YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 4.
Enerji səmərəliliyi və fiskal siyasət 4.1.Enerji səmərəliliyinin təmin edilməsində fiskal alətlərin rolu Hazırda Azərbaycan təbii resursdan böyük həcmdə gəlirlər əldə edir.
Əldə edilən gəlirlər strateji valyuta ehtiyatlarının əhəmiyyətli şəkildə ar-
tımını (01.09.2013 tarixinə 49.6 mlrd.ABŞ dolları) şərtləndirir. Böyük
həcmdə vəsaitlər bir tərəfdən, sosial problemlərin həllinə yönəldilirsə,
digər tərəfdən hökumətin fəal investisiya siyasətini aparmasını (o
cümlədən, dövlət büdcəsi vasitəsilə) və bununla da ölkədə zəruri infrast-
rukturun yaradılması ilə fiskal siyasətin investisiya yönümlülüyünü təmin
etməsini göstərir.
Bütün bu məsələlər bir sıra sualların meydana çıxmasını şərtləndirir.
Əldə edilən böyük gəlirlər nə dərəcədə səmərəli istifadə edilir? Bu vəsaitlərin
idarə edilməsi sosial ehtiyacları ödəyirsə hansı nisbətdə və keyfiyyətdə buna
çatmaq mümkündür? Digər tərəfdən, enerji sektoru bu vəsaitlərin əsas
maliyyə mənbəyi olmaqla yanaşı cəmiyyət böyük resurs olan enerjidən
səmərəli istifadə edirmi? Bu halda, hansı yanaşmalar və mexanizmlər möv-
cuddur? Yəni son illərdə ölkəmizdə əhəmiyyətli dərəcədə aktuallaşmış
“enerji səmərəliliyi” konsepsiyası beynəlxalq təcrübədən hansı dərsləri
götürə bilər?
Unutmaq olmaz ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Kon-
sepsiyanın əhatə etdiyi dovrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM
istehsalı ucun istifadə edilən enerjinin və emissiya olunan karbon dioksi-
din miqdarı İqtisadi Əməkdaslıq və İnkisaf Təskilatı olkələri uzrə muvafiq
gostəriciyə yaxınlaşdırılması hədəf kimi müəyyən edilmişdir.
Beynəlxalq təcrübədə enerji səmərəliliyinin təmin edilməsi məqsədilə
hökumət tərəfindən bir sıra iqtisadi alətlərdən istifadə edilir. Bu alətlər sı-
rasında fiskal (enerji vergiləri, vergi güzəştləri, əmlak vergisi, ƏDV və s.)
alətlərlərdən istifadə təcrübəsi kifayət qədər geniş yayılmışdır.