Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Enerji subsidiyalarının hesablanması



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə87/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   83   84   85   86   87   88   89   90   ...   155
3.2.2. Enerji subsidiyalarının hesablanması
Enerji subsidiyaları həm istehlakçı, həm də istehsalçını əhatə edir. İs-
tehlakçı subsidiyaları həm firmalar həm də əhalini özündə birləşdirən is-
tehlakçılar tərəfindən ödənilən qiymətin bençmark qiymətindən aşağı ol-
duğu zaman ortaya çıxır. İstehsal subsidiyaları isə tədarükçülər tərəfindən 
qəbul edilən qiymətlərin bençmark qiymətlərindən yuxarı olduğu vaxt 
ortaya çıxır. Enerji məhsulunun ticarəti beynəlxalq səviyyədədirsə, o za-
man subsidiyaların hesablanmasında bazis bençmark qiyməti beynəlxalq 


- 79 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
qiymətlərdir. Qeyri-ticari (non-tradeable) mallarda isə məsələn, elekt-
rik enerjisində müvafiq olaraq bençmark qiyməti yerli istehsalçının 
xərclərinə bərabərdir. Subsidiyaların hesablanmasına bu şəkildə yanaşma 
adətən “qiymət fərqi yanaşmasi” olaraq ifadə edilir.
İstehlakçı subsidiyaları özündə iki komponenti ehtiva edir: vergi 
öncəsi subsidiyalar (pre tax) (əgər firma və əhali tərəfindən ödənilən 
qiymətlər tədarük və çatdırma dəyərindən aşağıdırsa) və vergi sonrası 
(post tax) subsidiyalar (əgər vergi effektiv səviyyədən aşağıdırsa). Bir çox 
ölkələr istehlakçıdan vergi tutmaqla gəlir əldə edir və büdcə xərclərini bu 
şəkildə maliyyələşdirir. Effektiv vergiqoyma enerji məhsulları da daxil ol-
maqla bütün istehlakı əhatə etməyi zəruri şərt kimi tələb edir. Effektiv 
vergiqoyma həm də ətraf mühitə mənfi təsirləri aradan qaldırmaq üçün 
lazımdır. 

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin