Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Enerji subsidiyalarının sosial təsiri



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə95/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   91   92   93   94   95   96   97   98   ...   155
3.3.2. Enerji subsidiyalarının sosial təsiri
Enerji subsidiyalarının tətbiqinin mənfi sosial təsirləri var, çünki sub-
sidiyalar adətən yüksək gəlir qruplarını əlavə qazancla təmin edir. Enerji 
subsidiyaları əhali üçün gündəlik istehsal mallarının və xidmətlərin isteh-
lakında faydalıdır. Aşağı və orta gəlirli ölkələrdə toplam yanacaq məhsulları 
subsidiyalarından orta hesabla əhalinin ən zəngin 20%-lik qrupu ən az gəlirli 
20%-lik qrupdan 6 dəfə daha çox gəlir əldə edir. Subsidiyalardan əldə olunan 
fayda əhali qruplarına görə dəyişir. Beynəlxalq enerji Agentliyinə görə təbii 
qaz və elektrik subsidiyalarından ən kasıb 20%-lik əhali qrupu müvafiq ola-
raq 10% və 9%-ni əldə edir. Ən yüksək gəlir qrupunda isə bu göstəricilər ən 
az dörd dəfə yüksəkdir, belə ki, gəlir səviyyəsi artdıqca subsidiyalardan əldə 


- 88 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
olunan mənfəət də artır. Baxmayaraq ki, subsidiyalar əhalinin yüksək gəlir 
qruplarına daha çox qazanc təmin edir, enerji qiymətlərinin bahalaşmasının 
az gəlirliləri ev təsərrüfatlarının büdcəsinə təsiri daha böyükdür. Məsələn, 
yanacaq qiymətinin hər 0, 25 dollar artımı ən az gəlirli 20%-in real istehlakı-
nı 5.5 % azaldır.
5
 Enerji məhsullarının hər kəs üçün əlçatan olmaması digər 
mənbələrdən (məsələn, odun yanacağı) istifadə ilə nəticələnmiş və ətraf 
mühitə mənfi təsir etmişdir. Beləliklə, yoxsulluq və ekoloji tarazlıq arasında 
qarşılıqlı təsir mexanizmi mövcuddur. 
Enerji subsidiyaları ən az gəlirli qrup üçün dövlət resurslarıyla həyata 
keçirilən xərclərin istiqamətinin dəyişməsinə səbəb olur. Subsidiyaların ge-
niş yayıldığı ölkələrdə ədalət resursların təhsil, səhiyyə və sosial istiqamətdə 
cəmlənməsiylə bərpa oluna bilər. Uzun müddətli dönəmdə subsidiyaların 
ləğvi aşağı gəlir qrupunun iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. Neft ix-
rac edən ölkələrdə subsidiyalar ilk baxışda resursların əhalinin aztəminatlı 
təbəqəsinin xeyrinə bölündüyü təsiri bağışlayır. Amma subsidiyalardan daha 
çox payın yüksək gəlir qrupuna düşməsi subsidiyaların resurs bölgüsündə 
səmərəsizliyini göstərir. 

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin