Yazı qüsurlarının müayinəsi:
Müayinəni sadə tapşırıqlarla başlamaq lazımdır. Müəyyən bir əşyanın təsvirini , sonra əşyanın adının hərflərini qarışıq formada uşağa göstərmək lazımdır. Məsələn: a,ş,m,n,ı hərfləri verilir və o, şəkildəki əşyanın adını yığır (maşın). Uşaq tapşırığı düzgün yerinə yetirərsə yeni mərhələlərə keçmək olar.
Sadə variantlardan istifadə etməklə yazıya başlamaq olar. Növbəti mərhələlərdə bir neçə ardıcıllığı aparmaq lazımdır.
Şəkil üzrə sözlər yazmaq
Şəkil üzrə cümlələr yazmaq
Bu üsullardan əlavə uşaqla imla, sərbəst yazı işi aparmaq olar.
Spesfik səhvlərə xüsusi fikir vermək lazımdır. Bəzən həqiqi yazı pozuqluğu ilə savadsızlığı ayırmaq çətindir, çünki pozuntunun şiddəti və formaları bütün
u şaqlar üçün fərqlidir. Danışıq terapevtlərinin disqrafiyanı necə müəyyənləşdirəcəyinə dair müəyyən meyarları var, ancaq belə bir problemi olan bir körpənin valideynləri uşağa daha diqqətli olmalıdır. Terapiya patoloji formasına, şiddətinə və insan qabiliyyətlərinə uyğun olaraq tamamilə fərdi olaraq seçilir. Düzgün və vaxtında yerinə yetirilən nitq qüsurunun düzəldilməsi yazılı nitqi ideala yaxınlaşdırmağa kömək edəcəkdir.
Səhvləri müəyyən etdikdən sonra əsas müayinəyə başlanılır və uşağın nitqi ümumi müayinə edilir: səs tələffüzü, fonematik qavrama, söz ehtiyyatı, nitqin qrammatik quruluşunun formalaşması. Müayinə uzun zaman ala bilir, lakin effekti yaxşı olur. Yazı və oxu qüsurlarını məktəbəqədər yaşda əvvəlcədən müəyyənləşdirmək və qarşısını almaq lazımdır. Bunun üçün də valideynlər daha diqqətli, səbirli olmalıdır. Gələcək nəslin düzgün, savadlı, bacarıqlı olması bizim əlimizdədir və biz əlimizdən gələnin artığını etməyə məcburuq.
Dostları ilə paylaş: |