YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 4,08 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix16.03.2017
ölçüsü4,08 Kb.
#11676
1   2   3   4   5   6   7   8   9   ...   18

İşin gedişi:  
Təklif olunan maddələri su ilə dolu stəkanlara tökərək həll edin. 
– Nə müşahidə edirsiniz? Suda həllolma qabiliyyətinə görə maddələri necə qruplaşdırmaq 
olar? Nə üçün bəzi maddələr suda həll olur, digərləri isə yox? 
Fəaliyyət
 
Praktik iş
 
Hüceyrə maddələri
– Nə üçün hüceyrədə suyun miqdarının azalması onun məhv olması ilə nəticə-
lənə bilər? 
 
 
Müzakirə üçün
 

 
 
22 
 
Su hüceyrənin həcmini müəyyən edir və 
ona möhkəmlik verir. Hüceyrədə baş verən 
kimyəvi reaksiyalar su mühitində gedir. Su 
hüceyrənin  həyat  proseslərinin  gedişini  və 
mühitin sabit qalmasını təmin edir. Maddələr hüceyrəyə suda həll olunmuş 
şəkildə daxil olur və ondan xaricə çıxarılır. Suda yaxşı həll olan maddələr 
hidrofil (yun. “hidor” – su,  “fileo” – sevirəm), suda həll olmayanlar isə hid-
rofob (yun. “hidor” – su, “fobos” – qorxu, nifrət) adlanır. Hidrofil maddələrə 
– duzlar, sadə karbohidratlar,  hidrofob maddələrə isə yağlar, mürəkkəb kar-
bohidratlar və bəzi zülallar aiddir. 
 
 
 
Mineral  duzlar.  Hüceyrənin  qeyri-üzvi  maddələrinə  mineral  duzlar  da 
aiddir. Onlara hüceyrədə, adətən, ionlar (Na
+
, K
+
, Ca
2+
, Mg
2+
 kationları və 
HPO
4
2-
, H
2
PO
4
-
, Cl
-
, HCO
3

anionları) və ya birləşmələr şəklində rast gəlinir. 
Bəzi bitkilərin, məsələn, əncirin, beqoniyanın, soğanın hüceyrələrinə mikro-
skopla baxdıqda kristallar şəklində, bərk halda, suda həll olmayan kalsium 
duzlarını görmək mümkündür.  
 
 
 Canlılarda rast gəlinən 4 əsas elementdən (О, С, Н, N)  sonra beşinci 
yeri kalsium tutur. Yaşlı insanda sutka ərzində sümük toxumasından 700 
mq  kalsium  çıxarılır  və  bir  o  qədər  də  yenidən  toplanır.  Bu  səbəbdən 
sümük toxuması dayaq funksiyasından başqa, həm də kalsium və fosfor 
deposu  rolunu  oynayır.  Qidada  bu  elementlər  çatışmadıqda  orqanizm 
həmin elementləri sümük toxumasından alır. Məsələn, atmosfer təzyiqi 
aşağı  düşdükdə  orqanizmin  öz  müvazinətini  saxlaması  üçün  adi  hala 
nisbətən  daha  çox  kalsium  tələb  olunur.  Qanda  kifayət  qədər  kalsium 
ehtiyatı olmadığından o daha çox sümüklərdən çıxarılır. Proses norma-
dan kənara çıxarsa, yaşlı insanlarda patologiya başlayır. Onlar mütəmadi 
olaraq  sümük  ağrılarından  şikayətlənir  və  bunu  pis  hava  şəraiti  ilə 
əlaqələndirirlər.
Duz kristallarının toplanması 
Əncir yarpağının  
hüceyrələrində 
Beqoniya yarpaqlarının  
hüceyrələrində 
Soğan qabığı  
hüceyrələrində 
• 
hidrofil 
• 
hidrofob 
A ç a r   s ö z lə r  

 
 
23 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
Duzlar  orqanizmdə  bir  sıra  vacib  funksiyaları  yerinə  yetirir.  Məsələn, 
kalium  və  natriumun  xlorid  duzları  insanın  sinir  və  əzələ  toxumalarında 
elektrik  impulslarının  yaranması  və  ötürülməsində  iştirak  edir.  Hüceyrənin 
həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili 
mühiti, demək olar, sabit qalır. 
 
 
 
1. Düzgün cavabı seçin: 
1) Hüceyrənin tərkibində 27/80 növ kimyəvi elementə rast gəlinir. 
2) Suda yaxşı həll olan maddələr hidrofil/hidrofob maddələr adlanır. 
3) Hidrofob maddələrə duzları/yağları aid edirlər. 
4) Hüceyrədə su enerji mənbəyidir/kimyəvi reaksiyalar üçün mühitdir.  
5) Su 4°С / 90°С temperaturda maksimal sıxlığa malikdir. 
 
2. Suallara cavab verin: 
1) Buxar halında olan suyun molyar kütləsi 18 q/mol-a bərabərdir. Maye halında olan 
suyun molyar kütləsi isə daha yüksəkdir. Bu nəyi göstərir?  
2) Bitkilər və heyvanlar suyun çatışmazlığına necə uyğunlaşırlar? 
 
3. Dərslik və əlavə mənbələrdən istifadə edərək su  və digər qeyri-üzvi birləşmələr 
haqqında aşağıdakı məlumatları toplayın: 
1) Suyun kimyəvi tərkibi və quruluşu (strukturu, rabitə növü və s.) haqqında. 
2) Suyun sıxlığı, istilik tutumu və istilik keçiriciliyi haqqında. 
3) “Canlıların həyatında qeyri-üzvi birləşmələrin rolu”  mövzusunda təqdimat 
hazırlanması üçün.  
 
4. Orqanizmdə mineral maddələrin çatışmazlığı ilə əlaqədar bioloji proseslərdə baş 
verən dəyişilmələrə aid təqdimat hazırlayın. 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
24 
 
  
H
ÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ:  
KARBOHİDRATLAR, LİPİDLƏR  
 
 
 
 
Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein 
turşuları, ATF və vitaminlər aiddir. Orqanizmdə üzvi birləşmələr bəzən kiçik, bəzən 
isə iri molekul – polimer şəklində olur.  
Biopolimerlər.  Polimerlər  kiçikmolekullu  birləşmələrdən  –  monomerlərdən 
əmələ gəlir. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun çoxlu sayda 
təkrar olunan hər bir halqası monomerlərə uyğun gələcək. Bəzi polimerlər eyni növ, 
digərləri isə müxtəlif növ monomer halqalarından təşkil olunur. Canlı orqanizmin 
tərkibinə daxil olan polimerlər biopolimerlər adlanır. Onlar bütün canlıların hücey-
rələrinin əsas hissəsini təşkil edir. 
 
 
 
Karbohidratlar. Hüceyrənin əsas üzvi birləşmələrindən biridir. Bu birləşmələrin 
tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (monosaxaridlər 
və disaxaridlər) və mürəkkəb (polisaxaridlər) quruluşda olur. 
 
 
 

– Hansı karbohidratları və lipidləri tanıyırsınız? 
– Canlı orqanizmlərdə karbohidratlar və yağların əhəmiyyəti nədən ibarətdir? 
 
 
Yağların və karbohidratların təyin edilməsi.
Tapşırıqlardan birini yerinə yetirin. 
Təchizat: bir parça ağ çörək, günəbaxan toxumları, yodun spirtdə məhlulu, filtr kağızı.
 
İşin gedişi:  
1. Yod məhlulunu tünd çay rəngi alana qədər suda həll edin və çörəyi onunla isladın.
  
2. Günəbaxan toxumlarını kağızın arasına qoyub əzin.  
3. Kağızı açın və işığa tutub baxın.
 
  
 
Təchizat: nişasta, şəkər tozu, 2 stəkan soyuq su,
 
yodun spirtdə məhlulu,spirt lampa-
sı. 
İşin gedişi:  
1. İçərisində soyuq su olan stəkanın birinə 3 çay qaşığı nişasta, digərinə isə 3 çay 
qaşığı şəkər tozu tökərək qarışdırın.  
2. Onların üzərinə bir damcı yod məhlulu əlavə edin.  
3. İçərisində məhlul olan hər iki stəkanı qızdırın.
 
– Nə müşahidə etdiniz? Bu, nəyi sübut edir?
 
Fəaliyyət
 
Praktik iş
 
I
 
II
 
– Nə üçün hüceyrənin həyatında karbohidratlar mühüm rol oynayır?
 
 
 
Müzakirə üçün

 
 
25 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
Monosaxaridlər suda asan həll olur və şirin dada malikdir. Təbiətdə ən çox yayı-
lan monosaxaridlər qlükozafruktozaqalaktoza, həmçinin nuklein turşuları və ATF-
in tərkibinə daxil olan dezoksiriboza və ribozadır.  
Monosaxaridlərin ikisi birləşdikdə disaxaridlər 
əmələ  gəlir.  Disaxaridlər  də  xassələrinə  görə 
monosaxaridlərə oxşar olub suda asan həll olur 
və şirin dada malikdir. Disaxaridlərə çuğundur 
və  ya  qamış  şəkəri  (saxaroza)  və  süd  şəkəri 
(laktoza) aiddir.  
Polisaxaridlər çoxsaylı monosaxarid halqaların-
dan  təşkil  olunmuşlar.  Polisaxaridlərdə  monomer  halqaların  sayı  artdıqca  onların 
suda həllolma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində 
üstünlük təşkil edən nişastasellüloza, heyvan hüceyrəsində olan qlikogen, həşərat-
ların xarici skeletini təşkil edən xitin və s. aiddir.
  
 
 
 
Karbohidratların bioloji rolu. Karbohidratlar orqanizmdə, əsasən, enerji mən-
bəyi rolunu oynayır.  Hüceyrənin hərəkət, sekresiya, biosintez, işıqlanma və bu kimi 
hər hansı bir fəaliyyəti enerji hesabına baş verir. 
Bu  enerjini,əsasən,  karbohidratlar  verir.  Onlar  hüceyrədə  oksidləşərək  karbon 
qazı  və  suya   qədər  parçalanır.  1 q  karbohidrat  tam  parçalanarkən  17,6  kC  enerji 
ayrılır. 
Karbohidratlar həm də inşaat funksiyasını yerinə yetirir. Bitkilərdə hüceyrə diva-
rını, əsasən, sellüloza təşkil edir. Məsələn, pambıq lifi tamamilə sellülozadan iba-
rətdir. Göbələk və heyvan hüceyrələrində  xitinə rast gəlinir.  
 
• Sellüloza
 
ilə zəngin qidalar
 
bağırsağın, öd yollarının işinə 
müsbət təsir göstərir, mədə-
bağırsaqda qida durğunluğu-
nun qarşısını alır. Belə qida-
lara kələm, çuğundur, noxud, 
kəpəkli un və s. aiddir. 
• Pektin maddəsi 
də polisa-
xariddir. O, əsasən meyvə 
lətinin tərkibində olur. Pektin 
maddəsi bəzi zəhərləri, o 
cümlədən ağır metalları özünə 
adsorbsiya edə bilir. Bu maddə
ilə zəngin olan bitki 
balqabaqdır.
 
!
 
• 
biopolimer 
• 
monosaxarid 
• 
disaxarid 
• 
polisaxarid 
A ç a r   s ö z lə r  

 
 
26 
 
  
Lipidlər. Suda həll olmayan üzvi birləşmələrdir. Bütün heyvan və bitki hücey-
rələrinin tərkibinə daxildir.  
Lipidlərin ən geniş yayılanı yağlardır. Yağlar hüceyrədə quru kütlənin 5–15%-ni 
təşkil  edir.  Piy  toxuması  hüceyrəsində  onun  miqdarı  hətta  90%-ə  çatır.  Belə  hü-
ceyrələr heyvanlarda dəri altında, süd vəzilərində və piyliklərdə olur. Bütün məmə-
lilərin südündə yağ vardır. Bitkilərdə yağlar, əsasən, toxumlarda və meyvələrdə top-
lanır. Günəbaxanın, qozun, kətanın, kənafın, pambığın, zeytunun və başqa bitkilərin 
toxum və meyvələrində yağın miqdarı daha çoxdur.  
 
 
 
Yağların bioloji rolu. Yağların bioloji rolu çoxcəhətlidir. Onlar hər şeydən əvvəl 
enerji mənbəyidir. 1 q yağ tam parçalanarkən 38,9 kC enerji ayrılır. Yağlar bədən 
temperaturunun tənzimlənməsi prosesində iştirak edir. Quşlar və məməlilərdə dəri 
– Nə üçün heyvan hüceyrələri ilə müqayisədə bitki hüceyrələrində karbohid-
ratların miqdarı daha çox olur? 
 
 
Müzakirə üçün
Bəzi yağlar böhran temperaturunda parçalanaraq özlərindən bəzi zəhərli maddələr 
ayırır ki,  bu da, ilk növbədə, qaraciyəri zədələyir.   
Bəzi yağların böhran temperaturu 
İstilik və işığın təsirinə həssas yağlar 
Qarğıdalı yağı – 140°C  
Küncüt yağı – 150°C  
Üzüm toxumundan alınan yağ – 150°C 
Günəbaxan yağı – 170°C 
Zeytun yağı – 210°C 
Kətan yağı 
Balqabaq  toxumu yağı 
Qoz yağı  
 

 
 
27 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
altında piy qatının olması onların bədən temperaturunun sabit saxlanılmasını təmin 
edir və bu heyvanların qış mövsümündə də  aktiv olmasına şərait yaradır.  
Yağlar həm də ehtiyat su mənbəyi rolunu oynayır: 1 kq yağ oksidləşərkən, adətən, 
1,1 kq su alınır. Yağlar inşaat funksiyasını da yerinə yetirir. Onlar hidrofob xassəli 
olduğu üçün membranın tərkibinə daxil olmaqla  maddələrin bir çoxunun hüceyrə 
daxilinə keçməsinin qarşısını alır.  
 
 
1. Cədvəli tamamlayın. 
Karbohidrat qrupları 
Misallar 
Harada rast gəlinir 
Xassələri 
Monosaxaridlər  
 
 
 
 
Disaxaridlər 
 
 
 
 
Polisaxaridlər 
 
 
 
 
 
2. Düzgün cavabları qeyd edin. 
 
(1) 
(2) 
• Karbohidratların 
orqanizmdə yerinə 
yetirdiyi 2 funksi-
yanı seçin: 
 
a) katalitik  
b) inşaat    
c) nəqliyyat   
d) müdafiə   
e) siqnal   
f) energetik 
• Lipidlərin 
orqanizmdə 
yerinə yetirdiyi 3 
funksiyanı seçin: 
a) inşaat    
b) fermentativ   
c) energetik   
d) siqnal  
e) ehtiyat toplayıcı   
f) nəqliyyat 
 
3. Məsələni həll edin. 
• Yağın oksidləşməsi zamanı 5,5 q su alınmışdır. Oksidləşmədən əvvəl bu yağın parçalan-
masından  alınan  enerji  neçə  qram  karbohidratın  parçalanmasından  alınan  enerjiyə  bəra-
bərdir? 
 
4. Lipidlərə aid düzgün mülahizələri müəyyən edin.  
– 1 q-nın tam parçalanması zamanı daha çox enerji ayrılır.  
– Heyvanlarda bədən istiliyinin tənzimində iştirak edən qat əmələ gətirir. 
– Bitki və heyvanlarda ehtiyat halında toplana bilir.  
– Bəzi heyvanlarda əlavə su ehtiyatı yaradır. 
– Həşəratların bədən örtüyünün tərkibinə daxildir. 
 
 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
28 
 
 
 H
ÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ:  
ZÜLALLAR VƏ ONLARIN QURULUŞU 
 
 
 
 
 
Zülallar  mürəkkəb  üzvi  birləşmələr  –  biopolimerlərdir.  Onların  monomerləri 
aminturşulardır. Təbiətdə 150-dən çox aminturşu növü olsa da, onlardan yalnız 20 
növü zülalların tərkibinə daxildir.  
 
 
 
Aminturşular karboksil (– COOH) və amin qruplarının olmasına görə (– NH
2

bir-birinə oxşasalar da, onlarda həm də oxşar olmayan radikallar vardır. 
Aminturşuların ümumi formulu belədir: 
 
 

– Nə üçün zülalları biopolimerlərə aid edirlər? 
– Hansı zülalları tanıyırsınız?  
– Hansı qida maddələrində zülallar var?  
 
 
Valin (val)
 
Sistein (sis)
 
Tirozin (tir)
 
Bəzi aminturşuların quruluşu ilə tanış olun. Suallara cavab verin: 
– Bu aminturşuların quruluşunda oxşar və fərqli cəhətlər nədir?  
– Hər aminturşunun nadir xassəyə malik olması tərkibindəki hansı qrupla müəyyən 
olunur? 
Fəaliyyət
Amin  
qrupu  
Karboksil 
qrupu 
Radikal 
H
2

CH

R

OH 

 
 
29 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
Zülal molekulunun quruluşu. Aminturşular bir-
biri  ilə  peptid  rabitələri  hesabına  birləşmə  əmələ 
gətirə  bilir.  Bir-biri  ilə  birləşən  aminturşu  qalıqları 
polipeptid zəncir deyilən zülalın ilkin (birincili) qu-
ruluşunu yaradır. Müxtəlif aminturşuların belə birləş-
mə  ardıcıllığından  asılı  olaraq  zülalar  müəyyən  xü-
susiyyətlərə malik olurlar. Zülal molekulları təkcə birincili deyil, ikincili, üçüncülü 
və hətta dördüncülü quruluşu da əmələ gətirə bilir. 
Birincili quruluşlu zülal aminturşuların birləşmə ardıcıllığından ibarət uzun sap 
şəklində olur. Adətən, belə sap sonradan spiral halında burulur. Sapın spiral şəklində 
burulması zülalın ikincili quruluşu adlanır. Belə formanın meydana gəlməsinin əsas 
səbəbi spiralın hər burumları arasında hidrogen rabitələrinin yaranmasıdır. Yaranan 
spiral sap daha da sıx burularaq çox mürəkkəb fəza quruluşu (konfiqurasiya) yaradır. 
Belə çoxsaylı burulmalar nəticəsində zülal molekulu kürəcik və ya yumaq (qlobula)
 
şəklini alaraq daha da kiçilir. Bu, üçüncülü quruluş adlanır. Üçüncülü quruluşda olan 
zülal həm də bioloji cəhətdən aktivləşir. 
 
 
 
Beləliklə, zülalların  əksəriyyəti öz bioloji funksiyasını üçüncülü quruluşa malik 
olduqdan  sonra  yerinə  yetirir.  Bununla  yanaşı,  orqanizmdə  müəyyən  funksiyaları 
yerinə yetirmək üçün  daha yüksək quruluş səviyyəsinə malik zülallar tələb olunur. 
Belə quruluşlardan biri də  dördüncülü quruluşdur. Bu quruluş üçüncülü struktura 
malik bir neçə zülal zəncirinin birləşməsi hesabına yaranır. Dördüncülü quruluşlu 
– Zülalın quruluşu onun xassələri və funksiyaları ilə necə əlaqəli ola bilər?
 
 
 
Müzakirə üçün
• 
Zülal molekullarından bir çoxu həm uzunluğuna, həm də molekul kütləsinə görə böyük 
olur.  Belə  ki,  insulin  zülalının  molekul  kütləsi  5700,  ribonukleaza  zülal-fermentinin 
127000, albuminin (yumurta zülalı) 36000, hemoqlobində isə  65000 a.k.v.-dir. Müxtəlif 
zülalların tərkibinə müxtəlif  aminturşu qalıqları daxildir;  
Məsələn, ribonukleaza fermentində 19, insulində 18 növ aminturşu qalıqları mövcuddur.
!
 
• 
aminturşu  
• 
radikal 
• 
polipeptid zəncir 
A ç a r   s ö z lə r  

 
 
30 
 
zülalların tərkibinə, adətən, qeyri-zülali komponent də daxil ola bilir; məsələn, he-
moqlobin  4  qlobuladan  ibarət  olmaqla  yanaşı,  tərkibində  həm  də  “hem”  adlanan 
qeyri-zülali hissə vardır.   
 
 
 
 
 
1.  Cədvəli tamamlayın. 
Strukturun tipi 
Quruluşu 
Xüsusiyyətləri 
Birincili 
 
 
İkincili 
 
 
Üçüncülü 
 
 
Dördüncülü 
 
 
 
2.  Zülalların və mürəkkəb karbohidratların oxşar və fərqli xüsusiyyətlərini qeyd 
edin: 
 
3.  Cümlələrdəki səhvləri müəyyən edərək düzgün cümlələr qurun: 
  Zülalların monomeri monosaxaridlərdir.  
  Aminturşu qalıqları amin qruplarına görə fərqlənir. 
  Zülal molekullarının tərkibinə yalnız aminturşular daxildir. 
  Zülal molekulunun ilkin quruluşu polipeptid zəncirin spirallaşması ilə bağlıdır. 
  Zülalın ikincili quruluşu aminturşu qalıqlarının ardıcıllığı ilə təyin olunur.   
  Hemoqlobinin polipeptid zənciri yalnız aminturşu qalıqlarından təşkil olunmuşdur. 
 
4. Bir aminturşu qalığının 
molekul kütləsinin təxminən 
110 a.k.v. olduğunu nəzərə 
alaraq məsələni həll edin:  
• İnsanın qan zərdabında olan albumin zülalının nis-
bi molekul kütləsi təxminən 68400-dür. Bu zülalın 
tərkibindəki  aminturşu  qalıqlarının  təxmini  miq-
darını tapın. 
 
