YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Azərbaycan Respublikasında alternativ (bərpa olunan) enerji
mənbələrinin inkişaf sürətini təhlil edərkən, demək olar ki, bu istiqamətdə
müsbət addımlar atılmışdır və inkişaf özünün ilkin mərhələsindədir. Misal
olaraq qeyd edilməlidir ki, ölkədə 2011-ci ildə elektrik enerjisində AEM-in
payı 10% (9.8% hidroenerji, 0.2% digər) təşkil etmişdir. Qarşıya qoyulmuş
əsas hədəf isə bu göstəricini 2020-ci ilə 20% çatdırmaqdır.
Lakin ölkənin potensialı bir daha göstərir ki, bu sahəyə dövlət və özəl sektor
tərəfindən investisiyaların daha çox ayrılması vacibdir. Bu istiqamətdə AEM isteh-
salçılarını dəstəkləyən vergi kreditləri, subsidiyalar, sərfəli kreditlər və digər dəstək
alətlərini özündə əks etdirən yeni qanunvericiliyin yaradılması əhəmiyyətlidir.
Qəbul olunmuş və olunacaq bütün qanun və qərarlar çox effektli şəkildə
həyata keçirilməlidir ki, bərpa olunan enerji mənbələrinin inkişafına maneçilik
törədən amilləri aradan qaldırsın, bu mənbələrin bazarını yaratmaqla, qiymət
rəqabətliliyinin artırılmasına təkan versin.
Hazırda qəbul olunmuş bütün önəmli qərarlar Azərbaycanda bu bazarın
gələcək inkişaf perspektivinin əsasını qoyur. Lakin əsas məsələlərdən biri həmin
bazarın səmərəli şəkildə inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrindən
əldə edilən enerjinin istehlakı və enerji səmərəliyinin stabil inkişaf etdirilməsidir.
Ona görə də, xüsusilə, bu cür layihələr üzrə nəzərdə tutulmuş müvafiq vergi və
gömrük güzəştləri qanunvericiliklə qəbul edilməli və dəstəklənməlidir.
Ölkədə alternativ (bərpa olunan) enerji mənbələrinin inkişafına neqativ təsir
göstərən amillər aşağıdakılardır:
• Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına təkan verən
güclü hüquqi bazanın, eləcə də dəstək alətlərinin yoxluğu;
• Alternativ və bərpa olunan enerji mənbələri texnologiyalarının alınması
və quraşdırılması sahəsində maliyyə və kredit mexanizimlərinin yoxluğu;
• Alternativ və bərpa olunan enerji mənbələrinin iqtisadi perspekti-
vi barədə əhalinin məlumatsızlığı və qeyd olunan sahənin rəqabət
qabiliyyətinin aşağı səviyyəsi;
• Alternativ və bərpa olunan enerji mənbələrinin texnologiyaları və onla-
rın istismarı barədə məlumatın azlığı;
• Alternativ və bərpa olunan enerji mənbələri ilə məşğul olan ixtisaslaş-
mış mütəxəssislərin azlığı və qeyd olunan sahə üzrə qanunvericilik sis-
teminin tam formalaşmaması.