Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə94/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   90   91   92   93   94   95   96   97   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
•  Subsidiyalar enerji sektorunda investisiya stimulunu azalda bilər. Aşağı 
və subsidiyalaşmış qiymətlər enerji istehsalçıları üçün aşağı mənfəət və 
ya açıq itkidir. 
•  Subsidiyalar artımı dəstəkləyən dövlət xərcləri uzərində “crowd out” ef-
fekti yaradır, yəni yüksək enerji subsidiya xərcləri digər xərc maddələrinə 
lazımi diqqət ayırmağa imkan vermir. Səhiyyə və təhsil xərclərindən daha 
çox subsidiya xərclələri olan ölkələrdə subsidiya islahatlarından sonra 
qənaət olunan resursları daha səmərli sahələrə istiqamətləndirməklə 
uzun müddətdə böyük artıma nail olmaq mümkündür. 
•  Subsidiyaar uzun müddətdə özəl sektorda reqabətliliyi azaldır. Subsi-
diyalar həmçinin uzunmüddətli dönəmdə resursların az enerjitutumlu 
və yüksək sərmayə tələb edən sahələrdə cəmlənmsinə rəvac verir. Enerji 
subsidiyalarının ləğvi alternativ enerji texnologiyalarının inkişafı zəruri 
edir. Subsidiya islahatları özəl investisiyaları artırır. 
•  Subsidiyalar qaçaqmalçılıq üçün stimulu artırır. Əgər yerli qiymətlər qon-
şu ölkələrdən önəmli dərəcədə aşağıdırsa, yüksək qiymət istiqamətində 
bir axın olacaq. Yanacaq qaçaqmalçılığı Şimali Amerika, Şimali Afri-
ka, Orta Şərq və Asiyanın bir qismi olmaqla geniş ərazini əhatə edən 
problemdir. Kanada Amerikadan ucuz yanacaq alır, qeyri-rəsmi şəkildə 
Əlcəzair Tunisdən yanacaq qaçaqmalçılığı edir, Yəmən Cibutiyə gizli 
neft aparır və Nigerya yanacağı bir çox Qərbi Afrika ölkələrinə daşınır. 

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin