1.
İcmal mövzusunun struktur semantik təhlili.
2.
Məlumatın axtarışı.
3.
Kartoteka (faylın və s) və rubrikatorun yaradılması.
4.
İcmalın planının yaradılması.
5.
İlkin sənədlərin axtarıçı və onların ilkin analitik emalı.
6.
İlkin sənədlərin mətninin təhlili (formallaşmış).
7.
Sənədlərin mətninin fraqmentlərinin sintezi (formallaşmış).
8.
Analitik icmalın mətninin tərtib edilməsi və onun qurluşu.
9.
Mətnin ədəbi redaktəsi.
10.
Məlumat aparatının hazırlanması.
İCMAL MƏQALƏNİN STRUKTURU (KOMPONENTLƏRİ). İCMAL MƏQALƏNİN HAZIRLANMASI ADDIMLARI
(ALQORİTMİ)
Ədəbiyyat icmalı məcburən istənilən elmi işin tərkib hissələrindən biridir. Orada diplom işində qoyulmuş
suala müvafiq hazırda mövcud olan nöqteyi-nəzər təlil edilir. Müəllif vəzifəsi-müxtəlif alimlərin baxışlarını
öyrənmək və onlar arasında öz işinin yerini müəyyən etmək, onun xüsusiyyətlərini (unikallığını) göstərməkdir.
İcmal girişdə və yaxud da ayrıca başlıq kimi təqdim edilə bilər.
Ədəbiyyat icmalının əsas məqsədi - seçilmiş elm sahəsində biliyin cari sərhədlərinin
müəyyənləşdirilməkdən, sələfləriin işlərindəki müstəqil tədqiqatçılar tərəfindən təsdiq edilməmiş ziddiyyətləri
aşkar etməkdən ibarətdir. İcmalın sonunda gələcək tədqiqatların perspektivləri haqqında nəticələr tədim
edilməlidir.
İcmal məqalənin quruluşu
Обзорная статья – это научная статья, которая должна иметь принятую в научной периодике структуру.
Поэтому обзорные статьи должны включать в себя следующие структурные элементы
İcmal məqalə - elmi dövriyyədə qəbul edilmiş quruluşa malik olan elmi məqalədir. Ona görə də icmal yazılar
aşağıdakı struktur elementlərinə malik olmalıdırlar:
•
Adı. Oxucunu maraqlandıracaq vacib elementdir.
•
Annotasiya. Annotasiyada iş haqqında ümumi, qısa təqdimat verilir. Müəllif annotasiyanı yazılan anda
məqalənin nə barədə yazılacağını, onda oxucu üçün maraqlı və vacib olan məqamları özlüyündə yaxşı
təsəvvür etməlidir. Bu zaman yaddan çıxarmaq lazım deyilki onun həcmi 200 sözdən artıq olmamalıdır.
•
Giriş. Giriş oxucuya işin quruluşu və onun elementlərinin qarşılıqlı əlaqəsi barədə məlumat verməklə,
onun vaxtına qənaət edir. Əgər hansısa bölmələr oxucunu maraqlandırarsa o həmin bölmələri oxuyacaqdır.
•
Əsas hissə. Yadda saxlayın ki, icmal məqalə biblioqrafik icmal deyildir. Sizin vəzifəniz elmi problemin
öyrənilmə səviyyəsini göstərmək, imkan daxilində baxılan problemə aid işlərə kritik yanaşmaq və bu işlərə
əsaslanan nəticələr çıxarmaqdır.
•
Nəticələr. İcmal məqalənin nəticələri – gələcək tədqiqatların davam etmə istiqamətlərini tövsiyyə
etməkdən və toxunulan konkret problemi həll etmək üçün elmi innovasiyaları tətbiq etmək təklifini verməkdən
ibarətdir.
Ədəbiyyat icmalını necə etmək lazımdır
1.
İlk növbədə yazacağnız mövzu üzrə maksimal səviyyədə ədəbiyyatı öyrənmək lazımdır (internet-
resursla kifayətlənməməli, mütləq kitabxanaya getmək lazımdır). Ən yaxşısı orijinal nəşrlərdən istifadə etmək
lazımdır
2.
Hər bir mənbəni öyrəndikdən sonra öyrəndiyiniz mənbənin əsas məzmunu haqqında konspekt
tərtib etməli və zəruri olnan istinad və tezisləri yazmaq lazımdır.
3.
İcmal üzərində işləməyi əvvəlcədən başlamaq lazımdır.
3.1.
Əvvəlcə müəyyən etdiyiniz elmi işin ədəbiyyat mənbələrində səliqə-sahman yaradılmalıdır.. Bu
sizin seçdiyiniz mövzu üzrə öz mülahizələrin inkişaf məntiqində asılıdır.
4.
Bu halda xronoloji prinsipi əsas tutaraq xronoloji qaydada məsələnin tarixi ilə tanış olmaq olar.
Öyrəndiyiniz məsələyə aid hansı baxışlar mövcud olduğunu və onların necə təkamül etdiklərini qeyd etmək
lazımdır. Bu problem üzərində işləyən elmi fikrin əsas nümayəndələrini adlandırmaq və onların apardıqlarə
tədqiqatlarda əldə etdikləri naliyyətləri qeyd etmək lazımdır.
5.
İşlərin təhlilinə kritiki yanaşma zəruridir. Onların zəif yerlərini və hansı məsələlərə baxmadıqlarını
göstərmək. Müəlliflərin baxmadıqları məsələnin səbəblərini qeyd etmək və bu yolla toxunulan problem daxilində
öz yerinizi müəyyənləşdirmək.
6.
Tədqiqatçıların qarşılarına qoyduqları elmi məsələləri qısa yazmaq. İstənilən nəticələrə nə qədər
nail olub və ya olmadıqlarını qeyd etmək. mövzu üzrə işləyəcəyiniz tədqiqat işlərinin səbəblərini formalaşdırmaq.
7.
Ədəbiyyat icmalını diplom üzərində işlənilən dövr ərzində yazmaq olar. Belə etmək ona final
mərhələsində korrektə, əlavələr və dəyişikliklər etməyi asanlaşdırar.
Ədəbiyyat icmalını yazmağa əsas tələblər
1)
İcmalı iki dəfəyə yazmaq məqsədə uyğundur. İnformasiyanı sistemləşdirilməsi variantlarını
müzakirə etmək məqsədilə icmalın referat üslubuna uyğun ilkin variantı hazırlayıb əlavə axtarışlar aparıb
aparmayacağına ehtiyacıın olub və ya olmadığını müəyyənləşdirmək üçün elmi rəhbərə ilkin rəyini öyrənmək
təqdim etmək. Müvafiq düzəlişlərdən sonra elmi rəhbərəbərə təqdim edilir və onun razılığı ilə icmal diplom işinə
daxil edilir.
2) Ədəbiyyat icmalının həcmi istinad edilən ədəbiyyat siyahısıda daxil olmala mövzudan və diplom işinin
növündən asılıdır, İcmalda yerli və xarici dövrü elmi nəşrlərdən istifadə edilməsi arzu olunandır.
3) İcmal sırf tədqiqat mövzusuna aid ədəbiyyatla məhduddlaşmamalıdır. İcmal yazılan zaman mənbə kimi
ilk növbədə konkret tədqiqat materiallarını əks etdirən dissertasiyalar monoqrafiyalar, elmi məqalələr, eləcədə
nüfüzlu sorğu nəşrləri və dərsliklər olmalıdır.
4) Konkret təqiqatların nəticələrinin icmalına sizin icmalda istifadə ediləcək layihələrin materiallarının
nəticəlri çap edilmiş nəşrləri sadalamaqla başlamaq olar. Şəri xronoloji qaydada yazmaq məqsədə uyğundur.
Tədqiqatı nə zaman, hansı təşkilat tərəfindən aparıldığını qeyd etmək, tədqiqat obyektini qısa xaraqkerizə etmək,
layihə rəhbərini adlandırmaq zəruridir. Bu bölüm problemlərin və aparılan tətqiqatların konkret nəticlərinə
baxmır. O kimin harada hansı təşkilatda tədqiataı apardığı haqqında məlumatı özündə əxz edir.
6) Tədqiqatın nəticələrinin təhlilini nəşrlər ətrafında deyil problemətrafında aparmaq lazımdır. Bu o
deməkdir ki, sadəcə olaraq oxuduğunuz məqalə və hesabatların məzmununu yalnız ifadə etməklə kifayətlənmək
olmaz. Ədəbiyyatın icmalı – referativ deyil, analitik sənəddir. Onun başlıca vzəifəsi –sələf tədqiqatlarda alınmış
balıca nəticələri aşkarlamaq, müxtəlif tədqiqatlar arasında alınmış nəticələr arasınada fikir ayrılıqlarını göstərmək
(əgər belələri varsa),alınan nəticələri nəzəri işləmələrlə müqayisə etməli, problemin kifayət qədər öyrənilməyən
hissələrini aşkarlamaqdır.
7) İcmalda istifadə olunmuş ədəbiyyat sahəsində rast gəlinən bütün süjetlərə eyni dərəcədə ətraflı baxmaq
lazım deyil – bibaşa sizin mövzuya aid olnlara diqqətiyönəltmək lazımdır.
8) Mətnin istinadlarına xüsusi diqqət yetirmək lazımdır. Özgələrinin nəşr edilmiş mətnlərindən istifadə
Mülki Məcələ (Müəlliflik hüququ) ilə tənzimlənir. Müəllifin razılığı olmadan, ancaq onun mütləq adını
göstərməklə mənbədən istifadəyə icazə verilir. İcmalda, eləcədə digər müəllif mətnlərində dırnaq işarəsiz və
dəqiq göstərilmədən fikir ifadə hissələrindən istifadə qəti qadağandır. İcmalı şərh edilən işin terminalogiyasını
gözləməklə ən yaxşısı “öz sözlərinlə” yazmaqdır. Birbaşa istina icmalın 5-10 % mətnindən çox olmamalıdır. Öz
mətnində birbaşa istinad norması bir müəllif üçün 300 hərifdən (50-60 söz) çox olmamalıdır.İcmal mütləq qısa
nəticələrlə qurtarmalıdır.
9) İstifadə edilmiş ədəbiyyatın siyahısı sonda verilməlidir və müvafiq tələblərə cavab verməlidir.
ELMİ TƏDQİQAT HAQQINDA TƏQDİMATLARIN HAZIRLANMASI
Təqdimatlar
Təqdimatın hazırlanmasına başlamazdan əvvəl məqsədli auditoriya və çıxış müddəti müəyyən edilməlidir.
Təqdimatın necə qurulması ondan asılı olacaq. Ən tipik xüsusi halları nəzərdən keçirək.
Dissertasiya işinin müdafiəsi
Bu ən qısa təqdimatlardandır,
5-10 dəqiqə.
Məsələnin qoyuluşu və alınan nəticəlrin sadalanması üzərində diqqəti cəmləşdirmək lazımdır. Attestasiya
komissiyasına qoyulan problemin mürəkkəbliyi aydın olmalıdır. Sizin onun üzərində səylə çalışmısınız və nəyisə
yaxşılaşdıra bilmisiniz komissiya üzvlərinə çatdırılmalıdır.. Komissiya üzvləri sizin problem və onun
terminalogiyasına yaxşı bələd olmaya bilərlər. Ona görədə texniki xırdalıqlar üzərində dayanmaq lazım deyildir.
Bununla yanaşı slaydlarda bu texniki xırdalıqlar kifayət qədər mürəkkəb ifadə, cədvəl və qrafiklər formasında
göstərilə bilər. Müzakirə etdiyiniz fraqmentləri rəngli və yaxudda yağlı şriftlərlə qeyd etmək məsləhət görülür.
Əgər kimdəsə onlar maraq doğurarsa onda həmin məsələlər üzrə suallar verəcəkdir. Təqdimatda işin şəxsən
müəllif tərəfindən təklif edildiyi qeyd edilməlidir. Digər tərəfdən öz şəsiyyətini həddən ziyada qabartmaqda
tövsiyyə edilmir. Ciddi üslub və anlaşıqlı nitq alqışlanır.
Adətə fəlsəfə doktoru dissertasiyası 15-20, doktorluq dissertasiyası 35-40, magistr dissertasiyası isə 10 dəqqə
çəkir. Müdafiə səviyyəsi yüksək randa olduqca mövzunun aktuallığınada tələbat o qədər yüksək olur.
Konferensiya
Konferensiyada çıxışlara adətən 20 dəqiqə vaxt ayrıır. Bu vaxt başa çatmış problemi və onun mühüm
məqamlarını işıqlandırmaq üçün optimal hesab edilir. Təqdimat hazırlıqlı dinləyiciyə hesablanıb. Mövzunun
xırdalanma dərəcəsi onu başa düşə biləcək dinləyicilərin sayndan asılı olmalıdır. Təqdim edilən slaydları
auditoryanın heç olmazsa ən azı yarısının başa düşməsi arzuolunandır. Təqdimat ərzində sizin fərdiliyinizi qeyd
edə biləcək bir-iki zarafat yerinə düşərdi. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır.
Seminarda çıxış
Təqdimat üslubu sizə nə qədər vaxt ayrılmasından asılıdır. Bu konferensiya və tərəfdaş qarşısında olan
çıxış arasıda ortaq bir şeydir. Sizin məqsədiniz təqdimatın auditorya tərəfindən tam başa düşülməsidir. Ona
görədə təqdimat kütləvilikdən daha mürəkkəb texniki xardalıqlara qədər rəvan keçidlə təmin edilməlidir. Dizayn
ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır.
Mühazirə
Saat yarım çıxış edən şəxs bu halda daha geniş imkanlara malikdir və mövzunu tam açmaq üçün müxtəliv
vasitələrdən istifadə edə bilər. Anca bu qədər müddət ərzində dinləyicilərin diqqətini saxlamaq olduqca
mürəkkəbdir. Dinləyicilərin maraqlarını itirməmək əvvəlcə toxunulan məsələnin nə üçün lazım olduğu onlara
çatdırılmalı, istifadə sahələri haqqında qısada olsa məlumat verilməlidir. Dizayn ciddi olmalı və diqqəti işin
mahiyyətindən yayaındırmmalıdır.
Tövsiyyələr
Əgər çıxış edən auditoriya qarşısında özünü inamsız hiss edirsinizsə onda mətn yazılmaı və əzbərdən
öyrənilməlidir.Səhifə yarım materialın çıxışı təxminən 7 dəqiqə çəkir (format А4, keql 12 р1).
Səliqəli olmağın mənası var. Səliqəsiz slaydlar şübhə doğurur və məruzəçinin işə ciddi yanaşmadığına
dəlalət edir.
Titul səhifəsində mövzu və müəllif haqqında məlumat olmalıdır. Müdafiə zamanı elmi rəhbərin adı və
familiyası təşkilatın adı göstərilməlidir. Konferensiyalarda konferensiyanın adı və vaxtı göstərilməlidir. Bu
həmkarlar arasında informasiya mübadiləsi olduqda və təqdimat İnternetə qoyulduqda əlavə şərhə ehtiyac
olmaması üçün edilir.
Optimal slaydların sayı 6-11 arasında olmalıdır. Mətnin böyük həcmi və kiçik şrift təqdimatın
qavranmasını ağırlaşdırır. Digər tərəfdan mətnin azlığı təqdimatın səthi və pis hazıralnamsı təsərruatını yaradır.
Ən geniş yayılmış səhv slaydı sözbəsöz oxumaqdır. Yaxı hal slayda materialın ətraflı təqdim edilməsi,
müəllifin isə onun mahiyyətin izah etməsidir. Slayddakı məlumat nitqdən fərqli olaraq cidi və əliqəli olmalıdır.
Formulaları sözlə ifadə etməyə ehtiyac yoxdur. Bu yalnız seminar və mühazirələr zamanı dinləyicilər eyni
zamanda konspekt tutarkən edilir. Müdafiə və konfrans zamanı onları səsləndirmək yersizdir.
Bir slaydan digərinə keçid 1-2 dəqiqə ərzində, mühazirələr zamanı isə 5 dəqiqəyə qədər. Qısa çıxışlarda
1-2 slayddan istifadə edilməsinə yol verilir. Dinləyicilər həm slayddan həmdə eşitdiklərindən məlumatı
mənimsəmək imkanına malik olmalıdırlar.
Slaydlarda əsas məlumatların üstündə mümükün qədər dayanmaq olar. Qrafikli salaydları üstündən tez
keçmək olar. Cədvəllər üzərində dayanarkən sətir və sütünların müvafiq olaraq nəyə uyğun olduğunu göstərmək
lazımdır.
Məruzənin əsas ideyasını başa düşmək üçün lazım olan işarə və anlayışları daxil edin. İstənilən işarəyə
onun istifadəsinə qədər izahat vermək lazımdır. İzahları mümkün qədər qısa və dolğun vermək lazımdır.
Ağır ifadələri mümkün qədər sadələşdirmək lazımdır. Qısa çıxışlarda eyni fikri müxtəlif sözlərlə ifadə
etmək vaxta qənaət nöqteyi nəzərindən məqsədəuyğun deyildir. Mühazirələrdə əksinə olaraq deyilən mühüm
fikirlərə yenidən qayıtmaq, onlara digər nöqteyi nəzərdən baxmaq alqışlanır. Başa düşülməyən ifadələri
təqdimatdan çıxarmaq lazımdır.
Hər bir cümlə ondan sonra gələn cümlələrlə məntiqi olaraq əlaqəli olmalı, əsl iki-üç qiymətli fikir tam və
aydın formada auditoriyaya çatdırılmalıdır. Onda çıxışı bütöv olacaq və yaxşı təsir buraxacaqdır.
Nəticələr olan slaydı səsləndirmək lazım deyildir. Əksinə seminar və mühazirələrdə nəticələr dəqiq ifadə
edilməlidir.
Təqdimatın davam etmə vaxtı və hazırlıq dərəcəsi təqdimat üçün ona veriləcək vaxtı müəyyənləşdirir. Elə
fikirləşmək lazım deyildir ki, təqdimata üç saat vaxt sərf edilərsə o yaxşı çıxış olacaqdır.
İnsan təfəkkürü irearxikdir.Mövzunu başa düşməyə cəhd edərkən o bir neçə ideyanı başlıca məqamı ayırır
(real olaraq 3-4).
Onalrın hər birini dərindən qavramaq üçün onları dah sadə hissələrə bölür, bölünmüşləri dahada sadə
hissələrə və s. Aydın ifadə etmənin bir çox prinsipləri ona istiqamətlənib ki, bu irearxiyanı aşkar formada
dinləyicilərə çatdırmaq mümükün olsun. Bu müxtəlif texniki qaydalarla təmin edilir:
Birinci slaydda məruzənin adı başlıca ideyanı əks etdirməli, yəni irearxiyanın zirvəsinə uyğun olmalıdır.
Çıxışın başlanğıcında məruzənin mahiyyətini çatdırmaq lazımdır. Optimal olaraq iki-üç cümlə ilə, hər
birində təxminən üç alt maddə olmaqla. İşin bu cür qurluşu iki yuxarı səviyyəyəə uyğundur. Əgər çıxış qısadırsa,
yalınız ən yüksək səviyyədən danışılır.
Çıxışların ən mürəkkəb hissələri yaxşı olardıki, addım addım mərhələlərə bölüb təqdim edilsin. Məsələn
“təklif olunana üsul üç adla yerinə yetirilə bilər”. və s. Əgər bu ifadələrdən istifadə edilməzsə çıxışı qavramaq
çətin olacaqdır.
• Çıxış zamanə bir neçə dəfə «əsas ideya ondan ibarətdir ki” ifadələrini təkrar etmək olar.
• Yuxarı səviyyəli ideyalar mütləq slaydda təqim edilməli sözlə deyilməlidir. Əgər slaydda hər hansı ideya
üzərindən tez keçilirsə bu onun ikinci dərəcəli əhəmiyyətiə malik olduğunu göstərir.
• Çıxış zaman bir neçə dəfə «əsas ideya ondan ibarətdirki” ifadəsini işlətmək olar Anca bu ifadədən sui
istifadə etmək də məsləhət görülmür.
• Slaydda ən vacib sözləri və hissələri rəngləməklə fərqləndirmək olar.
• Söz və slaydlar üst-üstə düşməməlidirlər, onda təqdimat “həcmli” alınır. Slaydlar daha çox texniki
xarakterli məlumatlara malik olmalıdırlar (cədvəl, qrafiklər, sxemlər və s.).
•
Təqdimat hazırlanması mərhələləri:
•
1. Birinci və ikinci səviyyəli təqdimat, əsas ideyaların ayrılması, planının tərtib edilməsi.
•
Elmi təqdimatın quruluşu təxminən elmi məqalələnin quruluşu kimidir:
•
Məsələnin qoyuluşu;
•
Əvvəllər məlum olan nəticələr və problemlər;
•
Qərarın keyfiyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş meyarlar;
•
İşin məqsədi;
•
Müəllifin əsas nəticələri;
•
Şərait və eksperimentlərin nəticələri;
•
Sonuncu slaydda - əsas nəticələrin təqdimi.
•
2. Hər bir slayd fikirləşilərək hazırlanmalıdır (ilk olaraq onları kağız üzərində olar), bu zaman aşağıdakı
suallara cavab vermək vacibdir:
•
Bu slaydın ideyası təqdimatın əsas qayəsini necə açıqlayır?
•
Slaydda nə təqdim olunacaq?
•
Slaydda nədən danışılacaq?
•
Növbəti slayda keçid necə olacaq?
• 3. Aşağıda sadalanan sistemlərin köməyi ilə təqdimatın hazırlanması.
MS PowerPoint
Təqdimat üçün ən çox edilən seçimdir. Əgər slaydda ifadələr (formullar) çoxdursa onları tam MS Word
vasitəsilə yığmaq lazımdır. Əsas şrift Arial və ya ona oxşar olmalıdır. Buzim universitetdə Times Neü Romandan
istifadə etmək tövsiyyə edilir. Ciddi elmi təqdimatlarda animasiyadan istifadə məsləhət görülmür.
MS Word
MS Word işə yarayır. Şriftin ölçüsü 25 olması tövsiyyə edilir. Hazır təqdimatı PDF formatda göstərmək
məqsədəuyğundur.
Document Outline - Akademik Yazı və digər yazı növləri arasındakı bəzi önəmli fərqlər
- Akademik yazı ilə digər yazı janrl arı arasında ikinci fərq isə nəşr edil miş yazıl ardan gətirilən sitatlarla bağlıdır.
- Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan ideya və anlayışlar kimi mücərrəd məfhumlara əsas l anmışdır.
- Bəhs etdiyimiz bu giriş böl məsini yekun l aşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır.
- Lakin ...
- 1. Akademik Yazı Növlərinin Quruluşu:
- 1. Akademik Yazı Növlərinin Quruluşu:
- Akademik Yazının Quruluş u və Planlaşdırılması
- Titul Vərəqi
- Abstrakt
- Xülasə
- AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI
- Giriş paraqrafı
- Girişi necə yazmalı: Qıf
- Qayda
- Yadda saxlayın
- 3-5 əsas arqumentin seçilməsi
- Arqumentləri uyğun ardıcıllıqla düzün
- Bütövlü
- Axıcılıq
- Keçid siqnalları
- Metodologiya
- Nəticə
- Nəticənin ənənəvi “elementləri” nələrdir?
- İstinad etmə və sitat gətirmə
- Akademik mənbələri müəyyənləşdirmə
- Müəllifə istinad etmə
- Müəllifə istinad məsləhətləri
- Baş qa müəlliflərin fikirlərini öz sözlərinizlə demək
- Xülasə etmək
- Parafraz etmə
- Bir Neçə Sözü Köçürmək və Dəyişmək - Parafraz Etmək Deyil
- Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər
- Bəs Yazıdakı Bəzi Orijinal Xüsusiyyətləri Nə Zaman Saxlamalı?
- Müəllif ideyalarını öz sözlərinizlə demək metodları
- Cümlənin quruluş və formasını dəyişmək
- Spesifiklik
- Nümunə Gətirmə
- Biblioqrafiya
- Tənqidi oxunuş - passiv oxunuşun əksi olaraq aktiv və düşünülmüş oxu forması olaraq sonda çap olunur. Tənqidçilər oxuduqları mətni dəyərləndirmək üçün mühakimə yürüdərkən satandart kimi müəllif fikirlərinin onların öz fikirlərinə nə qədər yaxın olması...
- Bizim dövr tənqidi qiraətin vacibliyini dərk edən ilk deyil. Təxminən 400 il bundan əvvəl Frensis Bekon düzgün olmayan qiraətin təhlükəliliyi barədə xəbərdarlıq edib. O, insanlara müəllifin nöqteyi-nəzərinə etiraz etməməyi və onu qəbul etməməyi məsləh...
- XVIII əsrdə britaniya dövlət xadimi Edmund Berk daha obrazlı şəkildə ifadə həmin baxışları: "Düşünülmədən oxumaq - həzm etmədən yeməyi yemək kimi bir şeydir".
- Məqaləyə tənqidi rəy aşağıdakı məqamları özündə ehtiva etməlidir.
- TƏRIFI
- Biblioqrafik icmal
- Referativ icmallar
- Analitik icmal
- İcmalın hazırlanmasına olan tələblər
- Analitik icmalın yaradılması mərhələsi
- İcmal məqalənin quruluşu
- Təqdimatlar
- Tövsiyyələr
Dostları ilə paylaş: |