!
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
1
2
3
4
5
6
7
8
104
Ç.D
ARVİNİN TƏKAMÜL TƏLİMİ
Şəkilləri nəzərdən keçirərək suallara cavab verin:
̶ Müasir it cinsləri, əsasən, hansı ümumi əcdaddan meydana gəlmişdir?
̶ İt cinslərini yetişdirərkən insan
qarşısına hansı məqsədlər qoyur?
̶ Bu həmin heyvanların quruluş
xüsusiyyətlərində özünü necə
büruzə verir?
̶
Sizcə, buna bənzər proses təbiətdə
mümkündürmü? Bu prosesi necə ad-
landırmaq olar? Hansı əlamətə görə
təbiətdə müxtəlif fərdlər seçilə bilərlər?
XIX əsrin ortalarında təkamül ideyalarını möhkəmləndirən bir sıra vacib kəşflər
edildi. Bütün bunlar Çarlz Darvin təliminin yaranmasına təkan verdi. Ç.Darvin
bioloji və geoloji tədqiqatlar aparan “Biql” gəmisi ilə 5 illik (1831–1836) dünya sə-
yahətinə çıxmış və bu səyahət zamanı Atlantik okeanındakı adalarda, Cənubi Ame-
rikada, Qalapaqos adalarında, Yeni Zelandiyada, Avstraliyada, Cənubi Afrikada ol-
muş və tədqiqatlar aparmışdır. Ç.Darvin öz ideyalarını sübuta yetirmək üçün bu sə-
yahət zamanı aldığı bəzi məlumatlardan istifadə etmişdir. Ç.Darvinə görə, populya-
siya daxilində bu mühitdə yaşamağa üstünlük qazandıran əlamətlərə malik fərdlər
seçilirlər.
Uzun illərin tədqiqatlarına istinad edən Ç.Darvin təkamül nəzəriyyəsini irəli sür-
müş, bunu ilk dəfə 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” əsərində əsaslan-
dırmışdır.
Ç.Darvinin təkamül təliminin əsas müddəaları bunlardır:
1. Hər bir növün yetkin fərdləri çoxlu sayda nəsil əmələ gətirirlər, yəni intensiv
çoxalırlar.
2. Qida çatışmazlığı şəraitində meydana çıxan rəqabət, yırtıcılar və xəstəliklərin
olması nəticəsində fərdlər arasında yaşamaq uğrunda mübarizə baş verir.
3. Yaşamaq uğrunda mübarizə nəticəsində mühitə uyğunlaşa bilməyən fərdlər
cinsi yetkinliyə çatmadan məhv olur. Mühitə uyğunlaşanlar isə həyatda salamat
qalaraq nəslini davam etdirir. Bir sözlə, təbii seçmə baş verir.
Fəaliyyət
28
– Təkamül nədir?
– Təkamül prosesi zamanı nə baş verir?
•
Ç.Darvinin tədqiqatlarının əsasında Tomas Maltusun insan populyasi-
yaları barədə irəli sürdüyü ideyalar durur. Maltusa görə, insanların sayı
adi halda hər 25 ildən bir həndəsi silsilə ilə artır. Lakin müxtəlif amillərin
(müharibələr, aclıq, təbii fəlakətlər, yoluxucu xəstəliklər və s.) təsiri al-
tında əhali artımının qarşısı alınır.
105
• IV fəsil •
Populyasiya. Növ
•
4
4. Təbii seçmə nəticəsində müəyyən vaxtdan
sonra əvvəlki nəsillə sonrakı nəsillər arasında
fərqlər yaranır. Belə fərqlər yüzlərlə və ya min-
lərlə nəsil ərzində davam edir və yeni növün ya-
ranmasına gətirib çıxara bilər. Fərdlər arasında
nəsildən-nəslə keçən belə dəyişkənliyə irsi
dəyişkənlik deyilir. İrsi dəyişikliklər fərdin həyatda yaşamaq şansını artırıb-azalda
bilir. Bu xüsusiyyətlər canlıların müxtəlif mühit şəraitinə uyğunlaşmasını təmin edir.
Müasir dövrdə təkamül barədə müzakirələr hələ də davam etməkdədir. Darvinin
o vaxtlar irəli sürdüyü fikirlər indiki dövrdə də araşdırılır və fərqli fikirlər söylənilir.
1. İfadələrin hansı alimin baxışlarına uyğun olduğunu müəyyən edin və cədvəli tamamlayın.
K.Linney
J.-B.Lamark
Ç.Darvin
1) Növlər dəyişməzdir, daimidir, təkamül yoxdur.
2) Növlərin çoxşəkilliliyi müxtəlif şəraitdə baş verən təkamülün nəticəsidir.
3) Təbii seçmə təkamülün hərəkətverici qüvvəsidir.
4) Təkamülün təbiətdə əsas hərəkətverici qüvvəsi orqanizmin tərəqqiyə doğru olan meylidir.
5) İlk dəfə orqanizmlərin elmi sistematikasını yaratmışdır.
6) Heyvanların sistematikasını sadədən mürəkkəbə doğru təkamül qaydası ilə yaratmışdır.
7) İlk dəfə üzvi aləmin təkamülü barədə elmi nəzəriyyə yaratmışdır.
8) İkiqat latın adlarını elmə daxil etmişdir.
2. Düzgün variantı müəyyən edin:
Ç.Darvin nəzəriyyəsinin əsas ideyası təbii/süni seçmədir.
Təkamül prosesinin vahidi populyasiyadır/növdür.
Təkamül ideyasını irəli sürən Lamarkdır/Linneydir.
Təkamülün nəticəsi – orqanizmlərin mühitə uyğunlaşmasıdır/irsi dəyişkənlikdir.
3. J.-B.Lamarkın və Ç.Darvinin nəzəriyyələrinin oxşar və
fərqli cəhətlərini müəyyən edin.
4. A və B şəkillərində təsvir edilənlərin hansının – Ç.Darvinin, yaxud J.-B.Lamarkın fikirlərinə
uyğun olduğunu göstərin və fikrinizi əsaslandırın.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A
B
•
intensiv çoxalma
•
yaşamaq uğrunda mübarizə
•
təbii seçmə
•
irsi dəyişkənlik
A ç a r s ö z lə r
106
Y
AŞAMAQ UĞRUNDA MÜBARİZƏ
İntensiv çoxalma. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi
lazımdır. Lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən
çox olur, yəni intensiv çoxalırlar.
Məsələni həll edin:
Bir milçək hər 20 gündən bir 120 yumurta qoyur. Əgər yumurtadan çıxan milçəklərin yarısının dişi
olduğunu nəzərə alsaq, yayda 2 ay ərzində nə qədər milçək əmələ gələ bilər?
– Doğrudan da bu qədər milçək əmələ gələ bilərmi? Bunun səbəbi nədir?
Kütləvi surətdə çoxalan orqanizmlərin bir
qismi əlverişsiz mühit şəraitinin təsirindən, di-
gər qismi isə başqa heyvanlar tərəfindən məhv
edildiyindən onların çox az bir hissəsi cinsi yet-
kinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüz-
lərlə yumurta qoyur, lakin bu yumurtalardan
çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış
məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların
yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır.
Yaşamaq uğrunda mübarizə. Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq
şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında
olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Darvin yaşamaq uğrunda
Fəaliyyət
29
– Mühitin hansı amilləri canlı orqanizmlərə təsir edir?
– Bu və ya digər amillərin fərdə, növə və ya populyasiyaya təsiri nəticəsində
nə baş verir?
•
növdaxili mübarizə
•
növarası mübarizə
•
əlverişsiz mühitlə mübarizə
A ç a r s ö z lə r
•
V.İ.Vernadskiyə görə planetin səthində orqanizmlərin mümkün yayılma sürəti.
Orqanizmlər
Yer səthini tam örtmə müddəti
Vəba bakteriyaları
Yatalaq bakteriyaları
Ağcaqanad
Milçək
Siyənək
Toyuq
Ev donuzu
Hindistan fili
1,25 gün
1,8 gün
203 gün
366 gün
7–12 il
7–12 il
8 il
1000 il
107
• IV fəsil •
Populyasiya. Növ
•
4
mübarizənin üç formasını – növdaxili, növarası və əlverişsiz mühitlə mübarizə for-
malarını ayırmışdır.
Növdaxili mübarizədə fərdlər eyni həyat şəraitinə möhtac olurlar. Bu səbəbdən
də növdaxili mübarizə digər mübarizə formaları ilə müqayisədə daha kəskin gedir.
Buna misal kimi şam ağaclarının işıq uğrunda mübarizəsini göstərmək olar.
Növdaxili mübarizə
•
Şam meşəliyində geniş çətirə malik ağaclar
günəş işığının qarşısını kəsir. Onların kök siste-
mi torpaqdan su və mineral duzları yaxşı sordu-
ğundan digər qonşu şam ağaclarına ziyan vurur.
•
Populyasiyanın sıxlığı və qida
çatışmazlığı zamanı növdaxili
mübarizə daha da kəskinləşir.
Növdaxili mübarizə yalnız fərdlər arasında açıq mübarizədən ibarət olmur. Bəzi
hallarda bu mübarizə qarşılıqlı yardım şəklində də ola bilər; məsələn, at ilxılarında
balaların birgə yemləndirilməsi və qorunması onların əməkdaşlığını göstərir. Fərd-
lərin qarşılıqlı yardımı növdaxili mübarizənin kəskinliyini azaldır.
Növlərarası mübarizə ayrı-ayrı növlər arasında gedir. Növlərarası mübarizəyə
yırtıcı ilə şikar arasındakı münasibətləri misal göstərmək olar.
Növlərarası mübarizə
(yırtıcı və şikar arasındakı
münasibət)
•
Yırtıcılarda hücum üçün kəskin
hücum vasitələri – iri və iti dişlər,
caynaqlar, sürətli hərəkət, qoru-
yucu davranış formaları, şikarda
isə kəskin müdafiə formaları, qo-
ruyucu rəng, qorunmanı nüma-
yişetdirmə və s. xüsusiyyətlər
olur.
Əlverişsiz mühitlə mübarizə – yaşamaq uğrunda mübarizənin üçüncü formasıdır.
Orqanizmlər daim mühitin quraqlıq, nəmişlik, soyuqluq və bu kimi əlverişsiz təsir-
lərinə məruz qalırlar. Bu səbəbdən əlverişsiz mühitin təsirinə qarşı onlarda müxtəlif
uyğunlaşmalar yaranır; məsələn, quraqlıq bitkilərində su qıtlığının qarşısının alın-
ması üçün bəzən kök daha dərinə gedir, yarpaqlar pulcuğa və ya tikana çevrilir. Bəzi
bitkilər (məsələn: sukkulentlər) isə gövdə və ya yarpaqlarına su toplayır.
108
Əlverişsiz mühitlə mübarizə
•
Ağ ayıda soyuğa uyğunlaşma ilə əlaqədar iri
bədən, qalın xəz dəri və piy təbəqəsi
mövcuddur.
Yaşamaq uğrunda mübarizənin bütün formaları bir-biri ilə qarşılıqlı əlaqədardır.
1. Bir zəncirotu bitkisi 1 m
2
sahədə yetişə bilir və il ərzində 100 uçağanlı toxum verir.
Adi zəncirotunun bir çox fərdlərinin məhv olması və Yer üzərini bütövlüklə tut-
mamasının səbəbləri aşağıdakılardır:
1. adi zəncirotu bitkilərinin bəzilərinin kök sisteminin daha yaxşı inkişaf etməsi;
2. yemlə birlikdə toxumların qoyunun mədəsinə düşməsi;
3. toxumlar cücərmək üçün əlverişsiz şəraitə düşdükdə məhv olur;
4. toxumlarla bir çox quşlar qidalanırlar;
5. adi zəncirotunun daha hündür formaları digərlərinə mane olur;
6. toxumlar səhrada, qayalarda məhv olur;
7. adi zəncirotu ilə otyeyən heyvanlar qidalanır;
8. adi zəncirotu xəstəliktörədən orqanizmlərin təsirindən məhv olur;
9. adi zəncirotu güclü şaxta və quraqlıq şəraitində məhv olur.
Yaşamaq uğrunda mübarizənin formalarının şərti işarələrindən istifadə edərək səbəbləri
doğru göstərən sıranı seçin.
D – növdaxili mübarizə
A – növlərarası mübarizə
M – əlverişsiz mühitlə mübarizə
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
A)
D
M
A
A
M
A
A
M
D
B)
D
A
M
A
D
M
A
A
M
C)
M
A
M
A
D
A
M
A
D
D)
A
A
D
A
M
M
D
M
A
109
• IV fəsil •
Populyasiya. Növ
•
4
2. Sxemi dəftərinizə çəkin. Yaşamaq uğrunda mübarizənin formalarına aid olan ifadə-
lərin nömrələrini onun müvafiq xanalarında yerləşdirin:
1) növ fərdlərinin ərazi uğrunda mübarizəsi;
2) Avstraliya arısının Avropa arısı tərəfindən sıxışdırılması;
3) bəzi heyvanlarda yay və qış yuxusunun olması;
4) dişilər uğrunda mübarizə;
5) şam və tozağacı arasında işıq uğrunda mübarizə;
6) fəsil tüləməsi;
7) parazitizm;
8) quşların müəyyən fəsillərdə köçməsi;
9) sürüdə başçı olmaq uğrunda mübarizə;
10) şikar uğrunda mübarizə;
11) səhra bitkilərində kök sisteminin güclü inkişafı və yarpaqların şəklinin dəyişməsi;
12) yırtıcılıq.
3. Suallara cavab verin:
1) Bayquşların yuvasında müxtəlif yaşda balalar olur. Bəzi bayquş növlərində balaların
yumurtadan çıxması arasında 5–7 gün fərq olur. Bunun bioloji əhəmiyyəti nədir?
2) Treska balığının körpələri bəzi meduzaların zəhərli qolcuqlara malik çətiri altında yaşayırlar.
Balıq körpələrinin belə yaşayış yeri seçməsinin səbəbi nə ola bilər?
3) Az miqdarda bala dünyaya gətirən canlı növlərinin təbiətdə sağ qalması necə mümkün olur?
Yaşamaq uğrunda mübarizə
Növdaxili
mübarizə
?
?
?
?
8, ...
110
T
ƏBİİ SEÇMƏ VƏ ORQANİZMLƏRİN MÜHİT ŞƏRAİTİNƏ
UYĞUNLAŞMASI
İntensiv çoxalma zamanı növdaxili və ya növlərarası münasibətlər yaşamaq uğ-
runda mübarizə ilə müəyyən edilir. Bu mübarizədə, adətən, mühit şəraitinə daha
yaxşı uyğunlaşan fərdlər salamat qalır və nəsil verir, digərləri isə çıxdaş edilir. Bir
sözlə, onlar təbii surətdə seçilirlər. Beləliklə, yaşamaq uğrunda mübarizənin nəticəsi
təbii seçmədir.
Təbii seçmə. Təbii seçmə populyasiya daxilində baş verir və istənilən yaş döv-
ründə olan orqanizmə təsir edir. Həyat şəraitinin tədricən dəyişməsi əlamətin orta
həddən kənara çıxmasına səbəb olur; məsələn, İngiltərədə sənaye şəhərləri yaxın-
lığında havanın tüstülü olması tozağacının gövdəsinin qaralmasına səbəb olmuşdur.
Nəticədə ağ rəngli kəpənəklər daha tez nəzərə çarp-
dığı üçün quşlar tərəfindən yeyilmiş, bu isə, öz
növbəsində, tozağacı qarışcası kəpənəklərinin tünd-
rəngli formaları üstünlük təşkil etməsinə gətirib
çıxarmışdır. Mühit şəraiti dəyişdikdə müəyyən əla-
mətli fərdlər yaşamaq uğrunda mübarizədə qalib
gəlir, kənara çıxan əlamətli fərdlər isə çıxdaş olur.
Əgər şərait sabit qalırsa, burada yaşayan po-
pulyasiyalarda əlamətlər də bir çox illər ərzində də-
yişməz qalır. Dəyişməz şəraitdə kənara çıxan əla-
mətli fərdlərin sayı azalır. Məsələn, fırtına zamanı
İngiltərədə uzun və qısa qanadlı sərçələr məhv ol-
muş, orta qanadlılar isə salamat qalmışdır.
Alimlər belə bir təcrübə aparmışlar: yaşıl örtük üzərinə 1200 qonur və 1200 yaşıl rəngli
adi dəvədəlləyi buraxırlar. Təcrübə nəticəsində quşlar 75% qonur, 25% isə yaşıl
həşəratları yemişlər. Qonur və yaşıl dəvədəlləyinin
(həşəratların) məhvolma intensivliyini müəyyən edin.
Məhvolma intensivliyi aşağıdakı düsturla hesablanır:
m – fərdlərin ilkin sayı;
n – növbəti çoxalmaya qədər sağ qalan fərdlərin sayı;
Е – məhvolma intensivliyi.
– Bu həşəratların sağ qalmasını nə təmin etdi?
– Təcrübə vasitəsilə nə müəyyən olundu?
Fəaliyyət
30
– Süni seçmə nədir?
–
Təbiətdə buna bənzər proses baş verirmi?
Tozağacı qarışcası
kəpənəkləri.
Qaralmış tozağacı
gövdəsində ağ rəngli kəpənəkləri
quşlar daha tez görür.
111
• IV fəsil •
Populyasiya. Növ
•
4
Uyğunlaşma. Təbii seçmə nəticəsində hər bir fərd yaşadığı şəraitdə yaşama və
çoxalma qabiliyyətini artıra bilən xüsusiyyətlər qazanır. Bunlar uyğunlaşma sayə-
sində mümkün olur. Məsələn, quraqlıq şəraitində yaşayan bitkilərdə yarpaq üzərində
tükcüklər, mum örtüyü, sukkulent bitkilərdə gövdə və yarpaqların su toplaması və
bu kimi uyğunlaşmalar olur. Heyvanlarda mühitə uyğunlaşmalar bədənlərinin rəng
və quruluşunda, instinktlərdə olan dəyişikliklər şəklində özünü büruzə verir. Düş-
mənlərdən qorunmaq, yaxud şikarını tutmaq üçün bəzi orqanizmlərin rəngi mühitin
rənginə uyğunlaşmışdır; məsələn, yaşıl şala otlar arasında yaşayır və mühitdən se-
çilmir. Bəzi heyvanların isə düşmənlərdən müdafiə üçün zəhəri olur. Bu səbəbdən
onların təhlükəli olduqlarını bildirmək üçün kəskin nəzərəçarpan parlaq rəngləri
olur.
Hər bir uyğunlaşma orqanizm üçün mühitin müəyyən şəraitində əlverişli olur.
Mühit şəraiti dəyişdikdə isə həmin uyğunlaşma öz əhəmiyyətini itirə bilir və bəzən
orqanizmin məhvi ilə nəticələnir. Bu, uyğunlaşmaların mütləq xarakter daşımadığını
göstərir.
1. Təkamül prosesində tozağacı qarışcasının mühit şəraitindən asılı olaraq qanadla-
rının rənginin dəyişmə mərhələlərini ardıcıllıqla müəyyən edin:
а) seçmə nəticəsində tünd qanadlı kəpənəklərin sağ qalması;
b) ətraf mühitin çirklənməsi nəticəsində tozağacı ağaclarının gövdəsinin rənginin dəyiş-
məsi;
c) tünd qanadlı kəpənəklərin çoxalması və belə əlamətin bir neçə nəsil ərzində saxlan-
ması;
d) açıqrəngli qanadları olan kəpənəklərin quşlar tərəfindən tutulması;
e) müəyyən vaxtdan sonra populyasiyada açıqrəngli fərdlərlə müqayisədə tündrənglilərin
üstünlük təşkil etməsi.
Parlaq rəngli parabizən
düşməndən xilas olmaq
üçün pis iyli maye buraxır.
Tozağacı qarışcasının
tırtılı
bədəninin formasına və
rənginə görə kiçik budaqcıqlara
bənzəyir.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
b)
112
2. Uyğunluğu müəyyən edin:
3. Dərslikdəki mətndən, şəkillərdən və əlavə məlumatlardan istifadə edərək cədvəli
tamamlayın:
№
Orqanizm
Yaşayış
mühiti
Uyğunlaşmanın
xüsusiyyətləri
Uyğunlaşmanın nisbi
xarakteri
1
2
3
4
5
4.
“
?
”
işarələrinin yerində müvafiq anlayışları qeyd edərək sxemi tamamlayın:
A) Təbii seçmə
B) Süni seçmə
1) Yeni növlər yaranır.
2) İnsanın tələbatını ödəməyə xidmət edir.
3) Təbiət yarandığı dövrdən təsir göstərir.
4) Növ üçün faydalı əlamətlər seçilir.
5) Sort və cinslər yaranır.
6) İnsan əhliləşdirmə apardığı dövrdən təsir göstərir.
1
2
3
4
5
irsiyyət; təbii seçmə; yaşamaq uğrunda mübarizə; dəyişkənlik
?
?
Orqanizmlər bir-birindən
fərqlənirlər və öz səciyyəvi
əlamətlərini irsən ötürə bilirlər.
Daha yaxşı uyğunlaşanlar sağ
qalırlar.
İntensiv çoxalma
Mühit amillərinin
məhdudluğu
?
?
113
• IV fəsil •
Populyasiya. Növ
•
4
M
İKROTƏKAMÜL. YENİ NÖVLƏRİN ƏMƏLƏ GƏLMƏSİ
Həyat şəraitinin dəyişməsi növ populyasiyaları arasında fərqlərin meydana gəl-
məsinə səbəb olur. Bu isə son nəticədə növəmələgəlmə prosesinə şərait yaradır.
Qalapaqos birəbitdənlərinin növləri 2–3 milyon il
bundan əvvəl adalara materikdən düşmüş ümumi
əcdaddan əmələ gəlmişdir. Növlər bir-birindən
dimdiklərin ölçüsünə və formasına, lələklərinin
rənginə görə fərqlənir.
– Sizin fikrinizcə, müxtəlif növlərə aid olan birəbitdən-
lərdə yaranan bu xüsusiyyətlər nə ilə əlaqədardır?
Mikrotəkamül. Populyasiya daxilində yeni növlərin yaranması ilə nəticələnən
təkamül prosesləri gedir. Həyat şəraitinin dəyişməsi nəticəsində bunlarda divergensiya,
yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin
əmələ gəlməsi prosesinə şərait yaranır. Növ daxilində baş verən təkamül prosesləri
mikrotəkamül adlanır. Mikrotəkamül növün təkamülünün ilkin mərhələsidir. O, nisbətən
qısa tarixi dövr ərzində baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilir. Mikro-
təkamül prosesi növün yaranması ilə başa çatır.
Növəmələgəlmə. Yeni növlərin yaranmasının iki formasını – coğrafi və ekoloji
növəmələgəlməni ayırırlar.
Coğrafi növəmələgəlmə iki yolla baş verir: arealın genişlənməsi və arealın
hissələrə parçalanması ilə .
Arealın genişlənməsi zamanı populyasiyaların sayı artır və növün fərdləri areallarını
genişləndirmək hesabına yeni həyat şəraitinə düşür. Nəticədə populyasiya daxilində irsi
dəyişkənlik yaranmağa başlayır. Təbii seçmə ilə əlaqədar populyasiyanın gen tərkibi
zaman keçdikcə dəyişir və divergensiya nəticəsində mikrotəkamül baş verir. Sonralar
populyasiyanın təkamülü yeni növlərin yaranması ilə nəticələnə bilir. Məsələn, Uraldan
Baykala qədər ərazidə arealını genişləndirmiş Sibir qaraşamının yeni şəraitə düşməsi po-
pulyasiya fərdlərində irsi dəyişkənliklərin (mutasi-
yaların) meydana gəlməsinə səbəb olmuş və çar-
pazlaşma nəticəsində yeni gen kombinasiyaları ya-
ranmışdır. Bu, Daur qaraşamı növünün yaranması
ilə nəticələnmişdir.
Dostları ilə paylaş: |