Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə100/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   96   97   98   99   100   101   102   103   ...   274
Kamil Məmmədov 

İstefada olan general, 

o vaxt Daxili İşlər Nazirinin müavini  

 

 




369 

 

ANAR:  1988-ci  ilin  yayında  Qorbaçov  Azərbaycandan  və  Ermənistandan  bir  qrup  

SSRİ  deputatıyla  görüşdü.O  vaxt  mən  SSRİ  deputatı  deyildim.Bu  görüşdə  Ermənistan 

Yazıçılar  Birliyinin  sədri  Vardges  Petrosyan  çıxış  edərək  Qorbraçova  müraciətlə  Anarı 

Qarabağ  məsələsiylə  əlaqədar  Azərbaycanda  millətçilik  hisslərini  qızışdırmaqda, 

ermənilərə  qarşı  düşmənçilikdə  ittiham    etmişdi.Mirzə  İbrahimov  onun  cavabını 

vermiş,məni müdafiə etmişdir.Az sonra Ermənistan Yazıçılar Birliyinin yeni sədri Raçiya 

Ovanesyan  Moskvaya,SSRİ  Yazıçılar  İttifaqına  məktub  göndərərək  mənim    ermənilərin 

əleyhinə    və  Lenin  milli  siyasətinə  zidd  fəaliyyətimi  muzakirə  edib,məni  ittiham  etməyə 

çağırırdı.Elə  bu  vaxt  Əkrəm  Əylislinin    «Drujba  narodov»  jurnalının  Baş  redaktoru 

S.Baruzdinlə məktublaşması  həmin curnalda dərc olundu.Məktubunda  Əkrəm iddia edirdi 

ki,  uşaqlıqdan  beynəlmiləlçi  olduğuna  görə  öz  həmkarları  arasında  boğulur,başqa 

millətlərə  öz millətindən daha artıq inanır.Bu yalnız məni arxadan vurmaq deyildi,həm də 

öz  xalqının  ağır  günlərində  ona  qarşı  təxribatdı..Bununla  əlaqədar  olaraq    Azərbaycan 

ictimaiyətində Əkrəmə qarşı hiddət  və qəzəb hissləri Anara da şamil edilirdi ki,ona qarşı 

tədbir  görmür.O  vaxt  Əkrəmin  özü  də    fikrinin  curnalda  təhrif  olunduğunu,əvvəlcədən 

oxusaydı belə bir mətnin dərcinə razılaşmayacağını deyirdi.  Yazıçılar İttifaqında Plenum 

deyil,    müşavirə  keçirilərkən  Əkrəmi  nəinki  Yazıçılar  İtttifaqının  katibliyindən,hətta 

İttifaqın üzvlüyündən  belə çıxarmağı təklif edənlər vardı.Mən bunun qarşısını alaraq «biz 

burda  istedadlı  yazıçı  Əkrəmi  deyil,onun bir  yanlış  yazısını,bəlkə də  redaksiya  tərəfindən 

təhrif  olunmuş  mətnini  müzakirə  edirik»-dedim..Bu  sözlər    «Ədəbiyyvat  qəzeti»ndə    də 

dərc  olunub.  «Drujba  narodov»a    göndərdiyimiz  məktubda  jurnalın  Baş  redaktoru 

S.Baruzdin  də  ağır  ifadələrlə    qınanırdı.  S.Baruzdinin  baş  ucalığıdır  ki,o  bu  məktubu 

readktə etdiyi jurnalda olduğu kimi  çap etdi. 

 Əkrəm  Əylisli  də  o  vaxt  bütün  bu  məsələləri  düzgün  qiymətləndirirdi  və  həmin 

hadisədən  iki  il  sonraya  qədər    Yazıçılar  İttifaqının  katibi  vəzifəsində  qalaraq  mənimlə 

əvvəlki  normal,hətta  dostluq  münasibətlərini  saxlayırdı.  1991-ci  ildə  Yazıçıların  1X 

qurultayında  gözlənilməz  halda  mənə  qarşı  çıxış  etdikdən  sonra  daha  bizim  bir  yerdə 

işləməyimiz mümkün olmadı.  



370 

 

 Çox  illər  keçəndən  sonra  isə  Əkrəm  Əylisli    dəxli  oldu-olmadı,  hər  çıxışında,hər 



müsahibəsində bu hadisələri  tamamilə başqa cür yozmağa başladı,guya mənim onu az qala 

məhv etmək istəməyim kimi sərsəm fikirlər  söylədi.Yazıçılar Birliyi bu iftiraları dəfələrlə 

təkzib etməli oldu. 

   


 

 



371 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin