YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Ön söz Azərbaycan Respublikası sürətlə yeniləşir və ölkə inkişaf templərinə
görə, bir sıra istiqamətlərdə dünya və regional liderə çevrilib. Sənaye,
kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və
idarəetmənin optimallışdırılması, fasiləsiz yeniləşən texnoloji tərəqqi
ölkədə iqtisadi və sosial irəliləyişin və ümumiyyətlə davamlı inkişafın uğu-
runun təzahürüdür. Əldə edilmiş nailiyyətlər bir çox beynəlxalq təşkilatların
rəsmi hesabatlarında da əksini tapıb.
Qısa zaman kəsiyində qazanılan uğurların kökündə ölkə Prezidenti İl-
ham Əliyev tərəfindən reallaşdırılan və insan potensialına, innovativ texno-
logiyalara əsaslanan inkişaf strategiyası durur. Bu strategiya inkişaf prosesi-
nin hər bir mərhələsindəiqtisadi və sosial prioritetlərin ardıcıllığının düzgün
müəyyən edilməsinə, qlobal və milli maraqların qarşılıqlı surətdə təmininə
yönəldilmiş fəaliyyətdən keçir. Göstərilən strategiyaya əsaslanaraq ölkə Pre-
zidenti İlham Əliyev bu günlərdə 2014-cü ili «Sənaye ili» elan etdi. Əslində,
bununla dövlət başçısı Azərbaycan Respublikasının inkişafının növbəti
hədəfini açıqladı.
Bəllidir ki, hər hansı bir fəaliyyət mütləq enerjidən istifadəyə əsaslanır.
Sənayedə enerjidən səmərəli istifadə olduqca əhəmiyyətlidir. Enerjinin
daha səmərəli istifadə, onun effektivliyinin artırılması iqtisadi əhəmiyyət
daşıdığı kimi, ekoloji baxımdan da çox vacibdir. Beynəlxalq miqyasda prio-
ritet sayılan iqlim dəyişikliklərinin qarşısının alınmasında daha az enerjidən
istifadə edilməsi və onun daha təmiz mənbələrdən alınması qlobal məqsəd
kimi müəyyənləşdirilib. Bu, eyni zamanda digər qlobal problem olan da-
vamlı inkişaf və ekoloji sivilizasiyaya keçidin vacib şərtidir.
Enerjidən istifadə səmərəliliyinin bir neçə əsas göstəricisi məlumdur.
Onların biri və beynəlxalq təşkilatlar tərəfindən daha çox istifadə edilən
göstərici hər hansı bir ölkədə və yaxud iqtisadi fəaliyyət sahəsində bir va-
hid enerjinin istifadəsi nəticəsində sənayedə, kənd təsərrüfatında və yaxud
xidmət sahələrində yaranmış Ümum Daxili Məhsulun (ÜDM-un) dəyəridir.
Azərbaycan Respublikasında enerjinin səmərəli istifadə edilməsi
istiqamətində uğurlu fəaliyyət həyata keçirilməkdədir və bu sahədə önəmli
nəticələr əldə edilib. Ölkədə son on ildə ÜDM-un hər bir vahidinin isteh-