Şəkil 3.2. İstehlak subsidiyalarının miqyası və maliyyələşdirilməsi*
*oxla göstərilmiş xətt tələb xəttidir
Mənbə:David Coady, Moataz El-Said vb., (2006), The Magnitude and
Distribution of FuelSubsidies: Evidence from Bolivia, Ghana, IMF
- 85 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Fərz edək ki dövlət Qc miqdarında istehsal və məhsulu Pc qiymətinə sat-
maqla müəyyən gəlir əldə edir. Eyni zamanda dövlət müəssisələri yerli tələb
yerli təklifdən çox olduğunda bu məhsulu həm də idxal edir. İdxal etdiyi
qiymət Pm, subsidiyalaşmış qiymət isə Ps olarsa, əhali və firmalar Qs qədər
istehlak edər, idxal isə (Qs-Qc)-dir. Bu zaman toplam istehlakçı subsidiyası
(A+B+C) sahəsinə bərabər olacaq. Əgər dövlət Ps qiymətində satış üçün
emal və ya idxala dair hər hansı subsidiyalaşma həyata keçirməzsə, emal gəliri
A-yadək azalacaq və idxalda B+C-yə bərabər itki olacaq. Başqa sözlə istehlak
subsidiyaları idxal və emal gəlirindəki dəyişikliyə görə ödənməkdədir. Lakin
emaledici sənaye subsidiyalaşmış qiymətlərdən dolayı mənfəət əldə etsə də,
bu zaman idxalçılar zərərə uğrayırlar. Bu zərərlər adətən bank sistemindən
borclanma hesabına maliyyələşdirilir və dövlət borcunu artıra bilir. Dövlət
sadəcə açıq şəkildə büdcə vasitəsilə dövlət şirkətlərini subsidiyalaşdırarsa,
bu büdcədə açıq əks oluna bilər.
Əgər idxal qiymətləri mövcud vergiləri özündə ehtiva edirsə, məsələn,
qrafikdə Pm qiymətinə vergilər də daxildirsə və dövlət müəssisələri hələ də
Ps ilə satmağa davam edirlərsə, o zaman istehsalçı və idxalatçılar üçün xalis
qiymət Pp-yə (Pp=Ps-vergi) enəcək. Bu zaman dövlət müəssisələrinin xa-
lis mənfəəti (D+E) sahəsinə enəcək, dolayısıyla dövlət gəlirləri də. Vergilər
gəlirləri dövlət müəssisələrinin gəlirindən büdcə gəlirlərinə çevirir. Adətən
dövlətlər yanacaq vergilərini azaltmaqla digər məhsullar üzrə istehlak
qiymətlərini artırır. Dolayısıyla dövlət müəssisələrinin mənfəətinə və isteh-
lakçıların rifahına müsbət təsirindən bəhs edilə bilməz.
3
Beynəlxalq yanacaq qiymətlərində dəyişkənlik inkişaf etmiş ölkələr və yeni
sənaye dövlətlərində fiskal riski artırmaqdadır. Dünya enerji qiymətlərindəki
dəyişikliklər bu ölkələrin fiskal dayanıqlığına problemlər açır.
Yanacaqdan əldə olunan vergi gəlirlərini qorumaq məsqsədilə bəzi ölkələr
avtomatik yanacaq qiymətqoyma mexanizmini qəbul edib. Bu mexanizmin
qəbul edilməsi həm də qiymətləndirmədə tam liberal sistemə keçid kimi
dəyərləndirilə bilər. Bu da subsidiyalardan qaçmanın və büdcə gəlirlərinin
təminatı kimi dəyərləndirilməlidir. Avtomatik qiymətqoyma mexanizmi-
min qəbulu beynəlxalq yanacaq qiymətlərində olan dəyişikliklərin birbaşa
yerli yanacaq qiymətində dəyişikliklərə səbəb olacağına işarə edir.
3
David Coady, Moataz El-Said vb., (2006), The Magnitude and Distribution of FuelSubsidies: Evidence from
Bolivia, Ghana, IMF, səh:7
- 86 -
Dostları ilə paylaş: |