra  yetkin  fərdə  oxşayır.  Sürfə  mərhələsinin  öz  inkişafını  tamam-
laması üçün yumurta-hüceyrə lazımi sarılığa malik olur. Dolayı yolla inkişaf suda-
quruda yaşayanlar, sifoid meduzaları, həşəratlar, bəzi başqa heyvanlar üçün səciy-
yəvidir. Bunlarda sürfə mərhələsi öz inkişafını həyata keçirmək üçün xüsusi uyğun-
laşma əlamətlərinə malik olur. Məsələn, qurbağa sürfəsi olan çömçəquyruğun suda 
yaşamasını təmin etmək üçün axıcı bədən forması, qəlsəmə tənəffüsü, quyruq, yan 
xətt orqanı xarakterikdir. Bunların köməyi ilə o, 
suda üzə bilir. Sonra sürfə çevrilmələrə məruz 
qalaraq uyğunlaşma əlamətlərini itirir və yetkin 
qurbağaya çevrilir.  
 Bir  çox  heyvanlardan  fərqli  olaraq  bitki-
lərdə orqan və toxumaların formalaşması təkcə 
rüşeymin inkişafı dövründə deyil, həm də bütün 
postembrional inkişaf zamanı davam edir. 
 
 
 
Tam çevrilmə ilə gedən  inkişaf
 
Qeyri-tam çevrilmə ilə gedən inkişaf 
Pup
Tırtıl (sürfə) 
Yumurta 
Erkək
Dişi 
Yumurta
Sürfələr
Yetkin fərd
Yetkin mərhələ
• 
embrional dövr
• 
postembrional dövr 
• 
blastomer 
• 
düzünə inkişaf 
• 
dolayı inkişaf 
• 
bətndaxili inkişaf 
A ç a r   s ö z lə r  

 
 

91 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
 
 
1.  Cədvəli tamamlayın. 
Ontogenezin dövrləri 
Dövrün xüsusiyyətləri 
Embrional 
 
Postembrional 
 
 
2.  Düzgün ifadələri müəyyən edin: 
a)  Plasentalı ali məməlilərin yumurta-hüceyrəsi sarılıqla zəngin olur. 
b)  Düzünə inkişaf tipində sürfə mərhələsi olmur.   
c)  Quşlar üçün dolayı yolla inkişaf səciyyəvidir. 
d)  Mitoz bölünmə nəticəsində ziqotdan çoxlu miqdarda blastomerlər əmələ gəlir.  
e)  Dolayı inkişaf edən heyvanlarda postembrional dövrdə  yetkin fərdə oxşayan 
orqanizm meydana gəlir. 
f)  Bitkilərdə haploid cinsi nəsil – qametofit  adlanır. 
g)  Örtülütoxumlu bitkilərin həyat dövriyyəsində sporofit nəsil üstünlük təşkil edir. 
 
3.  Ontogenez prosesinə aid ifadələri sxemin müvafiq xanalarına yerləşdirin:   
1. Tam metamorfoz  
2. Cinsi yetişkənlik dövrünə çatması   
3. Birqat çoxhüceyrəli rüşeymin yaranması   
4. İntensiv böyümə, bədən nisbətlərinin dəyişməsi  
5. Ziqotun əmələ gəlməsi  
6. Çoxqatlı rüşeymin formalaşması  
7. Toxumaların və orqanların formalaşması  
8. Yetkinlik  
9. Qocalma və təbii ölüm 
 
 
ONTOGENEZ
Embrional dövr
Postembrional dövr
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
92 
 
 
 
 
 
 
1. 
Sxemi dəftərinizə çəkin və tamamlayın: 
 
 
1. Müvafiq ədəbiyyat, yaxud internet resurslarından istifadə edərək Publisher,  yaxud 
WORD proqramında (A4 ölçülü kağızlarda) “Azərbaycanın bioloq alimləri” mövzu-
sunda buklet hazırlayın. Məlumatı aşağıdakı plan əsasında təşkil edin: 
 Alimin S.A.A.   
 Fotoşəkli    
 Yaşadığı illər    
 Qısa tərcümeyi-halı     
 Elmi xidmətləri 
2. Elmi-populyar  ədəbiyyat,  yaxud  internet  resurslarından  istifadə  edərək  müxtəlif 
aləmlərin  nümayəndələrinin  quruluşu  və  həyat  fəaliyyəti  barədə  maraqlı  faktlar 
toplayın. Məlumatı elektron təqdimat formasında təqdim edin.  
3. İnternet  resurslarından  istifadə  edərək  “Klonlaşdırma:  mahiyyəti  və  əhəmiyyəti. 
Klonlaşdırmanın  müasir  aspektləri”  mövzusuna  dair  məlumat  toplayaraq  referat 
yazın. “Klonlaşdırma” mövzusunda (müsbət və mənfi cəhətləri) debat təşkil edin. 
4. Müvafiq  ədəbiyyatdan  və  resurslarından  istifadə  edərək  Azərbaycanda  yeni  bitki 
sortlarının alınmasına dair məlumatlar toplayın. Məlumatı sistemləşdirin və elektron 
təqdimat formasında təqdim edin.  
5. Müvafiq  ədəbiyyat  (jurnal,  qəzet  məqaləsi  və  s.),  yaxud  internet  resurslarından 
istifadə edərək  “Müxtəlif  taksonomik qrupların (suda-quruda yaşayanlar, sürünənlər, 
quşlar  və  ya  məməlilər)  ontogenezinin  xüsusiyyətləri”  mövzusunda  A3  ölçülü  və-
rəqdə fotokollaj tərtib edin.   
 
 
L a y i h ə
 
 
 
Ü m u m i l ə ş d i r i c i   t a p ş ı r ı q l a r
 

 
 

93 
 
•   III  fəsil  •  
Orqanizm tam bir sistemdir  
• 
2. 
Düzgün variantı müəyyən edin:  
  Yaşıl evqlen tumurcuqlanma/ ikiyə bölmə yolu ilə çoxalır. 
  Ağ planarinin/ infuzor-tərliyin  bədəninin qopmuş hissələrindən tam orqanizm 
inkişaf edə bilər. 
  Qeyri-cinsi çoxalmada adətən bir/iki valideyn iştirak edir. 
  Bitkilərdə vegetativ çoxalma gövdə/toxum vasitəsi ilə aparılır. 
  Yosunlar/Birləpəli bitkilər sporla çoxalır. 
  Cinsi çoxalma zamanı meydana gələn orqanizm ətraf mühitin dəyişən 
şəraitinə dözümlü olur/olmur. 
 
3. 
Verilən açar sözlərindən istifadə edərək ifadələri tamamlayın: 
a) 
Qametlərin yaranması prosesi __ adlanır. 
b) 
Öz inkişafının birinci mərhələsində ilkin cinsiyyət hüceyrələri __ yolla 
bölünür. 
c) 
İlkin erkək cinsi hüceyrələrindən __ nəticəsində eyni cür 4 hüceyrə yaranır . 
d) 
Erkək və dişi qametin birləşməsi prosesi __ adlanır.   
e) 
Mayalanma getmədən qametdən yeni orqanizmin yaranması __ adlanır. 
f) 
Bir fərddə hər iki cinsiyyət orqanı olan orqanizmlər __ adlanır. 
Açar sözlər: meyoz,  mayalanma,  qametogenez, hermafrodit, partenogenez, mitoz 
 
4. 
İkiqat mayalanma mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin. Sxemi 
dəftərinizə çəkin və tamamlayın. 
a)  Spermilərdən biri yumurta hüceyrə ilə birləşərək ziqot əmələ gətirir. 
b)  Erkəkcik tozcuğu dişiciyin ağızcığına düşərək cücərməyə başlayır. 
c)  Tozcuq borusunda generativ nüvə bölünərək iki erkək qameti – spermiləri 
əmələ gətirir. 
d)  İkinci spermi mərkəzi hüceyrə ilə birləşir və triploid xromosom yığımlı 
endospermi əmələ gətirir. 
e)  Borunun ucu dağılır və hər iki spermi rüşeym kisəsinə daxil olur. 
f)  Tozcuq borusu uzanaraq yumurtacığın tozcuq girəcəyi olan hissədə rüşeym 
kisəsinə birləşir. 
 
 
5. 
Düzgün ifadələri müəyyən edin: 
1)  Həşərattutan nepentes bitkisi avtotrof orqanizmdir.  
2)  Şərait əlverişsiz olduqda birhüceyrəlilərin əksəriyyəti qalın qabıqla örtülərək 
sista əmələ gətirir. 
3)  Heterotroflar arasında saprofit və parazitlər mövcuddur. 
4)  Dolayı  inkişaf tipində sürfə mərhələsi olur. 
5)  Poliomielit virusu qaraciyəri zədələyir. 
6)  Birhüceyrəli orqanizmlərə birhüceyrəli yosun olan xlorellanı və yaşıl evqleni 
aid edirlər.   
7)  Düzünə inkişaf tipi sürünənlər və quşlar üçün səciyyəvidir.  
8)  Orqanizmin mayalanmadan ölənə qədər olan  fərdi inkişaf  dövrü qametogenez  
adlanır. 
 

 
 
 
 
 
 
 
 
II
 bölmə 
ÜZVİ ALƏMİN 
TƏKAMÜLÜ 
2
 
IV fəsil 
•  
Populyasiya. Növ  

 
 
V fəsil
 
• 
 Ali sinir fəaliyyəti  

 
 

 
 
95 
 
•   IV  fəsil  •  
Populyasiya. Növ
• 

 
 
 
 
 
 N
ÖV VƏ ONUN KRİTERİLƏRİ 
 
 
 
Növlər morfoloji, fizioloji və biokimyəvi xüsusiyyətlərinə görə bir-birinə oxşar 
olan fərdlər cəmidir. Onlar təbiətdə müəyyən arealı tutur və sərbəst çarpazlaşaraq 
döllü nəsil verir. Hər bir növ müəyyən əlamət və xüsusiyyətlərinə görə digərindən 
fərqlənir. Bu xüsusiyyətlərin cəmi kriterilər adlanır.  
 
 
Morfoloji kriterinin öyrənilməsi 
İşin məqsədi: iki müxtəlif növə aid olan bitkinin morfoloji 
xüsusiyyətlərini təyin edib müqayisə aparmaq, oxşar və 
fərqli cəhətləri barədə nəticə çıxarmaq. 
İşin gedişi:   
1. Təklif olunan bitkilərin və ya onların şəkillərinin nümu-
nələrinə diqqətlə baxın. 
2. İki  bitkinin  morfoloji  xüsusiyyətlərini  cədvəldə  qeyd 
edin. Oxşarlıq və fərqləri barədə nəticə çıxarın. 
Bitkinin təsvir planı 
Paxla 
Günəbaxan 
1. Kök sistemi 
 
 
2. Gövdə (dikduran, 
sərilən və s.) 
 
 
3. Yarpaqların 
yerləşməsi 
 
 
4. Yarpağın quruluşu: 
sadə və ya mürəkkəb 
 
 
5. Çiçək, çiçək qrupu 
 
 
6. Meyvə 
 
 
– 
Morfoloji əlamətlərə görə bitkinin hansı növə aid oldu-
ğunu müəyyən etmək olarmı?
 
 
 
Fəaliyyət
 
Laboratoriya işi
 
25 
– Hansı əlamətlərinə görə fərdləri bir növdə birləşdirirlər?  
– Nə üçün növ sistematikanın əsas struktur vahidi hesab edilir?  
 
 
IV fəsil 
POPULYASİYA. 
NÖV   
4
Paxla
Günəbaxan

 
 
Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin