Şəkil 3.4. Qazıntı yanacaqları (fossil fuel) üzrə CO2 emissiyası Mənbə: İEA, 2013, CO2 Emissions From Fuel Combustion, IEA Statistics, səh:9
Beynəlxalq Enerji Agentliyinin 2012-ci ildə yayımladığı Dünya Enerji
Mənzərəsi (WEO) Hesabatında dünyanın enerji xəritəsinin önəmli dərəcədə
dəyişməkdə olduğu söylənilir. WEO-ya görə ABŞ-ın neft və təbii qaz isteh-
salı və istehlakındakı artım dünya enerji axınlarıda böyük dəyişikliklərə
səbəb olacaq. WEO-nun əsas ssenarisi olan Yeni Siyasət Ssenarisində ABŞ
2020-ci ildə təbii qaz istehsalçısına çevriləcək. 2035-ci ilə qədər isə ABŞ
enerji ilə özünü tam təmin edəcək. Ən vacibi isə ABŞ-ın 2020-ci ilə qədər
Səudiyyə Ərəbistanını da keçərək dünyanın ən böyük neft ixracatçısına
çevrilməsi proqnozudur. Hesabata görə bərpa olunan enerjinin subsidiya-
laşması davam edərsə, bərpa olunan enerji istehsalı 2035-ci ildə kömürə üs-
tün gələ bilər. Dünyanın enerji sistemində hələ də qeyri-sabitlik mövcuddur.
6
İEA, 2013, CO2 Emissions From Fuel Combustion, IEA Statistics. Burada o cümlədən ayrı ayrı sektorlar və
ölkələr üzrə CO2 emissiyasına dair məlumat əldə edilə bilər.