Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


İnformasiya və məlumatlılıq baryerləri



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə64/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   60   61   62   63   64   65   66   67   ...   155
2.7.2. İnformasiya və məlumatlılıq baryerləri
AEM layihələrinin əsas piar elementlərindən biri yerli icmaların xeyrinə 
olan yeni iş yerlərinin açılması, fərdi inkişaf, investisiya imkanları və texno-
loji innovasiya vasitəsilə yoxsulluğun azaldılmasıdır. İnkişaf etməkdə olan 
ölkələrdə həyata keçirilən AEM üzrə bir çox pilot layihələri enerji ilə kasıb 
icmalarda bərpa olunan enerji resurslarının oynadığı rolla bağlı maraqlı fakt-
lar ortaya çıxarmışdır. Lakin əgər yerli icma bu üstünlükləri düzgün qavra-
mazsa, yaxud əldə olunan mənfəətin düzgün bölüşdürülməsi nəzərə alın-
mazsa, onda layihənin qəbulu ilə bağlı problemlər yarana bilər. 
Hazırda inkişaf etməkdə olan ölkələrdə texniki biznes vərdişlərinin 
məhdudluğu və eləcə də texniki dəstək sistemlərinin olmaması müşahidə 
olunur. Bu, xüsusilə mövcud olan müvafiq AEM-in seçimləri barədə po-
11  ibid


- 60 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tensial istehlakçılar arasında məlumatın olmaması və ya düzgün başa 
düşülməməsi ilə əlaqələndirilir. Belə amillər bazarın formalaşmasına bir-
başa mənfi təsir göstərir və enerji sektorunda aydın hiss olunur.Bu cür 
məlumatsızlıq adətən AEM-in icrasına, habelə bütövlükdə iqtisadiyyatın 
tərəqqisinə təkan verən kiçik və orta müəssisələrin inkişafının qarşısını 
alan ən vacib amillərdən hesab edilir. Göstərilən problemlər əksər hal-
larda sistemin çökməsinə və ya funksionallığının itirilməsinə səbəb olur. 
Sonda AEM texnologiyalarının sahibkarlıq hüququ özəl sektorun əlində 
olarsa və üstəlik, bu texnologiyaların bazara girişi də həmin şirkətlərin 
dominantlığı altında həyata keçirilərsə, bu zaman AEM texnologiyaları-
nın inkişafı və istifadəsi üçün bu “oyunçular”ın bazar qabiliyyətinə diqqət 
yetirmək olduqca vacibdir
12
. Ona görə də belə layihələrin davamlılığının 
və keyfiyyətinin yüksəldilməsi məqsədilə texniki və biznes imkanlarını ar-
tırmaq vacibdir.

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin