Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə81/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   77   78   79   80   81   82   83   84   ...   155
2.11. Nəticə 
Təbii ki, alternativ enerjinin ənənəvi enerji mənbələrini tam əvəzləyərək neft, 
təbii qaz və kömür kimi enerji mənbələrindən istifadəni azaltmasına hələ uzun 
müddət lazım gələcəkdir. Lakin son zamanlarda bu istiqamətdə atılmış addımlar 
müsbət qiymətləndirilməlidir. Gələcəkdə belə enerji mənbələrinin əhəmiyyətini 
artıran bir neçə səbəb mövcuddur. Davamlı inkişaf nöqteyi nəzərindən alterna-
tiv (bərpa olunan) enerji mənbələrinin üstünlükləri aşağıdakılardır:
a) 
Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı; AEM-in inkişafı üçün 
qoyulmuş sərmayələr bahalı enerji idxalından fərqli olaraq, əsasən 
obyektlərin tikilişi istiqamətində işçi qüvvəsinə və materiallara sərf olunur. 
b) 
Enerji təhlükəsizliyi; Neft və təbii qaz kimi ənənəvi enerji resurslarının 
qiymət yüksəlişi və iqtisadiyyatın bu resurslardan asılı olması AEM-in 
əhəmiyyətini artırır. Bu enerji mənbələri tükənməzdir və gələcək nəsillər 
üçün enerji təhlükəsizliyini təmin edə bilər.
c) 
Enerji diversifikasiyası; Fərqli enerji resursları mənbələrinin inkişaf 
etdirilməsi ölkənin hansısa bir xüsusi texnologiyadan və ya yanacaq 
növündən asılılığını aradan qaldırır. 
ç) 
Ətraf mühitin qorunması; AEM texnologiyaları daha təmizdir və ətraf 
mühitə daha az ziyan vurur.
28  2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə
dair Dövlət Strategiyasının hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı
şəh., 29 dekabr 2011-ci il, http://www.president.az/articles/4057


- 74 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin