Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə99/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   95   96   97   98   99   100   101   102   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Yeni Siyasət Ssenarisində əsas meyllər davam etməklə enerji tələbi və CO2 
emissiyası daha da artacaq, enerji bazarının dinamikası inkişaf etməkdə olan 
ölkələr tərəfindən müəyyənləşəcək və qazıntı yanacağı əsas enerji mənbəyi 
rolunu davam etdirəcəkdir.  
2035-ci ilə qədərki müddətdə dünya üzrə enerjiyə tələb 1/3-dən daha çox ar-
tacaq. Enerji istehlakına görə CO2 emissiyası isə 2011-ci ildə 31,2 Gt-dan 2013-
cü ildə 37 Gt-a yüksələcək. Bununla da, irəliləyən zamanlarda 3,6 °C temperatur 
artımı proqnozlaşdırılır ki, bu da önəmli iqlim dəyişiklikləri deməkdir. 2035-ci 
ildə enerji tələbinin ən az 65%ə yüksələcəyi gözlənilir. Ən böyük artım isə 2035-
ci ildə 60%ə yüksəlməylə Çin tərəfindən həyata keçiriləcək. Ardından Hindis-
tan və Orta Şərq gələcək. İƏİT (OECD) ölkələrində isə 2035-ci ildə 2010-cu 
ilə görə sadəcə 3% artım olacaq. 2035-ci ilədək neft, qaz və kömürə olan tələb 
artacaq. Ancaq qlobal səviyyədə bu enerjilərin istehsalı 81%-dən 75%-ə enəcək.
Beynəlxalq cəhdlərə baxmayaraq qazıntı yanacağına verilən artan sub-
sidiyalar enerji bazarını çalxalamaqda davam edir. Qazıntı yanacaqlarına 
verilən subsidiyalar 2010-cu illə müqayisədə 2011-ci ildə 30% artaraq 523 
milyard dollara yüksəlmişdir. Müqayisə üçün deyək ki, 2011-ci ildə bərpa 
olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə verilən maddi 
dəstək 88 milyard dollar olmuşdur.   
Yeni sənayeləşən ölkələrdə, xüsusilə də Çin, Hindistan və Orta Şərqdə 
qlobal neft istifadəsi davamlı olaraq artır. Yeni Siyasət Ssenarisinə görə neft 
tələbi 2011-ci ildə günlük 87,4 bareldən 2035-ci ildə 99,7 barelə qədər 
yüksələcək. Çin bu artımın 50%-nə səbəb olacaq. Səmərəliliyin artması və 
yanacaqlardakı dəyişikliklər səbəbindən İƏİT ölkələrində davamlı olaraq 
enerjiyə tələbat azalacaq. 
Nəqliyyat qlobal neft istehlakının 50%-i reallaşdırdığından, nəqliyyat 
vasitələinin artımı da neftə olan tələbi yüksəldəcək. 
2035-ci ilədək yanacaq qiymətlərinin artması, enerji mənbələrindən 
daha geniş istifadə və bəzi bölgələrdə CO2 emissiyasına görə ödəmələr 
səbəbi ilə elektrik qiymətləri real olaraq 15% yüksələcək. 
Bərpa olunan enerji mənbələri bəlli mənbələrdən daha bahalı olduğun-
dan bərpa olunan enerji hesabına elektrik istehsalında artımın təmin edilməsi 
üçün enerji subsidiyaları lazımdır. 2011-ci ildə Avropa Birliyində, xüsusilə də 
Almaniya və İtaliyada günəş enerjisindən elektrik istehsalı genişlənmişdir.  


- 92 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin