Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə48/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   44   45   46   47   48   49   50   51   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
təşkilatlarla əlaqələrin genişləndirilməsi və milli potensialın imkanlar-
dan istifadənin genişləndirilməsi.
Azərbaycanda ətraf mühit qanunvericiliyinin aşağıdakı prinsipləri yaşıl 
iqtisadiyyatın inkişafını vurğulayır: 
-  sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərin qarşılıqlı həlli; 
-  təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi;
-  ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi;
-  ətraf mühitin mühafizəsinin və təbii sərvətlərdən istifadənin tənzim 
edilməsinə ekosistemli yanaşma;
-  ətraf mühitin çirklənmsinə dair sanksiyalar;
-  təbiətdən istifadənin ödənişli olması;
-  ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji 
sistemlərin bərpası; 
-  təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən 
istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının 
tətbiq edilməsi; 
-  ətraf mühitin biomüxtəlifliyinin qorunmasının təmin edilməsi; 
-  “çirkləndirici ödəyir”
23
 prinsipinin tətbiqi;
-  dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin po-
zulmasına görə məsuliyyət; 
-  ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin 
qiymətləndirilməsi, buna görə məsuliyyət; 
-  ekoloji cəhətdən əsaslandırılmış dayanıqlı sosial-iqtisadi inkişaf, insanın 
həyatının və sağlamlığının mühafizəsi;
-  ətraf mühitin mühafizəsinin hər kəsin işi olması;
-  ətraf mühitin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; 
-  ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq, ekoloji qa-
nunvericiliyin Avropa qanunvericiliyinə və beynəlxalq müqavilələrə uy-
ğunlaşdırılması. 
Ölkənin ümumi inkişaf strategiyasında ətraf mühit aspektlərini əhatə 
edən əsas proqram - Azərbaycan Respublikasında ekoloji cəhətdən daya-
nıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram - 2003-cü ildə qəbul edilib. 
23  Ətraf mühit hüququna əsasən, ”çirkləndirici ödəyir” prinsipi ətraf mühitə dəyən zərərin çirkəndiricilərin
istehsalçısı tərəfindən ödənməsi yolu ilə məsuliyyətin artırılmasını nəzərdə tutur.


- 45 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin