YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Enerji səmərəliliyi enerji təhlükəsizliyini artıra, iqtisadi böyüməni
stimullaşdıra və ekoloji çirklənməni minimuma endirə bilər. WEO-nun
Səmərəli Dünya Ssenarisi resursların daha səmərəli bölgüsünü qeyd
etməklə 2035-ci ildə doğru toplam iqtisadi hasilatın 18 trilyon dollara
yüksəlməsini proqnozlaşdırır.
Yeni Siyasətlər Ssenarisinə görə Səmərəli Dünya Ssenarisində ilkin qlo-
bal enerji tələbi artımı ½ azalmaqda və 25 ilə görə 2,6 dəfə enerji istifadəsi
yaxşılaşmaqdadır. 2020-ci ilə qədər neft tələbi günlük 91 milyon barrelə
bərabər olacağı proqnozlaşdırıldığı halda Yeni Siyasətlər Ssenarisinə gorə
2035-ci ildə 87 milyon barrelə enəcək. Səmərəli Dünya Ssenarisində
enerjiyə bağlı CO2 emissiyası 2020-ci ildən əvvəl maksimum dərəcəsinə
çataraq 2035-ci ildə 30,5 Gt-yə (geqa ton) yüksəlməyə davam etməkdədir,
bu isə uzun müddətdə temperaturun 3 dərəcə artması deməkdir. Yeni
Siyasətlər ssenarisində irəli sürülən 2 dərəcəlik artımı əldə etmək üçün CO2
emissiyasını azaldacaq texnologiyaların tətbiqi mütləqdir.
7
Subsidiyaları ləğv etməzdən əvvəl səmərəsiz və ifrat istehlaka səbəb
olub- olmadığı müəyyənləşdirilməlidir. Eyni zamanda subsidiyaların
əhali gəlirlərinə təsiri də düzgün qiymətləndirilməlidir. Subsidiyaların
ləğvinə dair Ilk iki faza səmərəlilik və ədalət əsasındadır. Üçüncü faza xərc
səmərliliyini subsidiya alətləri və alternativ sektor alətlərinə görə müqayisəli
şəkildə dəyərləndirilməsidir. Son olaraq subsidiyalara geniş siyasi məqsədlər
konteksində baxılmalıdır.
8