- 63 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
fında və bu sahəyə böyük sərmayələrin cəlb olunmasında
əvəzsiz rol oyna-
yır. Bu baxımdan,müstəqil enerji istehsalçıları üçün sabit tariflərin, habelə
açıq və şəffaf şəbəkəyə qoşulmanı təmin edən hüquqi çərçivənin yaradılma-
sı uğur üçün əsas faktorlardandır. Bundan əlavə, uzunmüddətli EESM-lər
əsasında təyin edilmiş şəffaf və normal qiymətlər investorların
cəlb olunma-
sı üçün ən mühüm amildir
15
.
AEM-in səmərəli inkişafı üçün dəstək proqramları olduqca vacibdir.
Dəstək proqramları birbaşa dəstək və dolayı dəstək kimi amilləri özündə
cəmləşdirir: birbaşa dəstək (yaşıl tarif (feed-in tariff), kvota sistemi, maliyyə
yardımı, yüngül kreditlər və fiskal stimullar); ənənəvi enerji mənbələrindən
istifadənin azaldılmasına yönəldilmiş tədbirlər vasitəsilə - dolayı dəstək
(təşviq proqramları çərçivəsində informasiyanın yayılması, ictimaiyyətə bu
cür mənbələrdən istifadənin əhəmiyyətinin izahı
və təmiz enerji texnolo-
giyalarının müsbət imicinin formalaşdırılması). Əlverişli normativ-hüquqi
bazanın yaradılması - səmərəli hüquqi baza olmadan bu sahənin inkişafı və
rəqabətli bazarın yaradılması mümkünsüzdür
16
. Hər bir ölkə özünə uyğun
olan səmərəli normativ-hüquqi baza formalaşdırmalıdır. Bütün qanunlar və
qərarlar sadə olmaqla yanaşı, bu sahəyə aid bütün məsələləri əks etdirməlidir.
Məsələn, bərpa olunan enerji mənbələri texnologiyalarının qurulması və
işlədilməsi üçün lisenziyaların verilməsi.
Dostları ilə paylaş: