- 93 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ləğv etmək və sürpriz nəticələrdən uzaq olmaq istəyirlər. Bundan başqa ener-
jini idxal edən ölkələrdə subsidiyaları aradan qaldırmaq daha asandır. Çünki
dövlət xaricdən idxal olunan baha enerji daşıyıcılarının daxili bazarda ucuz
satılması üçün tələb olunan səviyyədə subsidiyalaşmanı həyata keçirə bilmir.
Əksinə enerji daşıyıcılarını ixrac edən ölkələrdə subsidiyalaşdırmanı həyata
keçirmək daha asan olur. Enerji subsidiyaları ilə əlaqəli ədəbiyyatlarda adətən
az gəlirli idxalatçı ölkələr (A), yüksək gəlirli idxalatçı ölkələr (B), az gəlirli ixra-
catçı ölkələr (C) və yüksək gəlirli ixracatçı ölkələr (D) şəklində bölgü aparılır.
Aşağıdakı qrafikdə bu qruplar üzrə 2004-2010-cu illərdə ölkə büdcələrindəki
enerji subsidiyaları göstərilmişdir. Qrafikdən də göründüyü kimi enerji ixra-
catçıları İEOÖ və az gəlirli ölkələrdə subsidiyalar daha yüksəkdir.
Dostları ilə paylaş: