- 59 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
mövcudluğunu təsdiq etmişdir. Lakin o da qeyd olunmalıdır ki, AEM-in
ümumi ictimai dəstək göstəricisi onun yerli səviyyədə icrasının fərdlərə
və qruplara birbaşa təsir etdiyi hallarda qəbul olunması
və dəstəklənməsi
göstəricisi ilə uyğun gəlməyə də bilər. Məsələn, bəzi ölkələrdə iri yeni
tikintilərin və qurğuların həyata keçirilməsi bir sıra hallarda artan ictimai
narazılıqla qarşılanır.
AEM layihələrinin həyata keçirilməsi və onların Dİ-yə
mümkün təsirləri
baxımından sosial-mədəni baryerlərin müxtəlif mənbələri mövcuddur. On-
lar birbaşa cəmiyyət və fərdi dəyər və normaları ilə əlaqəli olur. Bu cür dəyər
və normalar AEM texnologiyalarının və onların işlənməsinin fərdlər,
qruplar
və cəmiyyətlər tərəfindən qavranılmasına və qəbul olunmasına təsir göstərir.
Qeyd etmək lazımdır ki, həmin baryerlər sosial-mədəni məsələlərə qeyri-
adekvat yanaşmadan və anlayışdan irəli gələ bilər. Məsələn, bu baxımdan belə
baryerlərə biomüxtəliflikvə ekosistemə təsir də daxil olmaqla davranış, təbii ya-
şayış məskənləri, təbii və insan irsi qalıqları,
landşaft, su və torpaqdan istifadə
hüquqları, həmçinin onların rəqabətli istifadəyə açıq olması ilə bağlı baryerlər
aiddir
11
. İri layihələr yalnız ictimaiyyətin tam dəstəyi
olduğu halda səmərəli
şəkildə həyata keçirilə bilər. AEM layihələrinin verə biləcəyi qazanc ictimaiyyət
tərəfindən tam başa düşülməlidir.
Dostları ilə paylaş: