Yazı mədəniyyəti Plan Akademik kommunikasiya


Akademik natiqliyin növlərindən biri mühazirədir



Yüklə 86,83 Kb.
səhifə2/4
tarix25.12.2023
ölçüsü86,83 Kb.
#193895
növüMühazirə
1   2   3   4
m11

2. Akademik natiqliyin növlərindən biri mühazirədir. Natiqliyin bu növünün aşağıdakı şəkilləri var : 1.Ali məktəb mühazirələri. 2. Elmi məruzələr. 3. Elmi məlumat və ya хəbərlər.
Mühazirələr iki cür olur: 1. Ardıcıl silsilə mühazirələr. 2. Birdəfəlik oхunan mühazirə.
Akademik mühazirələr həm bir neçə, həm də bir kursu əhatə edə bilər. Mühazirələrdə aşağıdakı şərtlərə əməl olunmalıdır: 1. Yaradıcı хarakter daşımalıdır. 2. Elmi dərinliyə malik olmalıdır. 3. İzaha geniş yer verilməlidir. 4. Məntiqi ardıcıllığı ilə seçilməlidir. 5. Metodik baхımdan səviyyəli olmalıdır. 6. Didaktik tələblərə cavab verməlidir. 7. Plan əsasında yaranmalıdır. 8. Forma-məzmun vəhdətinə malik olmalıdır. 9. Dinləyicilərin bilik və yaş səviyyələri nəzərə alınmalıdır. 10. Aydın olmalı, fakt və dəlillərə əsaslanmalıdır və s.
Mühazirəçilik mədəniyyəti ilk növbədə materiala yaradıcı münasibətdən başlanır. Mühazirəçinin mühazirə mövzusu haqqında dərin biliyi, hərtərəfli məlumatı olmalıdır. Elmi məruzələr konfrans, seminar, simpozium və s. məsələlərinə həsr edilir. Onlar ayrıca bir problemi əks etdirməsi, mübahisə və müzakirə obyektinə çevrilməsi, fakt və sübutları, fərziyyələri ilə ali məktəb mühazirələrindən fərqlənir. Məruzə müzakirə obyekti ola bildiyi halda mühazirə müzakirəyə qoyulmur, lakin mühazirəçiyə sual vermək olar. Elmi məlumat və ya хəbər həcminin nisbətən kiçikliyi ilə diqqəti cəlb edir. Hər hansı bir tədqiqat haqqında yekun məlumatı onların əsasını təşkil edir. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümimiləşdirmələrdən ibarət şərhidir. Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Mühazirənin məruzədən bir fərqi ordadır ki, birincidə dioloqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilər. “Mühazirə oxumaq” ifadəsi şərti olaraq işlədilir. Mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac olanda mətnə müraciət edə bilər, mətndəki sitatları üzündən oxuya, yaxud digər qeydlərə baxa bilər.
Mühazirə idraki əhəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir. Orada elmi ümumiləşdirmələrə, faktiki materialın təhlilinə geniş yer
verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən mühazirələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün formalaşdırılması, təfəkkürün inkişafı ön plana çəkilməlidir. Hal-hazırda ali məktəb auditoriyalarında yüksək səviyyədə mühazirə oxuyan müəllimlərimiz çoxdur. Təəssüf ki, onların natiqlik məharəti öyrənilib ümumiləşdirilmir, yazılmır, başqaları bundan faydalana bilmir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətində hələ də sovet dövründən qalma ənənələr davam edir ki, bunlardan da biri köhnə qaydalarda aparılan mühazirələrdir. Etiraf edək ki, bəzi müəllimlər bu gün də ötən əsrdən qalan saralmış vərəqlərdə yazılmış mətnlərlə auditoriyalara daxil olur və həmin vərəqlərdən mühazirələr oxuyurlar. Əsas şərt tələbənin verilən tapşırığı (yəni mühazirəni) mənimsəməsi və imtahanlarda cavab verməsidir. Nəzərə alaq ki, müasir dövrümüzdə mühazirələrin İKT vasitəsilə yayılması (tələbələrin elektron poçtlarına ötürülməsi və s. kimi vasitələrdən istifadə etməklə) daha məqsədəuyğun və səmərəli olar. Düzdür, mühazirəçi hər hansı bir mövzu haqqında mühazirə söyləməli, auditoriya ilə dialoqda olmalı, tələbələri maraqlandıran suallara cavab verməlidir. Lakin dünya təcrübəsindən məlumdur ki,uzunmüddətli imla formasında olan yorucu 
mühazirələr tələbələr tərəfindən müsbət qarşılanmır. Diqqətə çatdıraq ki, dünyanın qabaqcıl universitetlərində artıq bu təcrübədən, demək olar ki, istifadə edilmir. Mühazirənin audi diski və mətni müəyyən edilmiş xüsusi portallarda yerləşdirilir və tələbələr sərbəst şəkildə istifadə edərək mövzu haqqında məlumat əldə edirlər. Mühazirə mətnlərinin olması çox mühümdür. Həmin mətnlərin tələbəyə verilməsi artıq texniki məsələdir. Amma əsas odur ki, mühazirə yazdırılmasından və ya təqdimat formasında deyilməsindən asılı olmayaraq tələbə verilən materialı mənimsəməlidir. Mühazirələri daha effektli və dinamik etmək üçün aşağıdakılar nəzərə alınmalıdır: 
1.Mühazirədən əvvəl hazırlıq mərhələsi effektli mühazirə üçün çox mühümdür. Bu mərhələ müəllimə imkan verir ki, əlavə təlim videolarının seçilməsini, internet saytlarını və akademik məqalələri müəyyən etsin. Yəni, ingilislərin təbirincə desək, “yaxşı başlanğıc yaxşı sonluq deməkdir”.
2. Elə ilk dərsdən tələbələrin diqqətini cəlb etmək lazımdır. Bu “cəlbetməni” müəllim ozü “kəşf” etməlidir. Burada vahid bir yanaşma yoxdur.
3. Mühazırə deyənin səsi auditoriya ilə əlaqənin yaradılmasında böyük əhəmiyyət kəsb edir. Nitqin monotonluğu tələbəni çox tez yorur,bəzən tələbələrə yuxu gətirir. Bunun üçün də böyük auditoriyalardakı mühazirələrdə xüsusilə, hər tərəfində oturan tələbələrlə göz ünsiyyətində olmaq çox vacibdir. Hərdən bir mühazirəyə canlılıq vermək üçün bəzən yumordan da istifadə etmək lazımdır.
4. Tələbəyönümlü metod daha effektli olur. Yəni, mühazirədə iştirak edənlərin hamısının müzakirələrə cəlb olunması (qrup halında, komanda halında və s.) yaxşı nəticə verir, heç kim kənarda qalmır. Burada “düşün, düşüncəni yoldaşınla, sonra qrupla bölüşdür” prinsipi də işləyə bilər.
5. Ən effektli metodlardan biri də mühazirə zamanı yenilik məqsədilə sual-cavab modelidir. Bu forma tələbələri bütün mühazirə boyu diqqətli olmağa sövq edir.
6. Mühazirə zamanı təlim texnologiyalarından istifadə, bəzi mövzuları slaydlar, kompüterlə təqdimatlar formasında vermək mühazirələrin səmərəliliyini, daha canlı olmasını və mənimsəmənin yüksək olmasını şərtləndirir. Amma unutmaq lazım deyil ki, bunlar ancaq bizim üçün bir vasitədir. Müəllim amili yenə də həlledicidir.
7. Tələbəylə əks-əlaqəni də unutmaq olmaz. Yaxşı olar ki, müəllim bunu hər mövzu qurtaranda eləsin. Bəzən səhv olaraq düşünürlər ki, bu işi yazılı surətdə eləmək lazımdır. Amma sadəcə olaraq “Bugünkü video haqqında nə dəyə bilərsiniz?” və yaxud “Təqdim olunan material sizin üçün nə dərəcədə maraqlı idi?” kimi suallarla auditoriyaya müraciət eləmək olar.
Kredit sisteminin şərtlərinə əsasən mühazirələrin qurulması ilə bağlı qəti qaydalar qoyulmayıb, ümumi əsaslar təyin olunub. Çünki hər dərsin xüsusiyyəti fərqlidir. Eyni zamanda, dərsi verən müəllimlərin də xüsusiyyətləri və yanaşmaları fərqlidir. Əsas qayda mövzunu tələbəyə çatdırmaq və onlara həmin mövzuları mənimsətməkdir. Bunun üçün bir çox müasir və səmərəli üsullardan istifadə etmək olar. Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə imla metodundan istifadə qeyri-qənaətbəxş hesab edilir. Belə ki, həmin üsul tələbələrdə dərsə meyilliliyi azaldır, ən maraqlı mövzunu belə əhəmiyyətsiz hala gətirir. Mühazirə zamanı tələbələrin aktiv olması üçün müxtəlif üsullara üstünlük vermək daha səmərəli olar. Bunun üçün də müəllim dərs məzmununu müasir şəklə gətirməli, yeni dərs qeydləri yazmalı, köməkçi qaynaqlara baxmalıdır. Bundan başqa, həmin məzmunu tələbəyə təsirli bir şəkildə ötürülməsi və buna tələbənin necə cavab verəcəyi, incə bir şəkildə hesablanmalı və ölçülməlidir. Dərsdə normal yazı taxtasından istifadə məqsədəuyğundur. Bundan başqa, mühazirə qarşılıqlı sual-cavab şəklindəmi daha məhsuldar olar, yoxsa müəyyən bir ölçüdə izah, daha sonramı sual-cavaba keçilməlidir? Bütün bunları təyin etmək üçün dərsin xüsusiyyəti və məzmunu əsas rol oynayır. Bunun üçün də müəllimin yanaşma tərzi burada əsas amildir. Boloniya 
prosesində əsas götürülən tələbədir. Tələbə aktiv bir şəkildə öyrənmə prosesinə daxil edilməlidir. Tələbəyə öyrənməyi sevdirmək, onu öyrənməyə yönəltmək lazımdır. Qeyd edək ki, müəllimlərin bilik və bacarıqlarının hansı səviyyədə olması da dərsin nəticəsi və uyğun, keyfiyyətli idarəetmə sistemi ilə ölçülə bilər.
Mühazirə prosesində tələbə-müəllim ünsiyyəti ən vacib amillərdəndir.
Ali təhsilin əsas vəzifəsi cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yaradıcılıq meyllərinə malik, öz təhsilini daima artırmağa, yeniliklər etməyə hazır olan, yüksəkixtisaslı mütəxəssislər və elmi-pedaqoji kadrlar yetişdirməkdən ibarətdir. İlk baxışdan bəlkə də sadə görünən bu vəzifənin həyata keçirilməsi reallıqda olduqca mürəkkəbdir. Bunun üçün, ilk növbədə, biliyin yeni nəslə verilməsi texnologiyasına diqqəti cəlb etmək lazımdır.
Mühazirə məşğələləri tələbənin müstəqil işinin təşkili baxımından geniş imkanlara malikdir. Ali məktəblərdə istifadə edilən mühazirə formalarına diqqət yetirək:

Yüklə 86,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin