- 78 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Subsidiyalaşdırmanın ən mənfi cəhəti resursların bölüşdürülməsində
ədalətsizlik və qeyri şəffaflıqdır. Bu “neqativ subsidiyalar” adətən müəyən
qruplara xidmət edir. Bu da büdcə prosesinə, fiskal səmərəliliyə və da-
vamlılığa ziyan vurur. Kvazifiskal fəaliyyətin iki tərəfi arasındakı fərqi
müəyyənləşdirmək vacibdir.
1. Özəl sektorun (əhali də buraya daxildir) qeyri-şəffaf subsidiyalaşması
mexanizmi (resurslar necə transfer olunur?).
2. Bu subsidiyaların maliyyələşdirilməsi (bu resusrsların transferini kim
ödəyir və necə?)
Cədvəldən də göründüyü kimi subsidiyalaşma dövlətin müxtəlif
fəaliyyətlərini özündə birləşdirir. İstehsal xərclərini azaldaraq, istehlakçı
qiymətlərini azaldaraq, istehsalçı üçün qiymətlərini artıraraq və ya bunla-
rı eyni zamanda həyata keçirməklə subsidiyalaşmanın əsas məqsədlərini
müəyyənləşdirmək mümkündür. Cədvəldən də göründüyü kimi subsidi-
yalaşma əsasən istehsal xərclərini azaldan və ya azad rəqabəti zəiflədərək
müəyyən istehsalçıların fəaliyyətini dəstəkləyən, dolayısıyla daha çox is-
tehsalçıya xidmət edən iqtisadi-siyasi fəaliyyət olmaqla istehsalda daha
geniş tətbiq olunur. İstehsalçı subsidiyalarıının hesablanmasının konk-
ret üsulunun müəyyənləşdirilə bilinməməsi, artan ekoloji problemlər
fikirlərin istehlakçı subsidiyaları üzərində cəmlənməsinin təkan vericisi
ola bilər.
Dostları ilə paylaş: