Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə85/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   81   82   83   84   85   86   87   88   ...   155
Dta=(Bt-Bt-1)+(Mt-Mt-1)
Burada D, t zamanı ərzində aktuar büdcə kəsiridir. B dövlət borcudur, M 
isə pul bazasıdır. Aktuar və klassik büdcə kəsiri arasındakkı fərq gizli kəsirdir.
1
 
Karas və Misra tərəfindən 32 ölkə üçün gizli kəsir hesablanmışdır. On-
lar böhranlara gizli kəsrin səbəb olduğunu iddia edirlər. Gizli dövlət kəsiri 
dövlət büdcəsində əks olunmayan müxtəlif dövlət fəaliyyətləri zamanı 
meydana gəlir. Məsələn, subsidiyalaşma - dövlət resurslarının özəl sektora 
və ya əhaliyə verilməsi bir nümunədir. Burada bir-birilə əlaqəli 3 fenomen 
fərqləndirilməlidir:
Gizli büdcə subsidiyaları dövlət tərərfindən ayrı-ayrı şəxslərə və firmalara 
edilən nəğd transferlərdir. Gizli subsidiyalara birbaşa büdcə kreditləri, vergi 
istisnaları və ödənilməmiş vergi borcları, büdcədənkənar fondlardan edilmş 
transfertler, firmaların idxal və ixrac kvotalarından qazancları və problemli 
müəssisələrin maliyyələşdirilməsi aiddir.  
1
Lev Freinkman et al., (2003), Quasi-fiscal Activities, Hidden Government Subsidies and Fiscal Adjustment in
Armenia, World Bank Working Paper N 16, səh, 4


- 77 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Kvazifiskal fəaliyyətlər/subsidiyalar - dövlət büdcəsindən kənardövlət 
sektoru vasitəsi ilə gizli subsidiyaların təminidir. 
Şərti öhdəliklər isə gələcəkdə büdcədə açıq şəkildə göstərilə bilən sub-
sidiyalardır. Buna ən klassik misal kommersiya kreditlərinə verilən dövlət 
qarantiyalarıdır.  
Enerji ilə zəngin ölkələrdə enerji subsidiyaları daha geniş yayılmışdır. Bu 
yolla dövlət yanacağın, elektrikin və digər enerji məhsullarının qiymətini 
aşağı saxlamaqla əhalini və biznesi subsidiyalaşdırır.  
Büdcədə görünən subsidiyalar birbaşa hədəflənməmiş qiymət subsidiyaları-
dır. Hədəflənməmiş dolaylı qiymət subsidiyaları əlavə dəyər və digər satış vergiləri 
üzrə güzəştlər, ixrac vergiləri, istehsalçı kvotaları, daşıma və saxlama subsidiyaları 
və əmlakın beynəlxalq dəyərdən daha aşağı satılması formasında ola bilər.

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin