Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Milli sərvətin yenidən bölüşdürülməsi



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə90/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   86   87   88   89   90   91   92   93   ...   155
Milli sərvətin yenidən bölüşdürülməsi. Xüsusilə enerji istehsal edən 
ölkələrdə istehlak subsidiyaları aşağı enerji qiymətləriylə milli resursla-
rın bölüşdürülməsində əhəmiyyətlidir. Bu yanaşma həmçinin iqtisadi 
diversifikasiyanı təmin etmək və rəqabətliliyi yüksəltməklə məşğulluğu 
artırmaq üçün tətbiq olunur. 

Ətraf mühiti qoruma. Bu yanaşma xüsusilə inkişaf etmiş ölkələr
qismən isə yeni sənaye dövlətləri üçün xarakterikdir. Bu ölkələr bərpa 
olunan enerjinin inkişafı, nüvə enerjisinin və karbonun zəbti və saxlanıl-
ması məqsədi ilə dəstək proqramları həyata keçirir.
2
 
2
İEA, OECD: World Bank, 2010, The Scope Of The Fossil Fuel Subsidies İn 2009 And The Roadmap For Phas-
ing Out Fossil Fuel Subsidies


- 82 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Müsbət tərəflərinin mövcud olmasına baxmayaraq subsidiyaların ləğv 
edilməsini irəli sürən fikirlər kifayət qədərdir. Enerji subsidiyalarının enerji 
istehlakını artırması və CO2 emissiyasını çoxaltması ilə ekologiyaya mənfi 
təsiri bu tip subsidiyaların əleyhinə işləyən əsas arqumentdir. Digər bir ça-
tışmazlıq subsidiyaların dövlət büdcəsi üçün yük olmasıdır. Xüsusilə də 
dünya bazarında enerji qimətləri yüksəlirsə enerjidaşıyıcılarını idxal edən 
ölkələrdə fiskal yük böyüyür. Bəzən mənfəət güdən qrupların manipulya-
siya ilə subsidiya mexanizmlərini öz maraqlarına uyğunlaşdırılması da unu-
dulmamalıdır. Enerji subsidiyaları səbəbi ilə enerji istehlakının artması yerli 
ehtiyatlar azaldığından enerji idxalatçılarına idxalı artırmağa sövq edir.
Subsidiyaya dair məlumatın təşkili zamanı zəruri olan ilk addım hər hansı 
bir sektor və ya həmin sektorun məhsullarına dair subsidiyalaşma siyasətinin 
müəyyənləşdirilməsidir. Bu da subsidiyalara dair məlumatların müxtəlif 
aspektlərdən fərdi səviyyədə öyrənilməsinə kömək edir. Bununla da subsidi-
yaların mənbəyini və subsidiyalaşmanın istehlakçı və istehsalçıların davranış-
larına təsirini anlamaq mümkün olur. Aşağıdakıcədvəl 3-də yanacaq sektorun-
da (kömür) bunu əks etdirən köçürmələr matrisi göstərilmişdir. 

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin