Yaşayış məntəqələrinin təsnifatı


Azərbaycan da yaşayış məntəqələri



Yüklə 1,7 Mb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40265
1   2   3   4   5
2 5215270983853672067

Azərbaycan da yaşayış məntəqələri

  • Azərbaycanda bütün yaşayış məntəqələri şəhər və kənd məntəqələrinə bölünür. Respublika, rayon, vilayət tabeli, şəhərlər və şəhər tipli qəsəbələr Şəhər yaşayış məntəqələridir. İnzibati tabeliliyindən asılı olmayaraq kəndlər kənd yaşayış məntəqələridir. Respublika tabeli şəhərlər kateqoriyasına 40 mindən çox əhalisi olan, iri iqtisadi, mədəni, inzibati mərkəzlər, ölkə orqanları tərəfindən rəhbərlik edilməsi məqsədə uyğun sayılan şəhərlər aid edilir. Yaxın gələcəkdə iqtisadi və sosial cəhətdən daha inkişaf etmə, əhalisinin artması perspektivi varsa əhalisi 40 mindən az olan şəhərdə respublika tabeli kateqoriyaya aid edilə bilər. Respublika və vilayət tabeli şəhərlərə 10 mindən çox əhalisi, inkişaf etmiş sənayesi, mənzil fondu, ətraf rayonlar üçün iqtisadi və mədəni mərkəz sayılan şəhərlər aid aid edilə bilər. Rayon tabeli şəhərlərə əhalisi ən azı 5 min nəfər ( bunun 60%-dan çox fəhlə və qulluqçular və ailə üzvləri ), sənaye müəssisələri, sosial, mədən idarələri olan məntəqələrə aid edilə bilər. Rayon mərkəzi olan azı ikimin əhali yaşayan (əhalinin 50% dən çoxu fəhlə və qulluqçu ) məntəqələr şəhər tipli qəsəbələrdir. Bu kateqoriyaya sənaye müəssisələri tikinti, dəmir yol qovşağı, ses və hidro texniki qurğu, sanatoriya müəssisələri yaxınlığında yerləşən ən azı 2 min əhalisi (bunun 60%-dən çoxu fəhlə qulluqçu) olan məntəqələr aid edilir. Əhalisi 2000-5000 olan, yaxın gələcəkdə inkişaf etmə və əhali artmaprespektivi olan məntəqələr də şəhər tipli qəsəbə ola bilər. Kurort (yaylaq) qəsəbələri əgər müalicəyə və istirahətə bura gələnlərin sayı daimi əhalini ən azı 50% -ni təşkil edirsə, şəhər tipli qəsəbə ola bilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin