2.11. Nəticə Təbii ki, alternativ enerjinin ənənəvi enerji mənbələrini tam əvəzləyərək neft,
təbii qaz və kömür kimi enerji mənbələrindən istifadəni azaltmasına hələ uzun
müddət lazım gələcəkdir. Lakin son zamanlarda bu istiqamətdə atılmış addımlar
müsbət qiymətləndirilməlidir. Gələcəkdə belə enerji mənbələrinin əhəmiyyətini
artıran bir neçə səbəb mövcuddur. Davamlı inkişaf nöqteyi nəzərindən alterna-
tiv (bərpa olunan) enerji mənbələrinin üstünlükləri aşağıdakılardır:
a)
Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı; AEM-in inkişafı üçün
qoyulmuş sərmayələr bahalı enerji idxalından fərqli olaraq, əsasən
obyektlərin tikilişi istiqamətində işçi qüvvəsinə və materiallara sərf olunur.
b)
Enerji təhlükəsizliyi; Neft və təbii qaz kimi ənənəvi enerji resurslarının
qiymət yüksəlişi və iqtisadiyyatın bu resurslardan asılı olması AEM-in
əhəmiyyətini artırır. Bu enerji mənbələri tükənməzdir və gələcək nəsillər
üçün enerji təhlükəsizliyini təmin edə bilər.
c)
Enerji diversifikasiyası; Fərqli enerji resursları mənbələrinin inkişaf
etdirilməsi ölkənin hansısa bir xüsusi texnologiyadan və ya yanacaq
növündən asılılığını aradan qaldırır.
ç)
Ətraf mühitin qorunması; AEM texnologiyaları daha təmizdir və ətraf
mühitə daha az ziyan vurur.
28 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə
dair Dövlət Strategiyasının hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı
şəh., 29 dekabr 2011-ci il, http://www.president.az/articles/4057