Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


NAĞI  BƏY  ŞEYXZAMANLI  XATIRLAYIR



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə77/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   73   74   75   76   77   78   79   80   ...   274
NAĞI  BƏY  ŞEYXZAMANLI  XATIRLAYIR 

 

Nağı  bəy  Keykurun(Şeyxzamanlı)  Azərbaycan  Xalq  Cümhuriyyətinin  siyasi 



xadimlərindəndir.  1883-cü  ildə  Gəncədə  dünyaya  gəlmişdir.  Cümhuriyyət  hökumətinin 

əks-kəşfiyyat  idarəsinə  əvvəlcə  Nağı  bəyin  böyük  qardaşı  Məmməd    Bağır 

Şeyxzamanlı(1880-1920)    təyin  olunmuş,  1919-cu  ilin  avqustunda  öz  xahişi  ilə 

vəzifəsindən azad olunandan sonra bu vəzifəni onun kiçik qardaşı Nağı bəy Şeyxzamanlı 

tutmuşdur,  Məmməd  Bağır  mənim  doğmaca  dayım,  anamın  böyük  qardaşı,  türkiyəyə 

mühacirət etmiş Kamil bəyin qayınatasıdır. Beləliklə Nağı bəy də uzaq qohumumuz sayıla 

bilər. 

Demokratik  Azərbaycan  hökuməti  devrildikdən  sonra  Nağı  bəy  də    Türkiyəyə 

mühacirət  edir,  mətbuatda  Azərbaycan  istiqlaliyyətinin  səhifələrini  işıqlandıran  yazılarla 

çıxış edir. 

Nağı  bəyin  1963-cu  ildə  İstanbulda  nəşr  olunmuş  «Dərdləşmə»  adlı  kitabında 

Azərbaycan  istiqlaliyyətinin  faciəvi  taleyindən  təsirli  bir  dillə  söz  açılır.  1964-cü  ildə 

İstanbulda  Nağı  bəyin  daha  bir  kitabı  «Azərbaycan  istiqlal  mücadiləsi  xatirələri»  adlı 

əhatəli  əsəri  çıxır.  Kitabın  ön  sözündə  və  girişində  müəllif  mövzusunu  açıqlayır, 

Azərbaycanın  müstəqillik  uğrunda  mübarizə  tarixinə  qısa  nəzər  salır.  Azadlıq 

hərəkatımızda  Gəncənin  yerini  müəyyənləşdirir.  Sonrakı  fəsillərdə  «Difai»  partiyasının 

yaradılması və başqa məsələlər işıqlandırılır. «Difai» partiyasının doğum səbəblərini izah 

edən müəllif  1905-ci ildə inqilabı yatırmaq məqsədiylə çar hökumətinin əsrlər boyu yan-

yana dost kimi yaşamış türk və erməni millətlərinin arasına nifaq salaraq onları bir-birinin 

üstünə  qaldırmasını  xüsusi  vurğulayır.  Bu  qarşıdurmada  çar  höküməti  açış-aşkar 

ermənilərin tərəfini tutur, onları müsəlmanlara qarşı silahlandırırdı. (göründüyü kimi iki əsr 

boyunca rus siyasətində bir şey dəyişməyib). 

Gəncə  çayı  şəhəri  iki  hissəyə  ayırır.  Çayın  o  və  bu  tərəflərində    türk  və  erməni 

məhəllələri  vardı.  Ermənilər  gözlənilmədən  türk  məhəllələrinə  hücum  edirlər.  Qadınları, 

uşaqları yurdlarından-yuvalarından didərgin salır, kişilər isə  vuruşduqlarına görə ermənilər 



309 

 

boş  qalmış  evlərə  doluşur,  əşyaları  qarət  edərək  evləri  yandırırdılar.  Türkləri  igidliyiylə 



tanınan tataoğlu qara öz adamlarıyla, kəndlərdən toplanmış iki min silahlı dəstə ilə Dəli Alı 

adlı məşhur qaçaq və başqaları.  müdafiə edirdi. Nağı bəyin yazdığına görə Gəncədə  xalq 

Ələkbər bəy Rəfibəyli tərəfindən idarə edilirdi. Artıq bütün xalq ayağa durmuşdu. Bundan 

qorxuya  düşmüş  çar  məmurları  Ələkbər  bəyə  müraciət  edərək  hərəkatın  dayandırmasını 

xahiş edirlər. Çünki  «Ələkbər bəydən başqa heç kim bu hərəkatı dayandıra bilməzdi»  

 Şəhərdə  nə  qədər  gürcü  əsilzadəsi,  təqaüddə  olan  zabit  və  mülki  vəzifələrdə 

işləyənlər  varsa  hamısı  yığılıb  Ələkbər  bəyin  yanına  gəlirlər,  xahiş  edir  və  deyirlər  ki,  

ermənilər etdiklərindən peşman olmsular. Nəhayət Ələkbər bəy hərəkatin dayandırılmasına 

əmr  verir,  sakitlik  düşür,  general-qubernator  10  türk  və  ermənini  dəvət  edərək  sülh 

bağladır. 

Amma Azərbaycanın,o cümlədən Gəncənin nüfüzlu adamları yaxşı başa düşürdülər 

ki, bu sülh müvəqqətidir, çar hökumətinin təhrikiylə ermənilər yenə də fürsət düşən kimi 

təxribatlarını  davam  etdirəcəklər.  Ermənilərin  silahlı  dəstələrindən  başqa  yaxşı  təşkil 

olunmuş  siyasi partiyaları  da  fəaliyyət  göstərirdi, odur ki  Azərbaycan türklərinin də belə 

bir mütəşəkkil partiya yaratmasına ehtiyac vardı. Bnun rüşeymləi Gəncədə yaradılmış gizli 

təşkilat idi. 

Həmin  vaxtda  məşhur  ictimai-xadim,  publisist  Əhməd  bəy  Ağayev(Ağaoğlu) 

Gəncəyə gəlir. Nağı bəy yazır: 

 «O vaxt gizli təşkilatımız ilhamını bir neçə  irəli gələn millətpərvərlərimizdən alırdı. 

onların  başında  Rəfibəyli  Ələkbər  bəy,  iki  qardaş  Xasməmmədli  -  Ələkbər  və  Ələsgər, 

Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdu. Bu böyüklərimiz Ağaoğlu Əhməd 

bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar, Azərbaycan xalqının gələcəyi 

qaranlıq  olduğu  və  qarşıda  ruslar  ermənilərin  əli  ilə  hər  bir  pisliyi    edə  biləcəyi  üçün 

yenidən xalqı birləşdirmək, rus ildarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki,asanlıqca 

məhv olmayacayıq.  Bunun  üçün  gizli  bir  təhtiş komitəsi  yaratmağa,  gizli firqəni  «Difai» 

firqəsi deyə adlandırmağa qərar verirlər». 




310 

 

Görünlüyü kimi xalqı hər hansı təhlükədən müdafiə etmək anlamına gələn «Difai» 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin