Çingiz Aytmatov - çağdaş zamanın böyük yazarı,qırğız xalqının və bütün türk
aləminin əzəmətli övladı,Azərbaycanın dostu,kitabıma yazdığı Ön sözdə özü dediyi
Bundan az əvvəl gözəl rus şairəsi ,ədəbiyyatımızın dostu və tərcüməçisi Rimma
olmayacam,Moskvada və Bişkekdə, Ankarada və İstanbulda çeşidli mövzularda
306
Cəmi bir neçə ay əvvəl,o, şəhərimizin qonağı olmuşdu. Prezident İlham Əliyev
qırğız yazıçısına Azərbaycanın yüksək ordenini təqdim etmişdi.Yazıçılar Birliyinin binası
təmir edildiyindən onun səksən illiyini Atatürk Mərkəzində keçirdik. Çingiz ağa gümrah
idi,enerjili idi,bir çox ölkə və şəhərlərdə və əlbəttə,öz doğma torpağında keçirələcək
yubeliy törənlərinə hazırlaşırdı.Bu il Çingiz Aytmatov ili elan olunmuşdu.
O,bizi bu ilin yarıyolunda tərk etdi. İlini qalan yarısını artıq onsuz yaşayacayıq.
Eləcə də qismətimizə düşən ömür payının gələn illərini,onilliklərini.
Başqa yazıçılar, bəlkə daha önəmliləri, daha azmanları meydana çıxacaq. Lakin
nəslimizin yaddaşında heç kəs Ç.Aytmatovun yerini verə bilməyəcək.
Biz ədəbiyyata qədəm qoyanda o artıq canlı əfsanə idi.
«Əlvida,Gülsarı!», «Ağ gəmi», «Gün var əsrə bərabər» əsərlərini oxuyarkən,yalnız
bədii təsvir qüdrətinə deyil,qaldırılan həyat problemlərinin misli görünməmiş
cəsarətliliyinə heyrətlənirdik. Sovet hakimiyyəti xeyli sərsəm işlərə yol versə də,hər halda
V.Şukşin, V.Astafyev, V.Rasputin, Y.Trifonov kimi rus yazıçılarını, belorus Vasili
Bıkovu, qırğız Ç.Aytmatovu dissidentə çevirməməyə ağlı çatdı, hərçənd onların
qaldırdıqları məsələlərin kəskinliyi, sovet gerçəkliyinin amansız həqiqətlərinin təsvirindəki
sarsıdıcı dəqiqlik baxımından heç də dissilent sayılan, gözümçıxdıya salınan, olkədən
qovulan yaşıçıların əsərlərindən geridə qalmırdılar. Əksinə,həmin yazıçıları,o cümlədən
Aytmatovu da ən yüksək mükafatlarla təltif edərək, geniş çap etdirərək onların sistemə
qarşı olmadıqlarını dünyaya bəyan etmək istəyirdi.
Özləri mükafat,imtiyaz tamarzısı olan paxılların düşündüklərinə rəğmən heç bir
mükafat,heç bir fəxri ad,orlen-medal həqiqi yazıçını,vicdanlı ziyalınıı öz
əqidəsinə,sənətkar təibətinə,vətəndaş borcuna - sərt reallığın şahidi və salnaməçisi olmaq
vəzifəsinə xilaf çıxmağa vadar edə bilməz.
Dayaz düşüncəli, kinli uğursuzlar sovet dövləti tərəfindən alınmış mükafatlara,fəxri
adlara görə o dönəmin bütün yazarlarını hamılıqla,ucdantutma qaralamağa çalışarlar.
Amma onu unudurlar ki,heç bir rəsmi ad, heç bir imtiyaz əsl sənətçinin yaradıcı məğzinə
307
zərrə qədər təsir göstərə bilməz..Çingiz Aytmatov da öz yaradıcılığında ən cəsur və
prinsipial sənətkarlardan idi.
Bəyan edilirdi ki,«Azadlıq özbaşınalıq deyil» - bu doğrudur, amma icazəli azadlıq
da tam sərbəstlik deyil axı…Eləcə də rüsxətli şücaət.. .Tamam başqa cəhətlər tələb
olunduğu illərdə Çingiz Aytmatov qururlu şəxsiyyət və azad sənətkar idi. «İcazəli cəsarət»
dövründə cəsur olmaq - hünər deyil, sözünü sərbəst,müstəqil və müstəqim demək böyük
risqlə bağlı olan vaxt düşündüyünü düşündüyün kimi demək qat-qat daha çətindir
Ulu əcdadı Manasın vətəni - Talas vadisində, Şəkər aulunda doğulan,sonralar
repressiyaya məruz qalmış valideynlərin övladı kimi çətin ömür yaşayan Çingiz Aytmatov
zootexnik kimi təhsil aldı,ama fitri istededadı və parlaq şəzsiyyəti sayəsində yer üzünün
hər tərəfində çap olunan,oxunan,sevilən dünya şöhrətli yazıçı oldu. Aytmatovun 75 illiyinə
yazdığım məqaləni «Biz də onunla fəxr edirik» adlandırmışdım.
Bu gün dünya Atmatovun itgisinə acıyır-ağrıyır. Biz də hüzn içindəyik.
Kədərlənirik,dərdlənirik,göynəm-göynəm göynə-yirik, amma bununla bərabər həm də fəxr
edirik ki,o var idi,o, həm də bizim idi.Bizim Çingiz Aytmatovumuz idi.
Əlvida,əziz Çingiz ağa.
11 iyun 2008.
«Ədəbiyyat qəzeti»
20 iyun 2008