- 81 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
Cədvəldən də göründüyü kimi keçmiş Sovet İttifaqı ölkələrində ener-
ji subsidiyaları yüksəkdir. Subsidiyaların ən
yüksək olduğu ölkələr isə
Türkmənistan, Qırğızıstan və Qazaxıstandır. Enerji subsidiyalarının yüksək
olması əsasən ölkələrin enerji resurslarıyla zəngin olması
ilə əlaqəli olsa da,
Qırğızıstan və Ermənistanın enerji resurslarının (xüsusilə neftin) olmamasına
baxmayaraq subsidiyalar bu ölkələrdə də yüksəkdir. Enerji subsidiyalarının
yüksək olması nəticəsində bu ölkələrdə büdcə xərcləri artır və dövlət borcu
yüksəlir. Digər yandan isə ƏDV və istehlakçı tərəfindən ödənilən vergilər artır.
3.2.3. Enerji subsidiyalarının tətbiqi
Enerji subsidiyalarının tətbiqi üçün irəli sürülən əsaslar bunlardır.
•
Enerji yoxsulluğu ilə mübarizə. İstehlakçı subsidiyaları
bu məqsədlə tətbiq
olunur və az gəlirli qrupa xidmət etməklə enerjini bu qrup üçün əlçatan edir.
•
Yerli enerji təklifini artırma. İstehsal subsidiyaları bu məqsədlə id-
xaldan asılılığı azaltmaq üçün tətbiq olunur.
Bu yanaşma həmçinin
ölkənin xarici və strateji iqtisadi siyasətinə dəstək məqsədilə milli enerji
şirkətlərinin qlobal fəaliyyətinə kömək üçün tətbiq edilir.
•
Sənayenin inkişafı və məşğulluğu dəstəkləmə. Subsidiyalar
sənayeçilər üçün rəqabət üstünlüyü vasitəsidir. Enerji subsidiyaları ener-
jinin intensiv istifadə edildiyi sahələrə investisiyaları stimullaşdırmaq
üçün tətbiq olunur. Məsələn, alüminium əridilməsi
sənayesinin belə bir
dəstək olmadan mənfəətli olması çətindir. Enerji subsidiyaları həmçinin
tarif və ticarət məhdudiyyətləri formasında xüsusilə
keçid və iqtisadi eniş
zamanı məşğulluğun artırılması üçün tətbiq olunur.
•
Dostları ilə paylaş: