- 79 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV
MƏNBƏLƏR
qiymətlərdir. Qeyri-ticari (non-tradeable) mallarda isə məsələn,
elekt-
rik enerjisində müvafiq olaraq bençmark qiyməti yerli istehsalçının
xərclərinə bərabərdir. Subsidiyaların hesablanmasına bu şəkildə yanaşma
adətən “qiymət fərqi yanaşmasi” olaraq ifadə edilir.
İstehlakçı subsidiyaları özündə iki komponenti ehtiva edir:
vergi
öncəsi subsidiyalar (pre tax) (əgər firma və əhali tərəfindən ödənilən
qiymətlər tədarük və çatdırma dəyərindən aşağıdırsa) və vergi sonrası
(post tax) subsidiyalar (əgər vergi effektiv səviyyədən aşağıdırsa).
Bir çox
ölkələr istehlakçıdan vergi tutmaqla gəlir əldə edir və büdcə xərclərini bu
şəkildə maliyyələşdirir. Effektiv vergiqoyma enerji məhsulları
da daxil ol-
maqla bütün istehlakı əhatə etməyi zəruri şərt kimi tələb edir. Effektiv
vergiqoyma həm də ətraf mühitə mənfi təsirləri aradan qaldırmaq üçün
lazımdır.
Dostları ilə paylaş: