- 54 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
2.2. Alternativ (bərpa olunan) enerji mənbələrinin
əsas inkişaf prinsipləri
AEM və davamlı inkişaf (Dİ) arasında olan əlaqələrə həm qlobal, həm də
regional və ya lokal xüsusiyyətləri özündə cəmləşdirən məqsədlər iyerarxiya-
sı nöqteyi-nəzərindən baxıla bilər. Bu enerji mənbələri Dİ-nin: 1) sosial-iq-
tisadi inkişaf; 2) enerji resurslarına çıxış; 3) enerji təhlükəsizliyi və 4) iqlim
dəyişikliyi və ətraf mühitə təsirin azaldılması kimi mühüm məqsədlərinə
müsbət təsir göstərir
3
. Lakin iqtisadi inkişaf səviyyəsindən asılı olaraq, müxtəlif
ölkələr AEM-in inkişafına fərqli yanaşmaya və sosial-iqtisadi məqsədlərə ma-
likdir. Məsələn, sənayeləşmiş ölkələrdə iş yerlərinin açılması və iqtisadiyyatda
mütərəqqi struktur dəyişikliklərinin aparılması AEM-in təşviqinə dəstək verən
məqsədlərdən hesab olunur. Məsələnin tam izahı üçün yuxarıda göstərilən
məqsədlərin ayrı-ayrılıqda qısa şəkildə izahı önəmlidir.
Dostları ilə paylaş: