Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə75/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   71   72   73   74   75   76   77   78   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 2.4. Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı
Potensialın növü
Gücü (MVt)
Günəş enerjisi
>5000
Külək enerjisi
>4500
Bioenerji
>1500
Geotermal
>800
Kiçik su elektrik stansiyaları
>350
Mənbə: Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə bərpa olunan 
enerji mənbələrinin potensialı baxımından əhəmiyyətli mövqeyə malik-
dir. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş 
işığının müddəti il ərzində 2500 saata, Naxçıvan Muxtar Respublikasında 
isə 2900 saata bərabərdir
22
.
Külək enerjisinə gəldikdə isə məlumdur ki, Abşeron yarımadası, Xəzər 
dənizinin sahilboyu əraziləri, Azərbaycanın qərb hissəsi (Gəncə-Daşkəsən) 
və Naxçıvan MR (Şərur-Culfa) böyük potensiala malikdir. Xüsusilə Ab-
şeron yarımadasında külək enerjisi üçün yüksək potensial mövcuddur. 
Küləyin sürəti il boyu 3-7 m/san arasında dəyişir ki, bu da külək generator-
ları üçün mükəmməl hesab edilir. Ümumiyyətlə, ölkədə illik 800 meqavata 
yaxın  külək enerjisi ehtiyatı mövcuddur. Bu enerji isə öz növbəsində ildə 1 
milyon ton şərti yanacağa qənaət etmək deməkdir
23
. Hökumət AEM-dən 
istifadənin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 15 oktyabr 2005-ci il tarixli 187 nömrəli sərəncamı iləkülək 
elektrik qurğularının idxalını gömrük vergilərindən və rüsumlarından azad 
etmişdir.
Bütün bu potensialları nəzərə alaraq, ölkədə külək enerjisinin inkişafı 
istiqamətində külək turbinlərinin quraşdırılması və külək potensialından 
istifadə etməklə enerji istehsalı kimi bir sıra müsbət addımlar atılmışdır. 
2004-cü ildə Caspian Technology şirkəti Bakıdan 55 km məsafədə yerləşən 
22  Trend.az 2011. [Online]İyun 1http://az.trend.az/news/society/1884733.html [Baxılıb 5 sentyabr, 2013]
23  Perspective of use of alternative and renewable energy sources in Azerbaijan. Ministry of Industry and Energy of
the Republic of Azerbaujan [Online] Available at: http://www.osce.org/baku/40012[Accessed 24 August 2013]


- 69 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Yeni Yaşma regionunda pilot layihəsi çərçivəsində ilk külək turbini quraşdır-
mışdır. Bundan əlavə, 2010-cu ildə ölkədə 16 külək turbininin quraşdırılma-
sı işlərinə başlanılmışdır. ABEMDA tərəfindən də Qobustan Poliqonunda 
0.9 meqavat gücündə hibrid sistemi əsasında işləyən 3 ədəd külək turbini 
quraşdırılmışdır
24
.

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin