Giriş
Bu gün elmə məlum olan təbii və sintetik kimyəvi maddələrin sayı 10 milyondan çoxdur.
100 000-ə qədəri ticarət nişanına malikdir və hər il bu tip nişan alanlara 200-300 yeni ad da
əlavə olunur. Xüsusi tədqiqatlar göstərir ki, hər il dünyada 400 milyon ton müxtəlif kimyəvi
maddələr istehsal olunur və Avropa bu sahənin ən böyük istehsalçılarından biridir. Dünyada
istehsal edilən bu cür məhsulun 38% Avropanın payına düşür. Azərbaycanda istehsal olunan
bu tip məhsulların miqdarı min tonlarla (müxtəlif yuyucu və təmizləyici tozlar, polimer və
plastmas qablar, xlorlu birləşmələr və s.) hesablanır.
Ətrafımızdakı kimyəvi maddələr
Müəlliflər: Kliment Mindjov, Fikrəd Cəfərov
Əsas fikir
Müasir həyatı müxtəlif kimyəvi maddələrdən istifadəsiz təsəvvür etmək
mümkün deyildir, lakin onların istehsalı və istehlakı ətraf mühitə və insan
sağlamlığına qayğı ilə müşayiət olunmalıdır
Müddət
2-3 dərs saatı
Êlin fəsli
Êstənilən
Yer
Məktəb (sinif otağı)
Tədris vasitələri
Yazı lövhəsi, videokaset, batareya ilə işləyən müxtəlif elektrik
cihazları,
Ênternet
Tədris fənləri
Kimya, biologiya, coğrafiya, ekologiya, davamlı inkişaf, sinif saatı
Məqsəd
• Müxtəlif kimyəvi maddələrin ətraf mühitə və insan sağlamlığına
necə mənfi təsir etməsi haqqında məlumat vermək;
• Şagirdləri məişət kimyasının bəzi məhsulları ilə düzgün davranış
qaydaları ilə tanış etmək
Metodlar
Mühazirə, diskussiya, analitik fikir mübadiləsi, videofilmlərin nümayişi
116
1
Ətrafımızdakı kimyəvi maddələr
Kimyəvi maddələr
Ətrafımızdakı kimyəvi maddələr
117
1
Kimyəvi maddələr
Kimyəvi maddələrin istifadəsi ictimaiyyətin ciddi şəkildə həyəcanlanmasına səbəb olur, ona görə
ki, ətraf mühitə daxil olan zəhərli maddələrin miqdarı əhəmiyyətli dərəcədədir.
Bəzi kimyəvi maddələr ətraf mühiti birbaşa çirkləndirir, başqa hallarda isə biz onların
parçalanmasından əmələ gələn zəhərli maddələrllə rastlaşırıq.
Məşğələlərin aparılması
I Hissə. Bu barədə biz nə bilirik?
1
Girişdə və CD-ROM-da (“Kimyəvi maddələr” hissəsi) olan məlumatlardan istifadə
etməklə şagirdləri insanların müasir gündəlik həyatda istifadə etdikləri əsas kimyəvi
maddələrlə tanış edin.
2
“Hansı kimyəvi maddələr ən kütləvi şəkildə istehsal olunan sənaye məhsullarıdır?”
mövzusunda analitik fikir mübadiləsi təşkil edin (Dərman maddələri və başqa əczaçılıq
məhsulları, kosmetika, azot, xlorid və sulfat turşuları,
mineral gübrələr, neft məhsulları, sabun, yuyucu tozlar,
rənglər və s.). Cavabları lövhəyə yazın.
3
Nəticələri kəmiyyət göstəriciləri ilə zənginləşdirməkdən
ötrü CD-ROM-dakı məlumatlardan istifadə edin. Müasir
həyatda kimyəvi maddələrdən istifadə edilməməsinin
mümkünsüzlüyünü qeyd edin. Şagirdlərə bir sıra kimyəvi
maddələrin sözsüz üstünlüyü ilə yanaşı, bəzilərinin ətraf
mühitə və insan sağlamlığına ciddi ziyan vurduğunu da
izah edin.
II Hissə. Batareyalar bizim dostumuzdur, lakin...
1
Êlkin hazırlıq: müəyyən olunmuş gündə şagirdlərdən məktəbə radioqəbuledici, maqnitafon,
fanar və başqa stolüstü elektrik cihazları gətirmələrini xahiş edin.
2
Məktəbdə: Şagirdlərə aşağıdakı sualları verin:
•
Şagirdlər hansı saatdan (mexaniki və ya kvarts) istifadə edirlər və bu iki tip arasında
hansı fərq var?
•
Portativ cihazlar enerjini haradan alırlar? (Bəzi batareya və akkumulyatorları
nümayiş etdirin.)
3
Məişətdə batareya və akkumulyatorlardan istifadə edilməsi mövzusunda analitik fikir
mübadiləsi təşkil edin.
4
Êzah edin ki, batareyalar geniş yayılmış enerji mənbələridir. Onlar istifadə zamanı heç bir
problem yaratmır, lakin bu cərəyan mənbəyi tükənəndə lazımsız olur və zibil kimi atılır, məhz
bu zaman o, təhlükəli olur. Müxtəlif batareyalarda müxtəlif ağır metallar olur ki, onlar da hətta
kiçik miqdarda belə insan sağlamlığına ziyan vurur. Bunlar sink, manqan, kadmium, nikel, civə
və başqalarıdır. Batareyalar atılandan sonra korroziyaya uğrayır və ağır metallar torpağa və
qrunt sularına keçir. Qrunt sularında olan bu metallar çay, göl və ya artezian sularına düşə bilər
ki, həmin sulardan da içmək üçün istifadə olunur. Ən təhlükəli metallardan olan civə insan
orqanizminə bilavasitə sudan düşə bilər, belə ki, tərkibində zəhərli metal olan bitki və heyvan
məhsullarından hazırlanmış yeməklərin yeyilməsi zamanı bu metal canlı orqanizmlərin
toxumalarında toplanmaq (akumilyasiya) xüsusiyyətinə malik olur.
5
Şagirdlərə belə bir sual verin: “Onlar bu problemin həlli yolunu bilirlərmi?”
•
Batareya əvəzinə bir neçə dəfə yüklənməklə istifadə olunan və buna görə də az-az
atılan akkumulyatorlardan istifadə etmək;
•
Bütün köhnə batareyaları onları sonradan ikincili xammal kimi yenidən işlətmək və ya bir
çox Qərb ölkələrindəki kimi mərkəzləşdirilmiş qaydada zərərsizləşdirmək məqsədi ilə
xüsusi konteynerlərə toplamaq.
118
1
Ətrafımızdakı kimyəvi maddələr
Kimyəvi maddələr
6
Şagirdlərə izah edin ki, təəssüf ki, bu gün Azərbaycanda köhnə batareyaların toplanması və
işlənməsi ilə məşğul olan təşkilat yoxdur. Bu tip təşkilat və müəssisələr inkişaf etmiş
ölkələrdə daha geniş yayılıb və bizim ölkənin də bunlardan nümunə götürməsi yaxşı olardı.
III Hissə. Kimyəvi maddələr məişətdə
Şagirdləri ailələrdə gündəlik istifadə edilən məişət kimyasının müxtəlif məhsulları ilə tanış edin.
I Variant.
CD-ROM-un köməyi ilə (“Kimyəvi maddələr məişətdə” hissəsi) interaktiv dərs təşkil edin.
Evdə istifadə olunan təhlükəli kimyəvi maddələrin də istifadə olunmuş batareyaların Qərbdə
və Yaponiyada toplandığı kimi toplanması haqqında fikirləşin. Aşağıdakı mövzularda
diskussiya aparın:
•
Məişətdə ən çox hansı kimyəvi maddələr istifadə olunur?
•
Kimyəvi maddələr ətraf mühitə və insan sağlamlığına necə təhlükə törədir?
•
Bununla əlaqədar hansı müdafiə tədbirləri həyata keçirmək olar?
II Variant.
1
“Zəhərlər arasında həyat” videofilmini nümayış etdirin.
2
Şagirdlərlə bu filmin üç ayrı hissəsini müzakirə edin:
•
Qarajda saxlanılan kimyəvi maddələr;
•
Kosmetikada istifadə edilən kimyəvi maddələr;
•
Məişətdə istifadə olunan kimyəvi maddələr.
3
Kimyəvi maddələrin göstərilən hər bir qrupu üçün aşağıdakı məsələləri müzakirə edin:
•
Bu məqsəd üçün ən çox hansı kimyəvi maddələr istifadə edilir?
•
Bu kimyəvi maddələr ətraf mühit və insan sağlamlığı üçün necə təhlükə törədir?
•
Bununla əlaqədar hansı müdafiə tədbirləri həyata keçirmək olar?
Sonrakı fəaliyyət
•
Şagirdlərə “Tərkibində təhlükəli maddələr olan əsas kimyəvi məhsullar” işçi vərəqini paylayın
(səh. 117), onun mahiyyəti ilə tanış olmağı və evdə ona əlavə edilən cədvəli doldurmağı
onlardan xahiş edin.
•
“Qrinpis” təşkilatının istifadə olunmuş batareyaların toplanması ilə bağlı təşəbbüsünə
Azərbaycanın da qoşulmasına çalışın. Bunun üçün onları sərinləşdirici içkilərin qablaşdırılması
üçün istifadə edilən plastik butulkalarla birlikdə yığmaq və onu yerli idarəetmə orqanının
nümayəndələrinə vermək lazımdır. Bu təşəbbüs barədə yerli və regional K
ÊV-də məqalələr
yazın və bu təşəbbüsün genişlənməsinə çalışın.
119
Kimyəvi maddələr
Êşçi vərəqlər
Tərkibində təhlükəli maddələr
olan əsas kimyəvi məhsullar
Bəzi plastmasların
tərkibində həlledicilər
və xlorlu üzvi
birləşmələr var
Pestisidlərin tərkibində
civə, xlor və fosforllu
üzvi birləşmələr var
Tibbdə istifadə olunan
bir çox maddələrin
tərkibində zəhər, üzvi
həlledicilər, eləcə də
ağır metalların
duzları var
Bir çox rənglərin
tərkibində həlledicilər var
və onlar ağır metallarin
(qurğuşun, sink və s.)
birləşmələri əsasında
hazırlanır
Batareyalarda ağır
metallar olur
Benzin və başqa neft
məhsullarının
tərkibində qətran, fenol
və başqa zəhərli üzvi
birləşmələr var
Bir sıra metal
məmulatlarının
tərkibində ağır metallar,
piqmentlər, qətranlar
və fenollar vardır
Dəri məhsullarının
tərkibində ağır metallar
ola bilər
Bəzi parçaların
tərkibində ağır
metalların birləşmələri
ola bilər
Məişətdə tərkibində təhlükəli maddələr olan hansı
kimyəvi maddələr və məhsullar istifadə olunur?
No
Kimyəvi maddə/məhsul
Nə üçün istifadə olunur?
Azərbaycan haqqında məlumatlara əlavə mətnlərdə baxın.