 
 
 
Zülal  
molekulunun  
quruluşu 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

 
 
31 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
 
 Z
ÜLALLARIN XASSƏLƏRİ  VƏ  BİOLOJİ  FUNKSİYALARI 
 
 
 
 
 
 
Zülalların xassələri. Bir çox fiziki və kimyəvi amillərin (spirtin, turşuların, qə-
ləvilərin,  yüksək  temperaturun,  radiasiyanın  və  s.)  təsirindən  zülal  molekulunun 
quruluşu pozulur və spiral açılmağa başlayır. Zülalların təbii quruluşunun bu cür də-
yişməsi  prosesi  denaturasiya  (lat.  “de”  –  yoxluq,  aradan  qaldırmaq,“natura”  – 
təbii) adlanır. Denaturasiya dönər və ya dönməz ola bilər.  
Denaturasiya zamanı əvvəl dör-
düncülü,  sonra  üçüncülü,  daha 
sonra  ikincili  quruluş  pozulur. 
Əgər  müəyyən  təsirdən  birincili 
(ilkin) quruluş da pozularsa, dena-
turasiya  dönməz  olar.  Məsələn, 
yumurta  zülalı  60–70°C-də  dena-
turasiyaya uğrayır. Birincili  quru-
luş  pozulmadıqda  isə  zülal  mole-
kulu yenə də burularaq əvvəlki tə-
bii vəziyyətini və xüsusiyyətlərini 
ala  bilir  və bu, dönər denaturasi-
ya və ya renaturasiya adlanır. Buradan belə nəticə çıxır ki, zülal molekulunun bütün 
quruluş və funksiyaları onun ilkin quruluşu ilə müəyyən olunur. 
Zülalların funksiyaları. Bir çox zülallar hüceyrədə bioloji katalizator rolunu oy-
nayaraq kimyəvi reaksiyaları sürətləndirir və burada baş verən proseslərin tənzim-
lənməsində iştirak edir. Belə zülallar fermentlər adlandırılır. Fermentlər həmçinin 

– Nə üçün canlı orqanizmlərin 
həyatında zülallar xüsusi 
əhəmiyyətə malikdir?  
–  Niyə “zülal” anlayışını 
bəzən “həyat” anlayışı ilə 
eyniləşdirirlər?  
Canlı orqanizmlərdə rast gəlinən albumin (yumurta 
zülalı), mədəaltı vəzinin hormonu olan insulin, həzm 
prosesində iştirak edən tripsin və ağız   suyunda 
olan lizosim fermentləri zülallara aiddir. Onlar müəy-
yən xüsusiyyətlərə malik olub hüceyrədə müxtəlif 
funksiyaları yerinə yetirir. 
 
Zülalların denaturasiyası prosesinin öyrənilməsi.
 
Təchizat: içərisində yumurta zülalı və süd olan sınaq şüşələri, sirkə turşusu, spirt lampası, 
pipet. 
İşin gedişi:  
1. Sınaq şüşəsinə 10–15 ml yumurta zülalı töküb spirt lampası üzərində qızdırın.  
2. İçərisində süd olan sınaq şüşəsinə pipetlə bir neçə damcı sirkə turşusu əlavə edin.  
– Nə müşahidə etdiniz?  
– Apardığınız tədqiqatdan hansı nəticə çıxara bilərsiniz? 
 
Fəaliyyət
Laboratoriya işi 
İlkin zülal 
moleku-
lunun 
bərpası 
 
Denaturasiya 
olunmuş zülal 
Denaturasiyayaqədərki 
zülal molekulu 

 
 
32 
 
molekulların  daşınması,  zülal,  yağ  və  karbohid-
ratların parçalanması, sintezi  və s.bu kimi proses-
lərdə  iştirak  edir.  Canlı  hüceyrələrdə  fermentin 
iştirakı  olmadan  heç  bir  reaksiya  gedə  bilməz. 
Zülallar  hüceyrədə  fermentativ  (katalitik)  funk-
siya  ilə  yanaşı,  inşaat, nəqliyyat, qoruyucu, tən-
zimləyici, hərəkət və bu kimi bir çox funksiyaları yerinə yetirir. Orqanizmdə kar-
bohidrat və yağlar çatışmadıqda zülallar parçalanır. Bir qram zülalın tam parçalan-
ması zamanı 17,6 kC enerji ayrılır.   
 
 
Yüklə 4,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin