- 43 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
geriyədönməz xarakter almışdır. Hazırda Azərbaycan davamlı inkişafın bir
komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət
yürüdür.
Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl
əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunmalıdır. Ətraf
mühit problemlərinin əhəmiyyətinin qabardılması
və ictimai təşəbbüslərin
dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir. Ölkədə 2010-
cu il “Ekologiya ili” elan olunmuş, bu çərçivədə müxtəlif işlər görülmüş, spe-
sifik sahələr üzrə elektron mənbələr hazırlanmış və əhali arasında təbliğat
genişlənmişdir. Azərbaycan ətraf mühitin müdafiəsi
sahəsində çox sayda
beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inki-
şafına nail olub. Bu sahədə olan qanunvericilik Avropanın hüquqi tələblərinə
uyğun hazırlanıb ki, ölkədə mükəmməl ekoloji siyasətin yürüdülməsi üçün
zəmin olsun. Rio və Yohannesburq Yer Sammitlərinin qərarlarına uyğun olaraq
Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin
təkmilləşdirilməsini həyata
keçirir. Ekoloji tədbirlər sırasında dövlət proqramlarının və qanunların qəbul
edilməsi, yaxşı idarəçilik prinsiplərinin tətbiqi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) təsis edilməsi, milli park şəbəkələrinin genişləndirilməsi,
insanların su ilə təminatının
daha da mükəmməlləşdirilməsi, tullantıların
idarəolunması və ətraf mühitin çirklənməsinə qarşı fəaliyyətlər vardır. 1998-ci
ildə qəbul edilmiş Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı (ƏMMFP) ölkənin
ətraf mühit prioritetlərini və nəzərdə tutulmuş fəaliyyətləri müəyyən edir.
Siyasi sənədlərdə Azərbaycan dövlətinin ətraf mühit siyasətinin aşağı-
dakı üç əsas istiqaməti müəyyən edilmişdir ki, bunlar da yaşıl iqtisadiyyat
prinsiplərinə müvafiqdir:
- Ətraf mühitin mühafizəsi və çirklənmənin minimuma endirilməsi üçün
dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsulların
tətbiq edilməsi;
- İndiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii
sərvətlərdən səmərəli istifadə etmək, alternativ,
qeyri-ənənəvi metod-
lar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji
effektivliyinə nail olunması;
- Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların
qiymətləndirilməsi və həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq