Ölkənin bu və ya başqa regionunda şəhərlərin inkişafı və onların sayının artması urbanizasiya adlanır. Urabnizasiyanın səviyyəsi hər bir ölkədə şəhər əhalisinin xüsusi çəkisi ilə müəyyən olunur. Avropa ölkələrinin əksəriyyətindəbu göstərici çox yüksəkdir, belə ki, əhalinin təxminən 75-85%-i şəhərdə yaşayır. Aqlomerasiyanın müsübət cəhətləriyləyanaşı, mənfi cəhətləri də vardır. Bunlardan ən əsası sosial və ekoloji gərginlikdir. Böyük "milyonçu" şəhərlərdə (əhalisi milyondan çox olan şəhərlərdə) mənzil çatışmazlı üzündən, adətən, şəhər ətarafı zonalarda bir-birinin ardınca çoxsaylıqanunsuz tikililərpeyda olur. Özü dəbu, demək olar ki, bütün iri şəhərlər üçün səciyyəvidir.Roma şəhərində də vəziyyət eynən belədir. Əhalisi sürətlə artan şəhərlərdə vəziyyət daha mürəkkəbdir. Məsələn,Honkonqda əhalinin birhissəsi sahildə lövbər salmış qayıqlarda yaşayır,Qanq çayının deltasındakı adada isə insanlar qamışdan tikilmişevlərdə məskunlaşmışlar.