YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Avtomatik qiymətləndirmə mexanizminin məqsədləri:
• Avtomatik qiymətqoyma mexanizmi yanacaqdan vergi gəlirlərini qoru-
maq və subsidiyalardan qaçmaq məqsədilə yerli qiymətlərin beyəlxalq
qiymətlərə uyğunluğunu təmin edir. Yanacaq vergiləri dövlət gəlirləri
üçün etibarlı və ədalətli mənbədir. Çünki belə yanaşma iqtisadiyyatın
digər sahələrində vergilərin yüksəldilməsindən qaçmağa imkan verir.
Subsidiyalar enerji intensivliyini qeyri-effektiv səviyyəyə yüksəldir. Bu
həm də qaçaqmalçılığa və yerli təklif kəsirinə səbəb olur.
• Avtomatik qiymətqoyma mexanizmi yanacaq vergi gəlirlərindəki
dəyişiklikləri ehtiva edir. Adətən vergi gəlirlərində həddindən artıq
dəyişikliklər nəğd pulun idarə edilməsi və maliyyə problemlərinə səbəb
olur. Xüsusilə də maliyə bazarı inkişaf etməyibsə problem daha qabarıq
hiss olunur.
• Avtomatik qiymətqoyma mexanizmi enerji qiymətlərinin uzun müddət
sabit qalmasına dair siyasi təzyiqlərə son qoyur.
4
Yanacaq qiymətinin artımı əhalinin real gəlirlərinə müxtəlif yollarla təsir
edir. İlk növbədə müxtəlif mal və xidmətlərin tərkibində yanacaq xərcləri
olduğunudan yanacağın bahalaşması dolayı yolla əhalinin istehlak xərclərini
artırır. Yüksək yanacaq qiymətləri əhalinin real gəlirlərinə birbaşa və dolaylı
yolla təsir edir. Birbaşa təsir əhalinin tərəfindən bilvasitə istehlak edilən ener-
ji, dolaylı təsir isə əhali tərəfindən istehlak edilən digər mal və xidmətlərin
qiymətində əks olunan bilavasitə istehlak edilen enerjidir.
Birbaşa effektin hesablanması neft məhsullarının (dizel, kerosin, ben-
zin vs) əhalinin ayrı-ayrı gəlir qrupları tərəfindən istehlak miqdarına görə
müəyyənləşir. Qiymət artımı nəticəsində gəlir qrupunun istehlakı arta və
ya azala bilər. Dolayı qiymət effekti iqtisadiyyatda hər sahədə enerji inten-
sivliyini göstərən sahələrarası balans (input-output) cədvəllərindən istifadə
edilməklə və yüksək yanacaq qiymətlərinin ümumi qiymətlərə təsirini
müəyyənləşdirən bəsit modellə hesablana bilər. Toplam real gəlir effekti isə
dolayı və birbaşa real gəlir effektinin cəmi olaraq hesablanır.
Enerji subsidiyaları iqtisadi inkişafa bir neçə yolla mənfi təsir edir. Subsi-
diyaların inkişafa təsiri fiskal balans və dövlət borcu vasitəsilədir:
4
David Coady, Javier Arze del Granado, et al., (2012), Automatic Fuel Pricing Mechanisms with Price Smooth-
ing: Design, Implementation, and Fiscal Implications, Fiscal Affairs Department, IMF, səh: 3-5