Yazı və digər yazı növləri arasındakı bəzi önəmli fərqlər



Yüklə 20,87 Kb.
səhifə4/4
tarix19.11.2022
ölçüsü20,87 Kb.
#69852
növüYazı
1   2   3   4
Mövzu - 18

Akademik Yazıya əlavələr
• Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
• Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.
Akademik yazının quruluşu və planlaşdırılması
Akademik yazının quruluşu dedikdə onun ilk səhifəsindən son səhifəsinədək tədqiqatın əsas hissələrinin, bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür.
Minnətdarlıq
Elmi işinizi nəşr etdirərkən, minnətdarlıq yazmaqla akademik işinizin yerinə yetirilməsində sizə kömək edən şəxslərə təşəkkür etmək imkanı qazanırsınız. Bunun üçün bir neçə detala diqqət yetirmək lazımdır:
• Siz təşəkkürünüzü adlar siyahısı formasında edə bilərsiz. Məs., mən
Professor Qurbanlıya və Dr. Nağızadəyə təşəkkür etmək istərdim. Hər kəsə fərdi olaraq, şəxsi təşəkkür ünvanlamaq daha gözəl səslənə bilər. Məs., mən Professor Qurbanlıya ekspert məsləhətinə görə, Dr. Nağızadəyə təcrübi baxımından yardımına və bütün iş prosesində mənə mənəvi dayaq olduğuna görə təşəkkür edirəm. Bəzən isə, bir qisim insanların adlarını digərlərindən daha çox vurğulamamaq üçün sizə kömək etmiş şəxslərin adlarını minnətdarlıqda əlifba sırası ilə çəkə bilərsiniz.
• Adətən, minnətdarlıqda təşəkkür edəcəyiniz əsas şəxs sizə elmi işinizdə yardım etmiş elmi rəhbərinizdir. Daha sonra isə, akademik işinizin başa çatdırılmasında əməyi keçmiş digər şəxsləri də sadalamağı unutmayın.
• Əgər hər hansı bir fonddan və ya elmi tədqiqat qrupundan təqaüd və ya qrant əldə etmisinizsə, həmin təşkilat və ya fondun adını çəkərək, ordan tanıdığınız şəxslərə müraciət edərək təşəkkürünüzü bildirməyiniz münasib olar.
• Adlarını çəkdiyiniz insanların adlarının düzgün yazıldığına əmin olun və burada orfoqrafiya qaydalarına dəqiq əməl edin. Sizin uğurunuza töhfə vermiş bir şəxsin və ya sizə maliyyə yardımı etmiş bir fondun adını səhv yazmaq yaxşı çıxmaz. Bu səbəbdən də, yazdıqlarınıza nəzər salmaq və onları redaktə etmək lazımdır.
Ümumiyyətlə, minnətdarlıq yazarkən təşəkkürünüzü qısa sözlərlə ifadə etməniz və güclü emosiyalardan uzaq olmağınız məsləhətlidir. Qeyd edək ki, elmi yazı işinizin minnətdarlıq hissəsində "mən, mənim, mənə ...” kimi sözlər, demək olar ki, həmişə işləndiyi halda, akademik yazının qalan hissəsində bu kimi şəxs əvəzliklərindən istifadədən bir qayda olaraq, imtina edilir.


Yüklə 20,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin