Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Enerji subsidiyalarının ekoloji təsiri



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə96/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   92   93   94   95   96   97   98   99   ...   155
3.3.3. Enerji subsidiyalarının ekoloji təsiri
Enerji subsidiyalarının səbəb olduğu mənfi təsirlərdən biri də sub-
sidiyaların neftin, kömürün və təbii qazın istehlakını artırmaqla enerji 
səmərəliliyini aşağı salması, həmçinin bərpa olunan enerji mənbələrinə 
marağın azalmasıdır. Həddindən çox enerji istehlakı qlobal istiləşməni 
sürətləndirməklə, həm də ekoloji problemlər yaradır. Nəqliyyat yanacaq 
subsidiyaları vasitəsiylə stimullaşdırılaraq tıxaclar və qəzalar kimi mənfi hal-
ların artmasına səbəb olur. Dizelin subsidiyalaşması irriqasiyanın həddən 
ziyadə istismarına və yeraltı suların qurumasına şərait yaradır. 
Qrafik 3 mədən yanacağına (fossil fuel) verilən istehsal və istehlak sub-
sidiyalarının zərərli qazların emissiyasını necə artırdığını göstərir. Diqqət 
etsək görərik ki, xüsusi subsidiyaların yanacaq istehsalına tətbiqi istehsal 
təklif xəttini S-dən Sps-ə endirir və beləliklə qiymətin Pps-ə enməsinə və 
yanacaq satışının Qps-ə yüksəlməsinə səbəb olur. Bu da emissiyanın E-dən 
5
IMF, (2013), Energy Subsidy Reform: Lessons And ImplicationsExecutive Summary, səh:19


- 89 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Eps-ə artmasına gətirib çıxarır. Hər hansı bir istehlak subsidiyasıtələb xəttini 
D-dən Dcs-ə keçirir. Bu da istehlakçılar tərəfindən ödənilmişnetto qiymətin 
Pcs-ə azalmasına, istehlak həcminin Qcs-ə yüksəlməsinə və emissiyanın 
Ecs-ə artmasına səbəb olur.
Hər hansı bir istehlak və ya istehsal subsidiyalarının dəqiq təsiri tələb, təklif 
və emissiya xətlərinin formasından asılıdır. Tələb və təklif qiymətə nisbətən 
hər nə qədər daha az dəyişkən olarsa, subsidiyaların da ekologiyaya təsiri bir 
o qədər az olar. Yanacaqların bir biriylə əvəzlənməsi hər hansı bir yanacağa 
verilən subsidiyanın ətraf mühitə təsirini müəyyən edəcəkdir. Bununla da sub-
sidiyalar avtomatik olaraq digər yanacaqların istifadəsinə də təsir göstərəcəkdir.

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin