3.2. Enerji subsidiyalarının təsnifatı və hesablanması 3.2.1. Enerji subsidyalarının təsnifatı Klassik yanaşmada dövlət büdcəsinin kəsirini ixtisar etməyin bir yolu da
ya aktivləri kəskin şəkildə azaltmaq, ya da gizli öhdəliklərin artırılmasıdır. Ra-
sional dövlət uzun müddətli səmərəlilik üçün bir illik kəsir göstəriciləri ilə
kifayetlənə bilməz. Dolayısıyla xalis aktivlərdəki inkişaf burada daha vacibdir.
Əgər xalis aktiv dəyişməz qalarsa, büdcə kəsirinin azalmasından bəhs edilə
bilməz. Büdcə kəsirinin klassik göstəricilərindən fərqli olaraq (bu yanaşma “axın
konsepsiyası”nda öz əksini tapmışdır), alternativ konsepsiya - “aktuar kəsir”
dövlət öhdəlikərinin dəyişməsi və pul bazası əsasında bu şəkildə ifadə edilə bilər: