YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
salı üçün enerji sərfi sürətlə azalıb. Göstərilən fakt davamlı inkişaf və yaşıl
iqtisadiyyatın ən önəmli göstəricilərindən sayılan bərpa olunan və bərpa
olunmayan ehtiyatlardan səmərəli istifadənin bariz təsdiqidir. Beynəlxalq
təşkilatların 2013-cü ildə dərc edilmiş hesablamalarına görə, ölkədə miq-
darca hər bir kq neftdəki enerjinin istifadəsi nəticəsində 2011-ci ildə dəyəri
7,22 ABŞ dolları olan məhsul istehsal edilib və yaxud xidmət göstərilib. Eyni
zamanda nəzərə alınmalıdır ki, həmin beynəlxalq təşkilatların 2003-cü ilin
nəticələrinə görə hazırlanmış və dərc edilmiş hesabatlarında bu rəqəm yal-
nız 2,1, 2005-ci ildə isə 2,7 ABŞ dolları təşkil edirdi. Dünya Bankı tərəfindən
həyata keçirilmiş təhlillər və onların əsasında dərc edilmiş rəsmi hesabatlar
göstərir ki, Azərbaycanda bu rəqəm əksər neft və qaz ixrac edən ölkələrin
göstəricilərindən daha yüksəkdir. Sözügedən göstəriciyə görə, Azərbaycan
enerji resursları ixrac edən ölkələr qrupunda yalnız Norveçdən geri qalır.
Son on ildə Azərbaycanda ÜDM-n hər bir vahidinin istehsalı üçün sərf
edilən enerjinin səmərəliliyi 300%-dən çox artıb. Hazırda ölkədə ener-
ji istifadəsinin səmərəliliyi dünya üçün hesablanmış göstəricilərdən daha
yüksəkdir. Məsələn, Dünya Bankının 2013-cü ildə təqdim etdiyi beynəlxalq
statistikaya görə, 2003–2011-ci illər arasında dünyada orta hesabla hər bir
kq neftdə olan enerji ekvivalentinin istifadəsi nəticəsində istehsal olunmuş
ÜDM-nin dəyəri 4,93 ABŞ dollarından 6,19 ABŞ dollarına qədər yüksəlib.
Azərbaycanda isə eyni mənbələrə görə, həmin dövrdə bu rəqəmlər müvafiq
olaraq 2,26 (2003 il) və 7,22 (2011 il) ABŞ dolları təşkil edib. Göstərilən
dinamika Azərbaycanda enerji mənbələrindən səmərəli istifadə sahəsində
ardıcıl siyasətin həyata keçirilməsindən xəbər verir.
Lakin enerji istifadəsinin səmərəliyinin daha da artırılması milli və qlo-
bal prioritet təşkil edir. Təqdim olunmuş «Yaşıl inkişaf : enerji səmərəliliyi
və alternativ mənbələr» kitabı ölkədə enerji istifadəsinin səmərəliliyinin
artırılmasına yönəldilmiş yeni və çox ciddi bir addım kimi qiymətləndirilə
bilər. Kitab eyni zamanda Azərbaycanda yaşıl təfəkkürün formalaşdırılması,
enerji səmərəliliyinin təmini və alternativ mənbələrin inkişafı baxımından
olduqca dəyərli və zamanında işıq üzü görən nəzəri və praktiki əhəmiyyəti
olan bir əsərdir.
Hazırkı əsərdə enerjinin səmərəli istifadəsinə aid iki ən əsas istiqamət
təhlil edilir: mövcud olan enerji mənbələrindən daha səmərəli istifadə və